Kiminsə yadına düşürmü...
... 80 illik tarixi olan klubun ilk hissədə öz qapısından düz 5 qol buraxması?
... Daha da pisi Azərbaycan və SSRİ çempionatları tarixində düz 8 top fərqi ilə uduzması?
... Rəqiblərindən hansınınsa bu səviyyədə "Neftçi"ni biabır etməsi?
... Milyonlarla büdcə qarşılığında komandanın başının yerin dibinə soxulması?
... Bu boyda tarixi olan klubu artıq bərbad da deyil, rüsvayçı idarəetmə ilə nüfuzunun iki qəpiklik edilməsi?
Cavab təbii ki, sizə məlumdu, əziz sıravi futbol azarkeşi.
Bəs, Çingiz Abdullayevə?
Müşahidə Şurasını idarə edən Zaur Qəhrəmanova?
Klubun "itkin düşmüş" icraçı direktoru Elnur Məmmədova?
Bilmirlər əlbəttə... Nə klubun tarixini, nə də futbolu...
Az qala 10 milyon manat büdcələri var...
10 milyon manat!
Və bu 10 milyonluq komanda 8 top fərqi ilə uduzur!
Var dünyada ikinci belə rəzil komanda, daha doğrusu, klub?.. Klub idarəçiləri?
Yeri gəlmişkən, Çingiz Abdullayev, 0:7-dən sonra stadiondan getmək, daha doğrusu, qaçmaq çıxış yolu deyil. Çıxış yolu stadiondan da yox, klubdan getməyinizdi.
Özü də rəhbərlik etdiyiniz Müşahidə Şurasının bütün üzvləri ilə birgə... O Müşahidə Şurası ilə ki, klubun idman nəticələrinə cavabdeh olmadığını bildirir....
Bəs, maraqlıdı, Müşahidə Şurası deyilsə, "Neftçi"nin rüsvayçılığına cavabdeh, başqa kimdi?
İlk gündən uğursuzluğa düçar olmuş Müşahidə Şurası ideyasının müəllifi Elşad Nəsirov?
Yoxsa, "Neftçi"də bütüb bu rəzilliyə göz yuman ya da bunu görməyən Rövnəq Abdullayev?
Yoxsa, bütün bunları yüzminlərlə sıravi futbol adamı kimi ürəkağrısı ilə izləyən mən,
Aydın BAĞIROV
?
"Roma"nın Lukaku qərarı
"Yuventus"a Ronaldo şoku
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"