Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Premyer Liqamızda oyunların başlama saatı açıqlandı

Yazarlar
 Qazaxıstanla Qazax futbolunun fərqi
Aydın BAĞIROV
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Mosvka Spartakçısı (?)... Anatoli Banişevski
Şakir YAQUBOV
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
Fotoreportaj
Bütün 
“Qarabağ”ın 6-ci çempionluğu – Şəkillər
Top 5
"Qarabağ" - çempion!
“Barselona” kuboku darmadağınla qazandı
"Barselona" Ardanı satır
İnyestanın "Barselona"da son kubok oyunu və gözyaşları – Şəkillər
Dani Kintana “Qarabağ”da qalacaqmı? – ispan futbolçudan açıqlama
Linklər
525ci Qəzet

Futbolumuzun dörd tragikomik faktı
[02.04.2018]

Aydın BAĞIROV

Yazının əvvəlində sizi qısa statistika ilə bir balaca yormalı olacam. Çünki ölkədə uşaq futbolunun hansı kökə düşdüyünü, onu gələcəkdə hansı zərbələrin gözlədiyini bu rəqəmlərdən daha yaxşı ifadə edən acınacaqlı və gülməli faktlar tapmaq, yəqin ki, mümkün deyil.

Beləliklə, başlayaq ondan ki, futbola milyonlarla pul ayrılır. Amma...

Birinci fakt.
Həmkarım İlqar Tağıyevin bir müddət əvvəl apardığı araşdırmadan məlum olur ki, AFFA-nın U-14 Liqasında bir mövsüm ərzində oynamış 1929 oyunçudan 1526-sı (79,1 faiz), yəni hər 5 nəfərdən 4-i növbəti il də karyeralarını davam etdirməli olduqları halda futbolu vaxtından əvvəl (ya da elə başlayan kimi) atmaq məcburiyyətində qalıb.

İkinci fakt. AFFA-nın 2017-ci il üçün hesabatına əsasən, ötən il U-14 liqasında təkcə bölgələri təmsil edən 47 komanda oynayıb. U-15 liqasında isə bölgə komandalarının sayı düz on dəfəyə yaxın azalaraq 5-ə düşüb! (Bakıda məskunlaşan “Qarabağ” və paytaxta yaxın Sumqayıtın komandaları istisna olmaqla). U-16 və U-17 liqalarında vəziyyət daha dözülməzdi. Birində 2, digərində 3 bölgə təmsilçisi oynayır (“Qarabağ” istisna olmaqla).

Yəni təkcə Premyer Liqada yox, U-15-dən başlayaraq bütün çempionatları Bakı turniri də adlandırmaq olar. Və futbolumuzun – aşağı yaş qrupları üzrə liqaların niyə bu günə düşməsinin yeganə bir səbəbi var: uşaq futboluna pulun ya heç ayrılmaması, ya da simicliklə ayrılması.

Konkretləşdirək. U-15 liqası U-14-də olduğu kimi, region deyil, bütün ölkə üzrə keçirilir və bir bölgə komandasının Bakıya (yaxud qonşu şəhərə) oyuna getməsinə vəsait lazımdı. Nə qədər? İllik cəmi 10-15 min manat. Hələ UEFA-nın uşaq futbolu üçün ayırdığı pulları bir kənara qoyaq. Bu yerdə hərlənib-fırlanıb yenə gələcəm AFFA-da vəzifə borcu uşaq futbolunu inkişaf etdirmək olan, amma burda çalışdığı 10 ildə Azərbaycana bir yararlı futbolçu belə tapmayan Bernhard Lippertə. Təkcə bu almana verilən illik maaşla bölgələrdə 10 babat uşaq komandası saxlamaq olar. 10 belə komanda azı 200 futbolçu deməkdi. Gələcəkdə o 200 nəfər arasından da 2-3 faiz istedadlı futbolçu çıxsa, bəs edər. Amma əyalətlərdə uşaq futbolunun da günbəgün batması yəqin AFFA-nı hələ ayıltmayıb.

Hərçənd uşaq futbolundan danışanda bütün məsuliyyəti federasiyanın üzərinə atmaq da haqsız olar. Çünki...

Üçüncü fakt. AFFA ilə yanaşı ölkədə idmanın və futbolun inkişafına məsul olan daha iki qurum var. Biri və ən əsası Gənclər və İdman Nazirliyidi, digəri isə bir az Təhsil Nazirliyi. Bu iki böyük dövlət qurumunun nəzdində bütün rayonlarda uşaq gənclər idman məktəbləri fəaliyyət göstərir. Amma sözügedən liqalarda həmin məktəblərin toplam bircə komandası oynayır. Təsəvvür edirsiniz, bircə komandası! Əgər belə olacaqsa, faktiki futbolun inkişafı adına heç bir iş görməyəcəklərsə, o zaman bu nazirliklər AFFA İcraiyyə Komitəsində hansı məntiqlə təmsil olunmalıdı?

Nəhayət, dördüncü fakt. Və bütün bu tragikomediyadan sonra hamı elliklə Qurban Qurbanovla Rəşad Sadıqovdan möcüzə tələb edir. Kimlə yaradacaqlar o möcüzəni? Əfran İsmayılovla?

Aydın BAĞIROV
[email protected]

1882 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
18.04.2018  15:36 Qazaxıstanla Qazax futbolunun fərqi
11.04.2018  13:46 "Roma"nın oyununda: əvvəl və sonra
03.04.2018  15:42 “Atletiko”ya olar, “Qarabağ Vyana”ya yox?
16.03.2018  13:29 Malenanın oynadığı Azərbaycan millisi
15.03.2018  14:56 Kamran Quliyevin Klublar Komitəsi haqda
23.02.2018  14:20 Futbol tariximiz tək Tofiq Bəhramovdan ibarət deyil…
14.02.2018  12:33 Pul hanı?
11.02.2018  12:44 Alman “Qarabağ”ın oyununa gəldi, AFFA rəhbərliyi gəlmədi...
06.02.2018  15:01 “Neftçi”ni bu günə jurnalistlər saldı...
31.01.2018  16:50 Böyükağa Hacıyevlə “Mardan”da söhbət...
22.01.2018  17:06 Fatih Terimlə qanqaraldıcı görüş
12.01.2018  13:00 Vaqif Cavadova bircə sual
08.01.2018  15:58 Belə etmə, Rəşad!
20.12.2017  16:03 Tahir Gözəllə Rövnəq Abdullayevin fərqi
19.12.2017  16:09 Ramilin yeri “Qarabağ” deyil...
14.12.2017  15:54 Bizdə şərhçi ancaq Fikrət Adıgözəllidi?
12.12.2017  13:02 Bakıda Banişevskinin adına niyə stadion yoxdu?
11.12.2017  13:02 Banişevskiyə necə kələk gəldilər?
07.12.2017  16:54 Sağ ol, "Qarabağ"! Grazie, Roma!
04.12.2017  11:46 İstiqanlı və dəliqanlı Romaya xoş gəldin, “Qarabağ”!
30.11.2017  14:29 Hanı bizim Deda?
16.11.2017  13:46 İsgəndərin, İqorun və Samirin yolu...
10.11.2017  13:34 Futbolumuzu bu viruslardan təmizləyin, Qurban müəllim!
01.11.2017  13:34 Gracias, “Qarabağ”!
11.10.2017  12:37 Bizim Ansi
23.09.2017  15:52 Qınamayın azarkeşi, Qurban müəllim!
15.09.2017  13:51 Biz və gürcülər
13.09.2017  13:37 “Qarabağ” bizim çempionata görə belə uduzdu
11.09.2017  12:00 O kresloda rahat otura bilirsiz, Orxan müəllim?
02.09.2017  11:37 Barmağımız qapı arasında qalanda Rəşadı axtarırıq
29.08.2017  18:05 “Qarabağ” udanda və bölgələrdə futbol can verəndə…
16.08.2017  16:22 Əfran üçün…
02.08.2017  14:13 Qurban Qurbanov 80 minlik oyunçunu “300 minə aldıq” demir..
17.06.2017  11:12 Getdi...
12.05.2017  14:12 “Səbail” yaşasın, “Turan” dağılsın?
21.04.2017  13:11 Allahverdi Bağırovun iradı...
19.04.2017  13:12 Kaşşai kirli vəzifəni necə lazımdısa, icra etdi
13.04.2017  14:51 Tanımadığımız Qurban
13.03.2017  14:24 O mükafatı niyə qəbul etdiniz, Şahin Diniyev?
03.03.2017  14:13 4 aydı oynamayan futbolçunun millimizdə nə işi var?
23.02.2017  16:10 AFFA öz stadionuna niyə Banişevskinin adını vermir?
07.02.2017  17:31 “Neftçi” 42 illik əfsanəvi həkimini necə qovdu?
06.02.2017  16:27 Rəşadları məhv edənlər...
23.01.2017  15:27 Kimə lazımdı “Birlik kuboku”?
14.01.2017  15:46 Belə də yox...
10.01.2017  15:36 Futbol mafiyası uddu, futbol uduzdu
26.10.2016  17:19 Hanı Bəhram?
12.10.2016  14:24 Bu nə qərar, arkadaş?
03.10.2016  11:54 Kamran Ağayevə...
30.09.2016  15:05 “CBC Sport”un 1 yaşına
10.09.2016  22:24 Ayıb olsun
08.09.2016  13:44 “Futbol şikəstləri”nə 100 milyonlar olar, Ramilə 1 milyon olmaz?
31.08.2016  13:10 35 yaşlı Aslan
26.08.2016  12:46 “Qarabağ” Respublika stadionundan getsin!
28.06.2016  12:34 İslandiya möcüzəsi: narkomaniyadan futbola gedən yol…
03.06.2016  12:45 Bu villanın hasarı hanı?
01.06.2016  13:35 Avstriya gündəliyi....
03.05.2016  14:03 Gözünə su ver, ərəb şeyxi!..
20.04.2016  12:21 “Atletiko”nu niyə sevməli?
18.04.2016  13:06 “Neftçi”ni utandıracaq şəkil
13.11.2015  13:40 Bizi rəzil edən kimdi: Şeydayev, yoxsa?..
10.11.2015  17:35 Dünya çempionu adı niyə bu qədər ucuzlaşıb?
09.11.2015  18:16 “Neftçi”də gələn gedənə rəhmət oxutdurdu!
04.03.2015  13:47 Türkiyəyə niyə getmisiniz?
26.02.2015  14:20 PFL-i ləğv edin!
17.02.2015  13:28 Nazim Süleymanova iş də verin!
05.02.2015  16:09 17 yaşlı oyunçu 3 minin davasın edəndə...
02.02.2015  14:11 Samir Ələkbərov hardadır?
23.12.2014  15:45 Sizin oyunu hansı kanal və niyə alsın?
22.12.2014  14:20 Qaranın halal haqqı
10.12.2014  15:24 Banişevski tüpürərdi belələrinin üzünə!
24.11.2014  15:55 Arazı Qurban xilas edəcək!
21.08.2014  11:07 Dərs – Rəşad Məcidin 50 illiyinə
31.07.2014  15:09 Qurban Qurbanovun iki qızıl qaydası
25.07.2014  15:14 “İnter”i hakim uduzdurmadı, rəhbərliyi uduzdurdu!
09.07.2014  12:43 Rədd olsun, Pelenin proqnozu!
08.07.2014  16:47 Hansı üzlə futboldan danışırsız?
07.07.2014  12:48 Kosta-Rika ilə Azərbaycan futbolçusunun fərqi, yaxud pul futbol oynamır
30.06.2014  16:07 Baş nazirə yazılan məktub
19.06.2014  13:39 Del Boske, Sampaoli və Foqts
17.06.2014  13:55 Gedin, Ronaldonun əlindən öpün...
13.06.2014  12:28 O hakimdən Azərbaycanda onlarladı
14.04.2014  16:43 “Qəbələ” özbaşınalıq etsəydi...
17.03.2014  13:54 Sadıqovun istefası, AZAL-ın absurd tələbi
14.03.2014  13:54 Xaqani Məmmədov, danışmaq olar?
12.03.2014  15:53 Sözün bitdiyi yer!
03.03.2014  13:35 “Neftçi” haqlıdırmı?
26.02.2014  15:09 Marata zaman verin!
24.02.2014  15:48 Pul və xal
21.02.2014  15:36 Lafet-lafet “idman jurnalisti”
19.02.2014  14:17 Xocalı kampaniyası, “Qalatasaray” və mümkün olmayan iş
18.02.2014  16:32 Emin Mahmudov millimizdən niyə üz döndərir?
12.02.2014  15:03 15 dəqiqənin ayıbı
10.02.2014  15:43 Azarkeşi söymək, yaxud Tahir Süleymanov təxribatçı axtarışında
06.02.2014  15:20 Bizim futbolda təlxəkləri kim yetişdirir?
29.01.2014  17:30 “Neftçi”yə çempionluq olar, “Qarabağ”a yox?
17.01.2014  13:02 Bu təkəbbürlə hara gedirsiniz?
15.01.2014  15:39 Adil Qaçayoğlunun arzusu
13.01.2014  15:53 “Atletiko”nun formasında Ermənistan yazılsaydı...
10.01.2014  16:23 Bizim futbolçuların zehniyyəti
08.01.2014  16:51 Çat verən futbolumuz və ya Nazim Süleymanov niyə getdi?
22.10.2013  11:13 Bizim “Lans” və bizim silahımız
05.09.2012  13:18 Azərbaycanın "yeni media"sı Ronaldinyonu niyə öldürdü?
20.08.2012  16:56 Ağdamdan uzaqlaşan "Qarabağ"
20.06.2012  15:55 Ümidlər qırılanda və ya dahi Lobanovskinin xatirəsinə
15.06.2012  16:16 «Avro-2012» və Azərbaycan jurnalistləri
08.02.2012  16:33 Ciminin həmyerliləri, Kipr və Dağlıq Qarabağ
06.10.2011  16:58 Allah şəfa versin!
29.09.2011  16:32 Butulka sayan komitə
27.09.2011  16:27 Aleksandr Səmədov güllələnməlidi?
20.09.2011  16:22 Qurban Qurbanov və artıq «avtoritetlər»
07.06.2011  13:19 Korifeylər və intelligentlər
09.12.2009  20:47 Azərbaycan futbolunda gizli savaş
 
 
  24.04.18
18:32
  "Liverpul" "Roma"ya qarşı - Yenilənir
17:51
  "Salah çox qol vurur, bəlkə İngiltərədə qapılar böyükdür?"
17:07
  "Qəbələ" - "Qarabağ" oyunu Bakıda keçirilə bilər
16:50
  "Qarabağ"a qarşı oynamayacaqlar - "Zirə"də 6 itki
16:33
  "Qalatasaray"ın sabiq çalışdırıcısı İtaliyada işləyəcək
16:22
  İnyesta daha 2 klubun hədəfində
15:56
  "Real"a qarşı oynamaya bilər
15:42
  "İnanıram ki, "Qarabağ"da mümkün qədər çox qalacam" - Aqolli
15:18
  Avro-2024-ü keçirməyə ilk namizəd - rəsmi
14:42
  Çempionlar Liqasının oyunu - Etopaz-da
14:15
  Yarımfinala hakim təyinatları açıqlandı - Avroliqa
13:50
  Kloppdan Donald Trampa atmaca
13:16
  "Real" Münhenə bu futbolçularla gedir - siyahı
13:00
  İtaliya millisinə Ançelotti gətirilir?
12:28
  "Ronaldonu da Bakıya gətirə bilərik" - Fikrət Orman
12:18
  "Liverpul" - "Roma": hansı kanallarda?
11:55
  "Necə büdcə ayıracaqlarsa, elə də komanda yığacam" - Yunis Hüseynov
11:46
  Birinci divizionun oyunları eyni saatda
11:31
  Premyer Liqamızda oyunların başlama saatı açıqlandı
11:16
  "Arsenal"da yeni baş məşqçiyə 50 milyonluq büdcə
10:50
  Qurban Qurbanovun çempionluq çıxışı - Video
10:24
  “Sumqayıt”ın rəhbərinə yüksək vəzifə - nazir oldu
10:15
  "Yuventus"da ciddi itki
09:51
  "Roma" İngiltərəyə 22 futbolçu ilə getdi - siyahı
01:35
  Julio Sezar karyerasını bitirdi
01:10
  "Atletik" evdə uduzdu - Video
00:01
  “Usaqların cəsarətli oynaması məni sevindirdi” – millimizin baş məşqçisi
  23.04.18
23:00
  "Fənərbaxça"dan qələbə
21:57
  Millimizin üzvü 90 dəqiqə oynadı
21:05
  "Barselona" "Çelsi"yə qalib gəlib çempion oldu
20:30
  Sneyderin vida oyununun vaxtı açıqlandı
19:48
  "Barselona" Ardanı satır
19:01
  Millimiz turnirə heç-heçə ilə başladı
18:35
  "Qarabağ" və "Qəbələ" uduzdu - əvəzedicilərin çempionatı
18:17
  "Qəbələ"nin U-17 komandası çempion oldu
18:01
  "Xəzər"in bölgəni təmsil etməsi mümkündür" - Emin Abbasov
17:45
  Yığmamız Rusiya ilə qarşılaşacaq
17:05
  "Neftçi" Mahmudova görə AFFA-ya müraciət etdi
16:55
  Modriç ABŞ-da oynamaq istəyir
16:28
  "Mourinyo ilə problemim yoxdur" - Poqba
16:05
  "Yuventus" finallarda uduzmağa öyrəşib" - İnsinye
15:30
  "Lap yaxşı, "Keşlə" Qəbələyə gəlməsin, kuboku da biz götürək" - Cavid Hüseynov
15:05
  “Bavariya” - “Real” oyununun hakimləri
14:32
  Kuboku "Feyenoord" qazandı - Video
14:00
  Etopaz-da 20 canlı oyun
13:36
  "Neymar ən yaxşı olmaq istəyirsə, PSJ-dən getməlidir"
13:10
  "Qarabağ"ın futbolçusu Polşada rekordçu oldu
12:57
  Finalın vaxtı açıqlandı - 28 may, saat...
12:25
  Ciddi klub? “Qarabağ”...
12:07
  Nazarovdan möhtəşəm qol - video
12:02
  "Yuventus"da ciddi itki - "İnter"lə oyunu buraxacaq
11:37
  İngiltərə Premyer Liqasının ən yaxşı gənc futbolçusu
11:14
  "Qarabağ" "Sumqayıt"ı dayandırdı
10:49
  Rəşad Sadıqovun 7-ci çempionluğu
10:45
  "Qarabağ Vyana"dan növbəti qələbə
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore