Doğrudan da Azərbaycanda futbol adamlarının mütləq əksəriyyəti həmişə təkəbbürlü olub: ta hələ uzaq 1966-cı ildən başlamış düz bugünkü dövrümüzə qədər. “Neftçi” nə vaxtsa tarixində SSRİ çempionatında vur-tut bir mükafat - bürünc medal qazanıb, üstündən düz 48 il ötüb, amma bu 48 ildə hətta sovet futbolunun özü üçün böyük sayılmayan bu nailiyyətlə hələ də yatıb duran, xəyal quran, “mən bu olmuşam, bəs sən kim olmusan” düşüncəsiylə yaşayan futbolçular var.
Elə həmin “Neftçi”nin varisləri iki il öncə Avropa Liqasının qrup mərhələsinə düşüb, komandanın əksər üzvləri isə bugünə qədər o uğurun eyforiyasından çıxa bilməyiblər. “Qarabağ”a uduzurlar “Biz Avroliqanın qrupunda oynamışıq deyirlər”, AZAL-a məğlub olurlar, yenə eyni sözlər. Yox, “Neftçi”nin bu tarixi göstəricisinə qətiyyən kölgə salmaq fikrində deyiləm. İstənilən insanla da mübahisəyə hazıram. Avropa Liqasının qrup mərhələsinə düşməklə “ağ-qaralar” Azərbaycan futbolunun 103 illik tarixinin ən böyük uğuruna imza atıb və bu uğurda zəhməti, əziyyəti olan hər kəs həmişə minnətdarlıqla xatırlanmalıdır.
Amma bunu az qala hər açıqlama və müsahibədə dönə-dənə qabartmaq, yumşaq desəm, qeyri-təvazökarlığın, ən azı həmkarlarına yuxarıdan aşağı baxmağın göstəricisidir. Bunlar hələ qrupa düşüb belə edirlər, gör, məsələn, büdcəsi “Neftçi”dən dəfələrlə az olan Belarus BATE-si kimi üç dəfə Çempionlar Liqasının qrupunda oynasaydılar, Moldova “Şerif”i kimi Avropa Liqasının qrup səddini də aşıb 1/16 finala çıxsaydılar, nələr olardı, nələr...
Yeri gəlmişkən, sözüm təkcə “Neftçi”yə aid deyil. Həm də Avropada oynamış bütün klublara, milli komandanın doqquz xal toplamasına “böyük uğura imza atdıq” kimi absurd qiymət verənlərədir. Dəfələrlə deyilib, bir dəfə də mən qeyd edim: bizim futbol adamlarının nəhayət, yuxudan ayılmaq, öz-gözlərinə su vurub, güzgüyə, daha doğrusu, televiziyaya diqqətlə baxıb Avropa futbolunda yaşananlarla yaxından maraqlanmalarının vaxtıdır ki, başa düşsünlər...
Futbolumuzdakı bu boyda iqtisadi güclə biz Avropa futbolunda heç nəyə nail olmamışıq, heç nəyə. Hə, “Neftçi”nin Avroliqanın qrupuna düşməsi Azərbaycan üçün bir ilkdir, həqiqətən uğurdur, amma bəşər futbol tarixi üçün sıradan hadisədir. Eynilə “Qarabağ”ın düz üç dəfə Avroliqanın “pley-off” mərhələsinə gəlməsi də.
Fürsət düşmüşkən, AFFA rəhbərliyinə də qısa bir müraciətim var. Rövnəq Abdullayevin başı qarışıqdır, anlayıram, amma hörmətli Elxan müəllim, qiymətli vaxtınızdan 2-3 dəqiqə ayırıb Foqtsa bildiyi dildə anladın ki, heç olmasa sizi və sizdən vəzifəcə daha yüksəkdə dayanan cənabları ələ salmasın. Yekəxanalıq və dikbaşlıq edib altı ilə yaxındır qara camaatı - azarkeşləri saymır bunu başa düşdük, bəs, sizlərlə – möhtərəm zati-həzrətləri ilə alıb-verməyəcəyi nədir ki, “mən Azərbaycan millisinin “Avro-2016”nın final mərhələsinə çıxacağına söz verməmişəm” - deyir. Deyib axı. Foqts da deyib, hələ üstəlik Rövnəq Abdullayev də.
İndi cavab verin görək, Foqts niyə burdan-bura sizlərə kələk gəlir, verdiyi vəddən qaçır?
Düzdü, onsuz da Azərbaycan milli komandası (iki-üç futbolçunu çıxmaqla) o bacarığın və qabiliyyətin yiyəsi deyil ki, “Avro-2016”ya gedə. Gərək ki, AFFA prezidentindən fərqli olaraq, siz bu haqda bir dəfə də vəd verməmisiz. Ağıllı və uzaqgörən adamsız. Həqiqi sözümdür. Amma o qoca kişiyə başı salın, heç olmasa, bu ağsaqqal yaşında bir az ciddi olsun.
Ciddi və səmimi olmayanda adam gözdən düşür. “Neftçi”nin o lider futbolçuları kimi... Nazim Süleymanov bir həftə deyil istefaya gedib, əleyhinə danışmaq üçün, az qala növbəyə düzülüblər. “Onun taktikası bir işə yaramırdı”, “Nazim Süleymanov sərt deyildi” və sair və ilaxır. Başa düşdük, hansısa futbolçu Nazim Süleymanovu qəbul etməyib, amma sözü ya zamanında (o baş məşqçi işləyərkən) demək, ya da ən azı birgə çalışdığınız o 2-3 ayın, bu müddətdə kəsdiyiniz duz-çörəyin xatirinə susmaq lazımdır.
Növbəti yazıda görüşənədək.
Aydın BAĞIROV
E-mail: [email protected]
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu