2019-un ilk yazısı
***
Uşaq futbolumuzdakı problemlər haqda danışılanda yadıma hər dəfə Bakıdakı futbol məktəblərindən birində baş verən bu kədərli hadisə düşür. Məktəbin məşqçisinin olarmış 35-40, hazırladığı uşaqlarınsa 9-10 yaşı. Özünün növbəti məşqinin sonunda 35-40 yaşlı məşqçi ilk dəfə futbol məktəbinə ayaq basan 10 yaşlı uşağa faşistsayağı həyvərəliklə "səndən futbolçu olmayacaq" - deyərək ona məktəbə gəlməyi qadağan edir. Uşağın elə ilk məşqindən sonraca.
Axşam hadisəni evdə atasına danışan 10 yaşlı o uşaqsa deyir: “Məni birdə ora aparma. Orda mühit çox pisdi...” 10 yaşlı uşağın sözlərinə diqqət edin: “Orda mühit çox pisdi...”
İşin tragikomik tərəfi isə odur ki, 10 yaşlı uşaq hələ yenicə inkişafa başlayan tük qədər zehniyyəti ilə futbol məktəblərimizdəki xaosu görür və hiss edir, amma futbol federasiyası və klublar (çoxusu) dərk etmir ki, uşaqla yaşı olan yox, başı olan işləməlidi. Və ümumiyyətlə, tək uşaq futboluna da deyil, bütövlükdə futbolumuza, idarəçiliyə futbol başı olan adamlar lazımdı. Yoxsa onsuz da yaxşı olmayan vəziyyət, nəticələr yaxın 5 ildə daha da pisləşəcək.
Futbol adamlarımızın çoxu da şəxsi söhbətlərdə bununla bağlı narahatlıqlarını dilə gətirir. Amma qeyd etdiyim kimi, yalnız şəxsi söhbətlərdə. Mediada bu faktları deyənlər yox dərəcəsindədi. Hərçənd demək də lazımdı. Məsələn, İsgəndər Cavadov necə ki, hansısa sirli səbəbdən qəfil coşub millidə Qurban Qurbanovdan nəticə tələb edirdisə (haqlı olaraq da tələb edirdi), narazılığını büruzə verirdisə, mediada olmasa da, üzvü olduğu AFFA İcraiyyə Komitəsində bölgələrdə futbolsuzluğun aradan qaldırılması məsələsini qaldırmalıdı. Çünki İsgəndər Cavadov həm də Regional Futbol Federasiyası adlı qurumun prezidenti kimi rəsmi məsuliyyəti olan biridir. Amma əlbəttə, bunun baş vermə ehtimalı AFFA İcraiyyə Komitəsinin hazırkı 11 üzvündən çoxunun futbolu öyrənməsi ehtimalı qədər azdı, ya da, ümumiyyətlə, heç yoxdu.
İcraiyyə Komitəsini niyə xüsusi qeyd edirəm? Çünki futbolumuza dair bütün önəmli qərarlar orda qəbul olunur və federasiyasının komitələri tərəfindən icra edilir. Verilən qərarlara uyğun olaraq AFFA işləri o səviyyədə icra edib və edir ki, indiki kimi 3-4 il sonra da milli komandada oynamaq bacarığında cəmi 1-2 futbolçu olacaq. A milli komanda gözümüzün önündədi. TV-lər, saytlar, qəzetlər onlardan yazır deyə problemləri görür və işıqlandırırıq. U-21-dən başlayaraq isə digər aşağı yaş qruplarında ciddi kadr böhranı var. Hesablasan gələcəkdə A millidə oynayacaq potensiala malik 5-6 futbolçu yoxdur. Bunun səbəbi təkcə 10 yaşlı uşaqla tərbiyəsizcəsinə davranan 35-40 yaşlı o məşqçi deyil. Onun kimi futbol savadı olmayan onlarla o tip lisenziyası olmayan dırnaqarası “mütəxəssis” tanışlıq və qohumluq əlaqələri sayəsində uşaq futbol məktəblərinə doluşub. Və bu adamların birinci məqsədi uşaqdan nəticə tələb etmək yox, onlara futbolu sevdirmək olmalıdı. Sonra ona normal təhsil verməli, gələcəyin şəxsiyyəti kimi formalaşdırmağı bacarmalıdı. Bizdə isə futbolçuya dərs keçənlər sırasında özlərinin intellektə və insani səviyyəyə ehtiyacı olanlar az deyil. O “müəllimlərin” sayəsində də xaraktersiz futbolçularımızın sayı günbəgün artmaqdadı. Millidə artıq təsdiqini tapan həqiqət budur ki, Rəşad Sadıqovun gedişindən sonra lider, bütün komandaya nüfuz etmək, söz keçirmək gücü olan futbolçu qalmayıb. Komanda oyunu bəzi hallarda meydanda deyil, meydana çıxmadan, elə paltardəyişmə otağında uduzur. Bir çoxu da xaraktercə çox zəifdi. Kosovo ilə matç yadınızda? Digərləri bir yana, təkcə “Qarabağ”ın millidəki oyunçuları – hansı ki, onlardan düz 5 nəfəri əsas heyətdə yer almışdı – həm də Qurban Qurbanova görə canlarını ortaya qoyub iradə göstərməli idilər. Amma elə bil tir-tir əsirdilər. Ona görə də qatar da getdi, Qurban Qurbanov da.
İndi qaranlıq yoldayıq. Və o yolda işıq görünmür. Çünki işıq 10 yaşlı o uşaq, uşaqlardı, bu işığı söndürən 35-40 yaşlı həmin məşqçilər yox.
Aydın BAĞIROV
[email protected]
"Arsenal"a keçə bilər
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı