Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Xocalı soyqırımından 25 il ötür

Yazarlar
 AFFA öz stadionuna niyə Banişevskinin adını vermir?
Aydın BAĞIROV
 Bizimkilər qırılıb qurtarıb ki?!
Aqil Abbas
 Azərbaycanlı molokan
Şakir YAQUBOV
 “Neftçi” rəhbərliyinin büdcə yalanı
Tahir SÜLEYMANOV
 Futbolumuz 2016-da: qara və ağ siyahı
Anar BAYRAMOV
 Rəşad, səndən soruşacaqlar ki...
Asəf QULİYEV
 Bağırov stadiona necə ot əkdirdi...
Müsəllim HƏSƏNOV
 "Neftçi"nin "Xəzər Lənkəran"a çatmasına az qalıb...
Etibar Cəbrayıloğlu
 Türklər idarə edir, bizimkilər müşahidə - Dənizli səfərində
gördüklərim
Erkin İBRAHİMOV
Fotoreportaj
Bütün 
"Qəbələ"ni zirvəyə yüksəldən qələbə - Şəkillər
Top 5
"Fiorentina", "Tottenhem" və "Şaxtyor" Avroliqa ilə vidalaşdı
Avropa Liqasında 1/8 finalın püşkü atıldı
Qurban Qurbanov: “Müdafiə Nazırliyi razılıq versə…”
“Maddi məsələyə görə bu addımı atdı” - “Qarabağ”lı futbolçunun atası
"Barselona" Enrikenin əvəzləyicisini tapdı
Linklər
525ci Qəzet

Lafet-lafet “idman jurnalisti”
A A A

[21.02.2014]
Lafet-lafet “idman jurnalisti”

İstedadlı jurnalist, hazırda AFFA-nın mətbuat xidmətində çalışan Firuz Abdulla özünün Facebook səhifəsində yazıb: “Məlumunuz, martın 7-də AFFA-nın Konfransıdı. Jurnalistlərin akkreditasiyadan keçməsi üçün qeydiyyat aparılıb. Baş redaktorlardan biri yazıb ki, məni də keçirin AKREDATSİYAdan”.

Statistikaya əsasən, bu gün Azərbaycanda idman saytlarının sayı 40-ı keçib və görünür, Firuz Abdullanın nəzərdə tutduğu o “baş redaktor” da həmin portallardan birinin rəhbəridir. Üst-üstə yığsan, idman mediamızda nəinki akkreditasiya, hətta öz ana dilimizdə olan sadə sözləri belə doğru-düzgün yaza bilməyən savadsız “redaktor” və “müxbir”lər 20-30 lafetə sığacaq qədərdir. Kənd həyatını yaşayanlar və görənlər bilir, əsasən yük daşımaq üçün nəzərdə tutulan lafetlərlə qabaqlar işçiləri üzüm bağlarına, bostanlara aparardılar. Bax, həmin o lafetlərlə daşınan kənd camaatının müəyyən hissəsinin adları “r” hərfi ilə başlanan şəxslərə şirin bir müraciət forması var. Rəhimə “irəhim”, Rasimə “irasim” deyə xitab edərlər. Ya da olur ki, rayona “irayon”, rəhbərə “irəhbər” deyirlər.

Bu məqamı yadda saxlamaqla, kənd həyatından qayıdaq idman mediamızın yeni “patronlarına”. Deməli, bir müddət əvvəl həmin o “redaktor”lardan biri klub prezidentindən “qanuni rüşvət”, yəni reklam almaq eşqinə düşüb. Onun adına, tam ciddi deyirəm, yemək yağına bulaşmış kirli kağız parçasında məktub göndərib. O tərif də qalmayıb, vurmamış olsun. Məktubun əvvəlində də yazıb ki, hörmətli filankəs müəllim, mən filan saytın İrəhbəriyəm, mənə reklam verin. Klubdakılar da bu məktubu qoyublar qarşılarına, idman mediamızın bugünkü ağlamalı durumuna o ki var gülüblər, ələ salıblar, deyiblər, bunun ağlına, savadına bax... Amma işin ən gülməli, həm də ağlamalı tərəfi odur ki, “irəhbər” sözünü yazan o “ağıl dəryasına” lağ edən dostlar bir-iki ay sonra ona zəng vururlar ki, hər ayın axırı gəl, 300-nü apar!

Elçin Cəlilov kimi istedadlı bir jurnalistin saytı maddi sıxıntılar ucbatından bağlananda isə sözə, jurnalistikaya dəyər verən 1-2 nəfəri çıxmaqla, kimsə demir ki, nə baş verdi, sənə nə kömək edə bilərik.

Bəli, mediamız pis gündədir, burası məlum. Amma futbol klublarımızın əksəriyyətini idarə edənlərin düşüncə və yanaşma tərzi də çox abırlı gündə deyil... İdman mediasını ayaqda saxlamaq AFFA-nın, PFL-in, klubların rəsmi vəzifəsi, borcu olmasa da, əgər həqiqətən də özünü sığortalamaq üçün nəsə edirsənsə, mütləq arada fərq qoymalısan. Ən azı adi “irəhbər”lə “rəhbər”, “hasand”la “asan” yazan adamları bir-birindən seçib ayırmalısan.

Yuxarıda pis gün dedim, yadıma başqa bir hadisə düşdü. Hamını ləkələmək, şərləmək və şantaj etmək üzrə ixtisaslaşmış bir media orqanı çətin vəziyyətə düşmüşdü. Gərək ki, bir klub tərəfindən onlara hücum vardı. Zəng vurub, sorğu aparırlar:
- Sizin sayta klublar tərəfindən hücum olur?
- Yox, olmur, – deyirəm.
Sonra səsinin tonunu qaldırır, müstəntiqvari suala keçir:
- Niyə olmur?
- Mən nə bilim, olmur də.
- Yox e, axı, niyə olmur?! Bizə hücum olur, amma sizə yox! Niyə?!

Qalıram, mat-məəttəl. Adamı az qalırlar asıb-kəsələr. Necə oldu, bu qədər çürük zehniyyət sahibi birdən-birə bizim mediamızda meydana hakim oldular? Amma dərinə gedəndə, görürsən ki, yox, olacağı elə bu imiş. Ustad Adil Qaçayoğlu dünyasını dəyişdiyi, Allah canını sağ eləsin, yazıları üçün darıxdığımız jurnalistikamızın nəhənglərindən olan dəyərli söz adamı Şakir Yaqubov, görünür, həvəsdən düşdüyü, gənclərdən İlkin Fikrətoğlu kimi yüksək mədəniyyət və istedad sahibi şəxsi söhbətlərdə dəfələrlə deyilməsinə baxmayaraq, hələ də tənbəlliyin daşını atmaq haqda düşünmədiyi üçün meydan “irəhbər” deyənlərin əlinə keçir.

Hələ yaxşı ki, təcrübəli və istedadlı insanların toplaşdığı 3-4 sayt, bir neçə də qəzet var, yoxsa reketlik, dilənçilik tamamilə idman mediamızın vizit kartına çevrilər, idman jurnalistikasındakı peşəkarlıq birdəfəlik məhv olub gedərdi.

Amma yenə də vəziyyət ürəkbulandırıcıdır. Yoxsa, görün, dünyanın harasıdır ki, Azərbaycan futbolçusu, təsəvvür edin, çoxu dünyadan bixəbər, düşüncəsi bəlkə sıfırın atlında da olan bir futbolçu söyləyir  ki, “bizdə idman jurnalistikanın durumu bərbaddır”, bir başqası isə özünü söz adamı sayan “redaktor”a irad tutur ki, mənə normal sual ver, türmə jarqonu ilə danışma.

Azərbaycan idman jurnalistikası can üstədi, Firuz. Həm də “AKREDATSİYA” yazanlara akkreditasiya – yəni buraxılış vərəqəsi verib mediamızın qapılarını açdığımız üçün can üstədir.

Aydın BAĞIROV

3175 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 

 
 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
23.02.2017  16:10 AFFA öz stadionuna niyə Banişevskinin adını vermir?
07.02.2017  17:31 “Neftçi” 42 illik əfsanəvi həkimini necə qovdu?
06.02.2017  16:27 Rəşadları məhv edənlər...
23.01.2017  15:27 Kimə lazımdı “Birlik kuboku”?
14.01.2017  15:46 Belə də yox...
10.01.2017  15:36 Futbol mafiyası uddu, futbol uduzdu
26.10.2016  17:19 Hanı Bəhram?
12.10.2016  14:24 Bu nə qərar, arkadaş?
03.10.2016  11:54 Kamran Ağayevə...
30.09.2016  15:05 “CBC Sport”un 1 yaşına
10.09.2016  22:24 Ayıb olsun
08.09.2016  13:44 “Futbol şikəstləri”nə 100 milyonlar olar, Ramilə 1 milyon olmaz?
31.08.2016  13:10 35 yaşlı Aslan
26.08.2016  12:46 “Qarabağ” Respublika stadionundan getsin!
28.06.2016  12:34 İslandiya möcüzəsi: narkomaniyadan futbola gedən yol…
03.06.2016  12:45 Bu villanın hasarı hanı?
01.06.2016  13:35 Avstriya gündəliyi....
03.05.2016  14:03 Gözünə su ver, ərəb şeyxi!..
20.04.2016  12:21 “Atletiko”nu niyə sevməli?
18.04.2016  13:06 “Neftçi”ni utandıracaq şəkil
13.11.2015  13:40 Bizi rəzil edən kimdi: Şeydayev, yoxsa?..
10.11.2015  17:35 Dünya çempionu adı niyə bu qədər ucuzlaşıb?
09.11.2015  18:16 “Neftçi”də gələn gedənə rəhmət oxutdurdu!
04.03.2015  13:47 Türkiyəyə niyə getmisiniz?
26.02.2015  14:20 PFL-i ləğv edin!
17.02.2015  13:28 Nazim Süleymanova iş də verin!
05.02.2015  16:09 17 yaşlı oyunçu 3 minin davasın edəndə...
02.02.2015  14:11 Samir Ələkbərov hardadır?
23.12.2014  15:45 Sizin oyunu hansı kanal və niyə alsın?
22.12.2014  14:20 Qaranın halal haqqı
10.12.2014  15:24 Banişevski tüpürərdi belələrinin üzünə!
24.11.2014  15:55 Arazı Qurban xilas edəcək!
21.08.2014  11:07 Dərs – Rəşad Məcidin 50 illiyinə
31.07.2014  15:09 Qurban Qurbanovun iki qızıl qaydası
25.07.2014  15:14 “İnter”i hakim uduzdurmadı, rəhbərliyi uduzdurdu!
09.07.2014  12:43 Rədd olsun, Pelenin proqnozu!
08.07.2014  16:47 Hansı üzlə futboldan danışırsız?
07.07.2014  12:48 Kosta-Rika ilə Azərbaycan futbolçusunun fərqi, yaxud pul futbol oynamır
30.06.2014  16:07 Baş nazirə yazılan məktub
19.06.2014  13:39 Del Boske, Sampaoli və Foqts
17.06.2014  13:55 Gedin, Ronaldonun əlindən öpün...
13.06.2014  12:28 O hakimdən Azərbaycanda onlarladı
14.04.2014  16:43 “Qəbələ” özbaşınalıq etsəydi...
17.03.2014  13:54 Sadıqovun istefası, AZAL-ın absurd tələbi
14.03.2014  13:54 Xaqani Məmmədov, danışmaq olar?
12.03.2014  15:53 Sözün bitdiyi yer!
03.03.2014  13:35 “Neftçi” haqlıdırmı?
26.02.2014  15:09 Marata zaman verin!
24.02.2014  15:48 Pul və xal
19.02.2014  14:17 Xocalı kampaniyası, “Qalatasaray” və mümkün olmayan iş
 
 
 
  26.02.17
15:48
  “Ramil debütə hazırdır” – “Jilina”nın baş məşqçisi
15:40
  Şeydayev bu gün Slovakiyada debüt edə bilər
15:15
  “Fiorentina” azarkeşlərindən etiraz aksiyası
14:32
  Kamran və Eminin komandası derbiyə çıxır
14:13
  “Di Mariya düşünür ki, PSJ ona hörmətsizlik edib”
13:35
  Qurban Qurbanov: “Müdafiə Nazırliyi razılıq versə…”
13:21
  Rəşad qayıdır
13:12
  “Xeyli futbolçumuz oyuna hazır deyil” – Qurban Qurbanov
12:59
  “Bir olduğumuzu göstərmək üçün bura gəlmişik” – Əmrah Çəlikəl
12:03
  “Qarabağ” Şəhidlər Xiyabanında – Şəkil
11:58
  “Çelsi” Kostanı 107 milyona satmadı
11:23
  “Atletiko” “Barselona”ya qarşı
10:34
  “Onu “Neftçi” prezidentliyinə Fuad Musayev gətirmişdi”
02:10
  “Yuventus”dan qələbə, “Napoli” uduzdu
01:35
  "Borussiya"dan böyükhesablı qələbə - Video
01:00
  Arda "Atletiko"ya qarşı oynamayacaq
00:40
  "Çelsi" liderliyini möhkəmləndirdi
00:20
  "Sevilya"nın səfər qələbəsi - Video
00:10
  Xocalı soyqırımından 25 il ötür
  25.02.17
22:47
  Millimizin üzvü 90 dəqiqə oynadı
22:04
  "Çelsi"dən növbəti qələbə - Video
21:54
  Erməninin rinqdə Qarabağ təxribatı baş tutmadı - yarışdan qovuldu
21:25
  "Kəpəz" - "Qəbələ": 15-ci qarşılaşma
20:50
  "Bavariya"dan qol yağışı - Video
20:19
  "Qarabağ" Xocalı faciəsi qurbanlarını yad etdi - Şəkillər
19:07
  Ançelotti 1000-ə çatdı
18:24
  "Lester" Ranyeriyə təzminat ödəyəcək
17:50
  “Gəncədə keçiriləcək 7 oyunda durumu öz xeyrimizə dəyişəcəyik” – Serjinyo
17:10
  Əvəzedicilərin çempionatında 20-ci tura start verildi
16:40
  Premyer Liqamızda 20-ci turun - hakim təyinatları
16:20
  “Qarabağ” – “İnter” oyununun vaxtı dəyişdirildi
15:42
  Rəhim Həsənov I divizionda
14:50
  Pelenin oğluna 13 il həbs cəzası verildi
14:00
  "Qəbələ"dən iki oyuna üç xal
13:10
  Dünya reytinqi açıqlandı - futzal millimiz neçəncidir?
12:32
  Etopaz-da 100 canlı oyun
12:10
  Dəniz Yılmazın komandasına silahlı hücum - Video
11:40
  "Barselona" Enrikenin əvəzləyicisini tapdı
11:01
  Benzema yenidən milliyə çağırılır
10:30
  "Lester"in təklifini rədd etdi
10:11
  "Yuventus"da 4 illik müqavilə
09:45
  Xabi Alonso oynamayacaq
01:45
  La Liqada 24-cü tura start verildi
01:15
  "Balotellinin dilini kəsəcəm"
00:50
  “Real” 17 yaşlı futbolçu alır
00:20
  "Qəbələ": 4 oyundan 4 qələbə
00:01
  Dəniz Yılmazın komandası darmadağın oldu
  24.02.17
23:09
  "Ümidlərim öldü" - Ranyeri
22:54
  Həftənin ən gözəl qapıçı qurtarışları - Video
21:50
  Avroliqada oyunların başlama saatı müəyyənləşdi
20:38
  İki qol vurdu, Avroliqanın ən yaxşısı seçildi
19:46
  ÇL-in rəmzi komandası açıqlandı
19:27
  Həftənin ən gözəl qol ötürmələri - Video
18:45
  "Qarabağ" Şəhidlər Xiyabanını ziyarət edəcək
18:15
  Həftənin ən gözəl qolları - Video
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore