“Sumqayıt”ın yarımmüdafiəçisi Roi Kehatın QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 10-cu turunda “Araz-Naxçıvan”ı 3:2 hesabı ilə məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?
- Çətin oyun oldu. “Araz-Naxçıvan” yaxşı komandadır. Biz matça yaxşı başladıq. Hesabda önə keçdik. Daha sonra rəqib 2 qol vurdu. Buna baxmayaraq, xarakter göstərdik. 3 xal qazandığımız üçün şadam.
- Qələbədə vurduğunuz qolların böyük rolu oldu. Roi Kehatı bu matçın qəhrəmanı saymaq olar?
- Təbii ki, komandamın qələbəsində pay sahibi olduğum üçün sevinirəm. Hər zaman komandama kömək etməyə çalışıram. Lakin ümumilikdə kimin qol vurması önəmli deyil. Əsas olan komandanın uğurudur.
- “Sumqayıt” bu mövsüm bir qədər qeyri-stabil çıxış edir. Ardıcıl qələbələr qazanmağınıza nə mane olur?
- Heyətimizdə yaxşı futbolçular var. Biz də hər zaman qələbə qazanmağa çalışırıq. Bəzən bu, alınmır. Düşünürəm ki, komanda gücünü 100 faiz ortaya qoyanda, qələbə qazanmaq ehtimalı daha yüksək olur.
- Ümumiyyətlə, cari mövsümdə hədəfiniz nədir? “Sumqayıt”ın potensialı neçənci yeri tutmağa imkan verir?
- Komandamızın potensialı yüksəkdir. Lakin dəqiq yer barədə proqnoz vermək çətindir. Hər həftə daha yaxşı olmağa çalışırıq. Neçənci olacağımızı isə mövsümün sonunda görəcəyik.
- Növbəti turda “Qəbələ”nin qonağı olacaqsınız. Həmin görüşdən gözləntiləriniz nədir?
- “Qəbələ”nin bəzi oyunlarına baxmışam. Çox yaxşı oynayırlar. Məncə, onların xalları daha çox olmalı idi. Qarşıdakı görüş çətin olacaq. Qəbələdəki hava şəraitini də hamı bilir. Bütün bunlara baxmayaraq, səfərə qələbə üçün yollanacağıq.
- “Araz-Naxçıvan”la görüşdən sonra klub rəhbərliyi də sizi təbrik etdi və paltardəyişmə otağında qələbəni böyük coşqu ilə qeyd etdiniz...
- Klub rəhbərliyi də qalib gəldiyimiz üçün sevinirdi. Çünki bu qələbə bizim üçün çox vacib idi. Rəhbərlik komandaya təşəkkür etdi. Onlar da 90 dəqiqə ərzində xarakter göstərdiyimizi bildirdilər. Eləcə də komandaya növbəti oyunlarda uğurlar arzuladılar.
Zamiq Əliyevin klubundan inamlı qələbə
“Real” Joze Mourinyoya əvəzləyici axtarır
Anatoli Nuriyevin komandası xal itirdi
Çempionlar Liqası matçını buraxacaqlar
"Yüksək yerlər uğrunda oynasaq..." - Azər Məmmədov
"Kəpəz" - "Zirə" matçından - Video
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
“Kəpəz” - “Zirə” matçında heç-heçə, "İmişli"dən qələbə
“Barselona”nın hazırlıq planı pozuldu
“Borussiya”nın futbolçusu sıradan çıxdı
"İmişli" "Turan Tovuz"u belə məğlub etdi - Video
AFFA Region Liqasının püşkü atıldı
2-ci liqada 8-ci tura start verildi
“Rəhbərliklə bunu müzakirə etməmişəm” - "İmişli"nin məşqçisi
“Hər dəfə qol vurmaq mümkün olmur” - Kurban Berdıyev
“Kəpəz” - “Zirə” matçının heyətləri açıqlandı
“Napoli”də 20 ilin antirekordu
Azərbaycan karateçilərindən dünya çempionatında 5 medal
Misli Premyer Liqasında 12 oyunun saatı açıqlandı
Messi həmin Messidir - Video
"İmişli" - "Turan Tovuz": Heyətlər
“Barselona”ya fırtına əngəli
“Qarabağ” çempion olmaq istəyir” - Savo
"Sabah" - "Borussiya" matçının hakimləri açıqlandı
Emilianonun çənəsi qırılıb - Şəkil
"Fənərbaxça"nın böyükhesablı qələbəsi - Video
"Barselona" və "Atletiko" qalib gəldi
"Fənərbaxça"dan böyükhesablı qələbə
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu
Derbidə vurulan 6 qol - Video
Cəlal Hüseynovun "Petrolul"u xal itirdi
Haaland Premyer Liqada daha bir rekordu yenilədi
"Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu
İsayevin dublu, "Sabah"ın 4 qollu qələbəsi - Video
Nərimanın komandasından növbəti qələbə
“Qalatasaray” son dəqiqə qolu ilə qələbə qazandı
Çelsi” mövsümdə ilk dəfə qapısını toxunulmaz saxladı
“Görüləsi işlərimiz çoxdur” - Yeton Bekiri
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
Qapıçı zədələndi, xərəkdə aparıldı
"Qarabağ" - "Neftçi" matçının heyətləri açıqlandı