Bəli, bu ad bizdə çox ucuzlaşıb. Hətta o qədər ucuzlaşıb ki, hörmətli, nüfuzlu, peşəkar idmançılar arasında artıq belə bir deyim də yaranıb: “Kitayski çempionlar”. Yəni bildiyiniz, Çinin saxta məhsulları ilə bağlı məşhur olan söz-söhbəti indi bəzi idmançılarımıza da aid edirlər.
Bəs, kimdir onlar? 3 qat, 5 qat, 7 qat, 10 qat, hətta 20 qat “dünya çempionları”. Ad bir deyil, iki deyil ki, sadalayasan. İdman növü bir deyil, iki deyil ki, bir-bir ad çəkəsən. Amma məlum olan bir fakt var: bu “çempionlar” hamısı birmənalı olaraq, qeyri-olimpiya idman növlərinin təmsilçiləridir!
Qeyri-olimpiya idman növlərində, əsasən karate və hətta kikboksun özündə belə bizim layiqli mübarizə şəraitində, əzab-əziyyətlə dünya çempionu adını qazanan yetərincə idmançımız var. Onlara halal qələbələrinə görə “Bravo” deyib, gəlirik məhz elə bu cür idmançıların qazandığı təmiz uğura kölgə salanların üzərinə.
Biz yeni “çempionlara” və yaxud yenidən “çempion” olanlara demək olar ki, hər həftə rast gəlirik: TV-lərdə, saytlarda, qəzetlərdə xəbər gedir ki, filankəs hansısa yarışdan qızıl medalla qayıdıb. Millətimiz də bir himə bənddi axı, sosial şəbəkələrdə dərhal müzakirələr başlayır, çoxunun söylədiyi, yazdığı bir cümlə var: sən bizim fəxrimizsən!
İlk baxışda normal yanaşmadır. Amma dərinə gedəndə...
O idmançıların mübarizə apardığı yarışın incəliyi ilə maraqlanan çox az adam olur. Xüsusilə mediamız adi bir xəbərin mənbəyini yoxlamağı ağlına da gətirmir. İnternetə girib qısa bir araşdırma aparanda həqiqətən biabırçı mənzərə ortaya çıxır: yarış harda olub, kim keçirib, idmançılarımızın rəqibləri kimlər olub? Bu haqda bir cümlə belə xəbərə rast gəlmirsən.
Əziz oxucu, sənin fikrincə, normal yarış haqda, ən azı, çempionatın keçirildiyi ölkədə yazmırlarmı? Təbii ki, yazırlar. Bəs, hanı o yarış haqda, bizim o dırnaqarası çempionlarımız barədə xəbərlər? Məsələn, elə bu dəqiqə, bu sətirləri oxuyarkən, sizi maraqlandıran istənilən çempion idmançının adını Google-də axtarışa verin, görün, xarici saytlarda bizim idmançılarımızın hansı haqda nə yazılıb... Hansı yarışın ki, sambalı var, məhz o idman növlərinin təmsilçiləri ilə bağlı məlumatlara rast gələcəksiniz.
Söhbət əsla ondan getmir ki, kimsə pul verib “dünya çempionluğu” alıb. Yox. Sadəcə, çox vaxt belə adamların mübarizə apardığı yarışın və idmançıların səviyyəsi sıfır həddə olur. Amma buna baxmayaraq, onlar vətənə qayıdanda süni yola təbliğata başlayıb, özlərini əsl çempionlarla bir tərəziyə qoyurlar.
Bir daha qeyd edirəm, bu yazdıqlarım qeyri-olimpiya növlərində həqiqi çempionluqlar qazananlara aid deyil. Sözüm özlərinə “dəfələrlə dünya çempionu” titulunu verənləridir. Fikir verdinizsə, mən bayaqdan ancaq “dünya çempionu” ifadəsini işlədirəm. Maraqlıdır, görəsən, o cür “yüksək yarış” keçirənlər heç Avropa çempionatı haqda düşünmürlərmi? Bir dəfə marağınız olsa, “kitayski çempionlar”a sual verin ki, siz neçə dəfə Avropa çempionu olmusunuz? Deyəcəklər, Avropada birinci olmamışıq, amma məsələn, beş dəfə dünya çempionu olmuşuq. Bu günlərdə tanınmış idmançılarımızdan biri məhz bu məsələni nəzərdə tutaraq yanğıyla dedi ki, indi Azərbaycanda Avropa çempionu kimi təqdim olunmaq, dünya çempionu kimi təqdim olunmaqdan daha samballıdır.
Əslində, bir dünya çempionunun Avropa çempionu ola bilməməsində qeyri-adi nəsə yoxdur. Amma konkret bu məsələdə söhbət əsl idmançılardan və idman növlərindən gedir.
Bəs, bu qədər “dünya çempionluğu” nəcə qazanılır? Necə olur ki, idmançı 1 ildə 2, ya 3 dəfə dünya çempionu olur? Axı, bu anormal formuldur. Necə ola bilər bi, bir ildə bir neçə dünya çempionatı keçirilsin? Məsələ də burasındadır ki, qeyri-olimpiya idman növünün çoxunda bir yox, bir çox versiya üzrə yarış təşkil olunur. Bizim idmançıların bəziləri də o yarışların hamısına qatılır. Nəticədə, bir idmançı bir ildə hətta üç dəfə də dünya çempionu ola bilir. Amma o versiyalardan yalnız birinin sambalı yüksək olur.
Hərçənd, bizim idmançıların bəziləri ucuz şöhrətdən doymaq bilmirlər. “Mən neçə dəfə dünya çempionu olmuşam” deməklə kimə və nəyi sübut eləmək istəyirlər?
İnsanlarımızın çoxusu səviyyəsiz yarışlardan bixərdir deyə, onları belə uydurma çempionluqlarla aldatmaq çox asandır.
Bir balaca təsəvvür olsun deyə, qeyri-olimpiya deyil, olimpiya idman növlərində keçirilən yarışlara diqqət edək. Məsələn, böyüklər arasında boks üzrə yarış iki ildən bir, güləş və cüdo yarışları isə ildə cəmi bir dəfə keçirilir. Ümumiyyətlə, bu yarışlar səviyyə baxımından qeyri-olimpiya idman növlərindən çox yüksəkdə dayanır. Bu yarışın səviyyəsi yüksəkdir, burada samballı idmançılar mübarizə aparırlar.
İndi təsəvvür edin, bizdə qeyri-olimpiya növlərində 7-8 qat (10 qat və daha artıq!) dünya çempionları olduğu halda, olimpiya növlərində bu göstərici qat-qat aşağıdır.
Güləş növündə Fərid Mansurov 1 dəfə olimpiya, cəmi 2 dəfə dünya çempionu, yenə də güləşdə Mahiyəddin Allahverdiyev 3 dəfə dünya çempionu, boksda isə Məhəmmədrəsul Məcidov 2 dəfə dünya çempionu olub (sırf yaddaşlıqdan hansısa idmançımız siyahıya düşməyibsə, üzürlü saysın).
Əslində, bu fakt qeyri-olimpiya və olimpiya idman növləri arasındakı səviyyə fərqini ortaya qoyur. Yəqin ki, bizim ictimaiyyət nümayəndələrinin böyük əksəriyyəti gələcəkdə həqiqi çempionlarla (istər olimpiya, istərsə də qeyri-olimpiya növlərində) saxta çempionlar arasında fərqi ayırd edə biləcək.
İndilikdə isə Gənclər və İdman Nazirliyinin bu məsələ ilə bağlı mövqeyi maraq doğurur. Ümid edək ki, nazirlik özü də yaxın gələcəkdə əsl çempionları saxta çempionlardan ayırmağın bir mexanizmini tapacaq.
Aydın BAĞIROV
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər