Çoxlarına yanlış olaraq elə gəlir ki, o, danışıb-gülməyən, qaraqabaq və darıxdırıcı insandı. Səbəbsiz də deyil.
Məlum, hər dəfə “Qarabağ”ın oyunlarında efirdən gördüyümüz Qurban Qurbanov məhz belə bir adam təsiri bağışlayır. Emosiyalarını gizlədir, komandası qol vuranda bir çox məşqçidən fərqli olaraq, sevincini büruzə vermir. Amma ürəkdən sevinəndə illərdi içində saxladığı o enerji vulkan kimi püskürür. Başlayır hönkür-hönkür ağlamağa. “Qarabağ”da yaşadığı ilk çempionluq zamanı bunu bütün Azərbaycan görmüşdü.
Və bəlkə də Qurban Qurbanovu bir məşqçi kimi güclü edən də bu soyuqqanlılığıdı. Rəşad Sadıqov necə demişdi?
“Yaxşı məşqçi olmaq üçün Qurban kimi səbirli olmaq lazımdır”.
***
Əmrah bəyin dəvəti ilə “Qarabağ”ın Antalyadakı təlim-məşq toplanışındayam. 2010-cu ilin yanvarıdı. Səfərin ilk günü. Bir anlıq təsəvvür edin, düşmüsüz hardasa 50 nəfərlik kollektivin içinə və o 50 nəfərdən də düz 47 nəfəri ilə şəxsi tanışlığınız, münasibətiniz yoxdu. Belə durumda özünüzü necə hiss edərsiz o mühitdə?
Ay sağ ol, yad bir adam kimi.
Və onda qəfil Qurban Qurbanovla rastlaşıram. Elə bil sıxıldığımı duyub soruşur: “Darıxmırsan ki?”
Yalandan “yox” - deyirəm.
Dönüş biletim hələ 1 həftə sonrayadı. Beynimdən bir fikir keçir ki, 2-3 gün qalıb uydurma bir bəhanə ilə Bakıya qayıdım. Sanki bunu da hiss edir: “Sıxılma, elə bil öz evindəsən”.
***
Komandanın məşqindəyəm. Futbolçuları yığıb meydançanın ortasında söhbət edir, onlara tapşırıqlarını verir. Bir az nəzarət edir hazırlığa, sonra mənə yaxınlaşır. Meydançanın kənarındayam. Başlayır söhbətə. Doğmalıq göstərməyə. Özünün məşq prosesindən danışır.
Getdikcə bu komandaya, bu kollektivə bağlandığımı hiss edirəm.
Artıq səfərin 7-cü günüdü. Beynimdə formalaşmış o yad adam düşüncəsi isə artıq darmadağın olub. Bir həftəliyə gəlmişdim “Qarabağ”ın düşərgəsinə, gəldiyim ilk gündəcə geri qayıtmaq istəyirdim, amma indi öz istəyimlə daha 1 həftə qalıram... 
Antalya, 2010-cu il, yanvar
***
Qaldığımız otelin meydançasında oyunumuz var. “Qarabağ”ın məşqçi heyəti ilə texniki heyəti arasında. Mən də heyətdəyəm. Qurban Qurbanovun komandasında. Topu mənə ötürür, başımı qaldıranda qarşımda kimi görsəm, yaxşıdı: Zaur Tağızadəni!
Özümü lap peşəkar futbolçu yerinə qoyuram.
Rəqibin Zaur Tağızadə, komanda yoldaşın da Qurban Qurbanov.
Kaş bir qol da vuraydım deyə düşünürəm. Vururam da! Qurban Qurbanovun ötürməsindən sonra düz doqquzluğa.
“Əla Aydın, yaxşı oynayırsan...”
“Qarabağ”da elə futbolçular var, yəqin hələ heç vaxt Qurban Qurbanovdan belə gözəl tərif eşitməyiblər. Mən “debüt oyunum”da bunu bacarıram. 40 dəqiqədi oynayıram, görürəm artıq nəinki qaçmağa, nəfəs almağa belə hal qalmayıb. “Oynaya bilmirəm” deyirəm. Amma Qurban müəllim “Əla oynayırsan e, davam elə" deyir...
Həvəslənirəm.
20 dəqiqə sonra oyun qurtarır. Sağ olsun Qurban müəllim, 2 il futbol oynamayan birini düz 1 saat dayanmadan, əvəzetmədən oynatdı...
Bilirsiniz niyə?
Çünki ehtiyatda məni əvəz edəcək bir nəfər də yox idi ))
***
Mənə görə onlar Azərbaycanın heç bir klubunda olmayan, bir az qeyri-adi sayılacaq mühit yaradıblar. İstər yeni futbolçu ol, istər klubun qonağı, istərsə də kim olursan ol, əgər “Qarabağ”ın düşərgəsinə düşmüsənsə, özünü orda ögey hiss etməyəcəksən.
Sənə Qurban Qurbanov da doğma gələcək.
Əmrah Çəlikəl də...
Asif də...
Nurlan da...
Hətta alban Aqolli də...
...Və bu gün o doğma mühitin memarlarından birinin 45 yaşıdı.
Arzular, təbriklər. Sözləri, tostları uzatmaq olar. Amma. Uzatmayaq. Yazıya elə burda, bu arzuyla yekun vuraq:
Yaşasın, Qurban Qurbanov!
Aydın BAĞIROV
[email protected]
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu