Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Paşayev Kiyev “Dinamo”suna qarşı 90 dəqiqə oynadı

Yazarlar
 Hanı bizim Deda?
Aydın BAĞIROV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
Premyer Liqamızda 2017-ci ilin son oyunu - Şəkillər
Top 5
"Zirə" və "Keşlə"dən qələbə
"Problemli futbolçular millidə olmayacaq" - Qurban Qurbanov
Araz Abdullayev qələbə qolunu vurdu - Video
Zidandan Ronaldoya dəstək
"Qol vurmayanda özümə də təsir edir" - Ramil Şeydayev
Linklər
525ci Qəzet

4 aydı oynamayan futbolçunun millimizdə nə işi var?
[03.03.2017]

Aydın BAĞIROV

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Qətərlə martın 9-da Dohada keçiriləcək yoxlama oyunu üçün millinin əsas heyətini açıqlayıb.

23 nəfərlik bu heyətdə 4 yeni futbolçu var: “Qarabağ”ın milliləşdirilən braziliyalısı Riçard  Almeyda, onun komanda yoldaşı Şahruddin Məhəmmədəliyev, “Qəbələ”dən Tellur Mütəllimov və “İnter”dən Abbas Hüseynov.

Heyətdəki digər 19 futbolçu da bizə yaxşı tanışdı və bu mənada, onların milliyə dəvət edilməsində qeyri-adi nəsə axtarmağa gərək olmazdı. Əgər heyətə bu dəfə də o futbolçu  – Prosineçkinin “balaca qardaşı” Arif Daşdəmirov dəvət edilməsəydi…

Statistikaya diqqət edək. Arif Daşdəmirov Topaz Premyer Liqada son dəfə meydana dörd ay əvvəl, daha dəqiqi, 2016-cı ilin noyabrın 19-da “Qarabağ” – “Kəpəz” oyununda çıxıb. Bu qarşılaşmadan 1 həftə əvvəl millinin dağıstanlı legioneri Belfatsda Şimali İrlandiya ilə matçın  əsas heyətində yer alıb və etdiyi kobud səhvlərə görə komandamızın 0:4 hesablı məğlubiyyətinin əsas səbəbkarlarından olub. 24 noyabr, 2016-cı ildə Avropa Liqasının “Slovan” – “Qarabağ” görüşündə isə Daşdəmirov yenə biabırçı səhvlər edib və nəticədə Ağdam klubu 0:3 hesabı ilə uduzub.

Məhz bu uğursuz çıxışından sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Daşdəmirovu əsas heyədən kənarlaşdırıb və o, bir qayda olaraq ehtiyat oyunçular skamyasında oturub. O vaxtdan bəri Daşdəmirov rəsmi oyunda bir dəqiqə (!) olsa belə, meydana çıxmayıb… Buna baxmayaraq, Prosineçki milliyə və “Qarabağ”a yaramayan bu futbolçunu yenə əsas komandaya dəvət edib.

Sual olunur, niyə?

“Qarabağ”da həm Arif, həm də İlqar Qurbanov müdafiənin sağ cinahında oynayır. İlqar Qurbanov son turlar uğurlu oyunu ilə müntəzəm olaraq ilk 11-likdə alır və əsas rəqibi Arifi start heyətdən kənarlaşdırmağı bacarıb. Məntiqlə baş məşqçi bu halda ehtiyat heyətin “daimi sakini” Arifə deyil, əsas heyətdə oynayan İlqara dəvət göndərməliydi.

Amma…

Anormal qərarı Prosineçki də verə bilər. Bəlkə heç anormal qərar da deyil. Bəlkə məhz elə düşünülmüş, şüurlu şəkildə verilən qərardı bu?

Məlum, Dağıstandan yığmamıza cəlb olunan xeyli milliləşdirilmiş oyunçu var. Və onlardan Arif də daxil olmaqla, düz 5 nəfəri (Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Ruslan Qurbanov və yenə həmin Arif Daşdəmirov) Qətərlə oyuna çağırılıb. Bu futbolçulardan millimizə layiq olanları var. Məsələn, Bədavi Hüseynov, maksimum da Ruslan Qurbanov. Bəs digərləri?

Prosineçki Ariflə yanaşı qapıçı Şahruddin Məhəmmədəliyevə də dəvət göndərib. Görəsən, başqa bir istedadlı yerli futbolçumuz, bu mövsüm normal oyun sərgiləyən Aqil Məmmədov dura-dura Prosineçki başqa bir dağıstanlı oyunçuda nə görüb?

Ümumiyyətlə, o, niyə başqa respublikaların futbol məktəblərinin yetirmələrini milliyə dəvət edir? AFFA-da hansısa gözəgörünməz qrupun diqtəsiylə?

Bu gün 4 aydı heç yanda oynamayan, oynayanda belə milliyə ancaq zərər vuran Arif Daşdəmirov kimi futbolçular ölkənin əsas komandasına cəlb olunurlar. Və bütün bu anormal qərarlardan sonra biz yenə də "Niyə də yox" deyirik...

Görün, kimlərlə və hansı futbol ağlı ilə dünya çempionatına düşməyin xəyallarını qururuq...

Aydın BAĞIROV
[email protected]

10460 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
30.11.2017  14:29 Hanı bizim Deda?
16.11.2017  13:46 İsgəndərin, İqorun və Samirin yolu...
10.11.2017  13:34 Futbolumuzu bu viruslardan təmizləyin, Qurban müəllim!
01.11.2017  13:34 Gracias, “Qarabağ”!
11.10.2017  12:37 Bizim Ansi
23.09.2017  15:52 Qınamayın azarkeşi, Qurban müəllim!
15.09.2017  13:51 Biz və gürcülər
13.09.2017  13:37 “Qarabağ” bizim çempionata görə belə uduzdu
11.09.2017  12:00 O kresloda rahat otura bilirsiz, Orxan müəllim?
02.09.2017  11:37 Barmağımız qapı arasında qalanda Rəşadı axtarırıq
29.08.2017  18:05 “Qarabağ” udanda və bölgələrdə futbol can verəndə…
16.08.2017  16:22 Əfran üçün…
02.08.2017  14:13 Qurban Qurbanov 80 minlik oyunçunu “300 minə aldıq” demir..
17.06.2017  11:12 Getdi...
12.05.2017  14:12 “Səbail” yaşasın, “Turan” dağılsın?
21.04.2017  13:11 Allahverdi Bağırovun iradı...
19.04.2017  13:12 Kaşşai kirli vəzifəni necə lazımdısa, icra etdi
13.04.2017  14:51 Tanımadığımız Qurban
13.03.2017  14:24 O mükafatı niyə qəbul etdiniz, Şahin Diniyev?
23.02.2017  16:10 AFFA öz stadionuna niyə Banişevskinin adını vermir?
07.02.2017  17:31 “Neftçi” 42 illik əfsanəvi həkimini necə qovdu?
06.02.2017  16:27 Rəşadları məhv edənlər...
23.01.2017  15:27 Kimə lazımdı “Birlik kuboku”?
14.01.2017  15:46 Belə də yox...
10.01.2017  15:36 Futbol mafiyası uddu, futbol uduzdu
26.10.2016  17:19 Hanı Bəhram?
12.10.2016  14:24 Bu nə qərar, arkadaş?
03.10.2016  11:54 Kamran Ağayevə...
30.09.2016  15:05 “CBC Sport”un 1 yaşına
10.09.2016  22:24 Ayıb olsun
08.09.2016  13:44 “Futbol şikəstləri”nə 100 milyonlar olar, Ramilə 1 milyon olmaz?
31.08.2016  13:10 35 yaşlı Aslan
26.08.2016  12:46 “Qarabağ” Respublika stadionundan getsin!
28.06.2016  12:34 İslandiya möcüzəsi: narkomaniyadan futbola gedən yol…
03.06.2016  12:45 Bu villanın hasarı hanı?
01.06.2016  13:35 Avstriya gündəliyi....
03.05.2016  14:03 Gözünə su ver, ərəb şeyxi!..
20.04.2016  12:21 “Atletiko”nu niyə sevməli?
18.04.2016  13:06 “Neftçi”ni utandıracaq şəkil
13.11.2015  13:40 Bizi rəzil edən kimdi: Şeydayev, yoxsa?..
10.11.2015  17:35 Dünya çempionu adı niyə bu qədər ucuzlaşıb?
09.11.2015  18:16 “Neftçi”də gələn gedənə rəhmət oxutdurdu!
04.03.2015  13:47 Türkiyəyə niyə getmisiniz?
26.02.2015  14:20 PFL-i ləğv edin!
17.02.2015  13:28 Nazim Süleymanova iş də verin!
05.02.2015  16:09 17 yaşlı oyunçu 3 minin davasın edəndə...
02.02.2015  14:11 Samir Ələkbərov hardadır?
23.12.2014  15:45 Sizin oyunu hansı kanal və niyə alsın?
22.12.2014  14:20 Qaranın halal haqqı
10.12.2014  15:24 Banişevski tüpürərdi belələrinin üzünə!
24.11.2014  15:55 Arazı Qurban xilas edəcək!
21.08.2014  11:07 Dərs – Rəşad Məcidin 50 illiyinə
31.07.2014  15:09 Qurban Qurbanovun iki qızıl qaydası
25.07.2014  15:14 “İnter”i hakim uduzdurmadı, rəhbərliyi uduzdurdu!
09.07.2014  12:43 Rədd olsun, Pelenin proqnozu!
08.07.2014  16:47 Hansı üzlə futboldan danışırsız?
07.07.2014  12:48 Kosta-Rika ilə Azərbaycan futbolçusunun fərqi, yaxud pul futbol oynamır
30.06.2014  16:07 Baş nazirə yazılan məktub
19.06.2014  13:39 Del Boske, Sampaoli və Foqts
17.06.2014  13:55 Gedin, Ronaldonun əlindən öpün...
13.06.2014  12:28 O hakimdən Azərbaycanda onlarladı
14.04.2014  16:43 “Qəbələ” özbaşınalıq etsəydi...
17.03.2014  13:54 Sadıqovun istefası, AZAL-ın absurd tələbi
14.03.2014  13:54 Xaqani Məmmədov, danışmaq olar?
12.03.2014  15:53 Sözün bitdiyi yer!
03.03.2014  13:35 “Neftçi” haqlıdırmı?
26.02.2014  15:09 Marata zaman verin!
24.02.2014  15:48 Pul və xal
21.02.2014  15:36 Lafet-lafet “idman jurnalisti”
19.02.2014  14:17 Xocalı kampaniyası, “Qalatasaray” və mümkün olmayan iş
18.02.2014  16:32 Emin Mahmudov millimizdən niyə üz döndərir?
12.02.2014  15:03 15 dəqiqənin ayıbı
10.02.2014  15:43 Azarkeşi söymək, yaxud Tahir Süleymanov təxribatçı axtarışında
06.02.2014  15:20 Bizim futbolda təlxəkləri kim yetişdirir?
29.01.2014  17:30 “Neftçi”yə çempionluq olar, “Qarabağ”a yox?
17.01.2014  13:02 Bu təkəbbürlə hara gedirsiniz?
15.01.2014  15:39 Adil Qaçayoğlunun arzusu
13.01.2014  15:53 “Atletiko”nun formasında Ermənistan yazılsaydı...
10.01.2014  16:23 Bizim futbolçuların zehniyyəti
08.01.2014  16:51 Çat verən futbolumuz və ya Nazim Süleymanov niyə getdi?
22.10.2013  11:13 Bizim “Lans” və bizim silahımız
05.09.2012  13:18 Azərbaycanın "yeni media"sı Ronaldinyonu niyə öldürdü?
20.08.2012  16:56 Ağdamdan uzaqlaşan "Qarabağ"
20.06.2012  15:55 Ümidlər qırılanda və ya dahi Lobanovskinin xatirəsinə
15.06.2012  16:16 «Avro-2012» və Azərbaycan jurnalistləri
08.02.2012  16:33 Ciminin həmyerliləri, Kipr və Dağlıq Qarabağ
06.10.2011  16:58 Allah şəfa versin!
29.09.2011  16:32 Butulka sayan komitə
27.09.2011  16:27 Aleksandr Səmədov güllələnməlidi?
20.09.2011  16:22 Qurban Qurbanov və artıq «avtoritetlər»
07.06.2011  13:19 Korifeylər və intelligentlər
09.12.2009  20:47 Azərbaycan futbolunda gizli savaş
 
 
  11.12.17
01:15
  "Qəbələ" "Səbail"ə, "Qarabağ" "Sumqayıt"a qarşı - Yenilənir
00:52
  Salahdan möhtəşəm qol - Video
00:45
  Paşayev Kiyev “Dinamo”suna qarşı 90 dəqiqə oynadı
00:35
  "Arsenal" səfərdə büdrədi - Video
00:20
  "Beşiktaş" xal itirdi, "Qalatasaray" liderliyini qorudu
00:01
  Mançester derbisini "Siti" qazandı - Video
  10.12.17
20:17
  Manqadan "Neftçi"yə möhtəşəm qol - Video
20:00
  "Oyun alqı-satqısı ilə məşğul olanın Allah bəlasını versin"
19:38
  “Heç kimlə qəsdi-qərəzliyim yoxdur” – Təmkin Xəlilzadə
19:15
  “Sərt etiraz etməyimə səbəb bu idi” – Ayxan Abbasov
19:01
  "Zirə" bizim üçün arzuolunmaz rəqibdir" - Tərlan Əhmədov
17:53
  "Zirə" və "Keşlə"dən qələbə
17:38
  “Qarabağ” ÇL-də 6-cı oldu – azarkeş sayına görə
16:38
  "Keşlə" "Kəpəz"ə belə qalib gəldi - Video
16:32
  Ramiz Məmmədov: “Nostradamus deyilik”
16:25
  “Şanslar yenə bərabərdir” – Yunis Hüseynov
16:06
  "Borussiya"da baş məşqçisi dəyişdi
15:36
  “Zirə” – “Neftçi” - heyətlər
13:40
  "Keşlə" - "Kəpəz" - heyətlər
12:13
  Banişevskisiz 20 il...
02:30
  "Monako"nun oyununda 5 qol - Video
01:39
  İtaliya derbisində qalib müəyyənləşmədi
01:15
  PSJ-dən növbəti qələbə - Video
01:00
  Rauf Əliyev 90 dəqiqə oynadı
00:41
  Araz Abdullayev qələbə qolunu vurdu - Video
00:30
  "Qalatasaray"dan möhtəşəm geridönüş
00:02
  "İmarət" "Qarabağ"ı mükafatlandırdı
00:01
  "Tottenhem"dən darmadağın, "Çelsi" uduzdu
  09.12.17
22:44
  Ronaldodan dubl - Video
22:00
  "Borussiya" doğma meydanda xalsız qaldı - Video
21:07
  "Real"dan darmadağın
20:25
  "Bavariya" səfərdən 3 xalla qayıdır - Video
19:27
  "Çelsi"nin məğlubiyyəti - Video
18:57
  Zidandan Ronaldoya dəstək
18:24
  "Çelsi" uduzdu
17:50
  Ukraynanın ən yaxşı futbolçusu odur
17:15
  UEFA "Bavariya"nı cərimələdi
16:46
  Həftənin ən gözəl qol ötürmələri - Video
16:19
  "Problemli futbolçular millidə olmayacaq" - Qurban Qurbanov
15:44
  "Qarabağ" sindromunu qırmaq istəyirik" - Amil Yunanov
15:14
  Ukraynada ilin məşqçisi seçildi
14:20
  Qurban Qurbanov mükafatlandırıldı - Şəkillər
13:52
  “Yuventus” “İnter”ə qarşı - liderlik "savaşı"
13:17
  Etopaz-da 87 canlı oyun
12:44
  "Getmək barədə düşünmürəm" - "Səbail"in legioneri
12:06
  Ağır Atletika millimizdə baş məşqçi dəyişikliyi
11:30
  "Fənərbaxça"nın səfər qələbəsi - Video
10:45
  Buffon oynamayacaq
10:30
  Avroliqada həftənin rəmzi 11-liyi
10:11
  Qapıçılardan möhtəşəm qurtarışlar - Video
09:33
  “Bizi istəməyənlər bu cür fikirləşər” – Elvin Yunuszadə
01:15
  "Çelsi"də yeni müqavilə
00:45
  "Fənərbaxça" Bursadan 3 xalla dönür
00:18
  "Qol vurmayanda özümə də təsir edir" - Ramil Şeydayev
00:05
  Nazarovdan qol ötürməsi
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore