Vaqif Cavadova bircə sual

Vaqif Cavadova bircə sual
YAZARLAR 12 Yanvar 2018 / 13:00 9458
-  A +

Sualı saxlayaq yazının axırına. Hələlik biz gələk böyük Cavadova - Vaqifin əmisi İsgəndər müəllimə.

AFFA İcraiyyə Komitəsinin indiki və əvvəlki bütün üzvləri kimi, futbolumuzla bağlı çıxarılan önəmli və önəmsiz hər bir qərara görə məsuliyyət daşıyan adamlardan biri də İsgəndər Cavadovdu. İK iclaslarında İsgəndər müəllimin futbolumuzun xeyri üçün nə kimi təklif verdiyini bilən yoxdu. Amma bu dəqiq faktdı ki, Rövnəq Abdullayev və komandası Foqtsun AFFA ilə ilk müqaviləsi bitəndə də burda qalıb işləməsinə nail oldular. Bununla bağlı qərara əl qaldırıb dəstək verənlərdən biri elə böyük Cavadov idi.

İsgəndər müəllim o qərarla razılaşanda onun doğma qardaşı oğlu Vaqif Cavadov Foqtsun rəhbərliyi ilə millidə oynayır, Almaniyaya kuryoz bir qol vurur, AFFA şefi isə 1:6 hesablı rəzil məğlubiyyətə görə xəcalət çəkmək əvəzinə "Heç Argentina onlara 1 qol vura bilməmişdi, hi-ha..." deyib şaqqanaq çəkməklə özünü və komandasını futbol qəhrəmanı sayırdı. Bu həm də o dövrlər idi ki, azarkeşlər, ən çox da futbol mediası təkidlə, davamlı olaraq Qurban Qurbanovun milliyə gətirilməsini tələb edirdi. Və onda Vaqif Cavadov da daxil olmaqla millinin bütün üzvləri Foqtsdan dəvət almamağın qorxusundan ağızlarına su alıb sakit otururdu.

Hansından soruşurdun ki, Qurban Qurbanov millidə işləməlidimi? Donquldana-donquldana cavab verirdilər ki, “hmmmmm. Bu rəhbərliyin işidi. Kimi dəsələr, onun rəhbərliyi altında da oynayacağıq, İnşallah...”

Amma arxasınca gizli danışırdılar ki, bu əclafı qovsaydılar, yaman yaxşı olardı.

Foqts gedəndən sonra isə hamısı oldu qardaşımız türklər demiş, aslan parçası. Bir ildi futboldan itən Vaqif Cavadov da dünən üzə çıxan kimi bu mövzuda danışıb və bu zaman həmişə kin saxladığı jurnalistlərə müdrik el ağsaqqalları tərzində öyüd-nəsihət verib, irad bildirib: “Qurbanova dəstək nümayiş etdirin. Prosineçkili, Foqtslu yığma uduzanda tənqidlər olmurdusa, Qurbanovlu yığma üçün də olmasın”. Jurnalistlərdən biri isə Cavadova xatırladıb ki, axı, media Foqtsu az tənqid etməyib. O da cavab verib ki, “düzdü, tənqid edirdiniz, amma o, sonda vəzifəsində qalırdı”.

Elə bil Foqtsu millidə jurnalist Əli Sahib saxlayırmış.

Hə, bizdə futbol adamlarının köhnə adətidi arxası-dayağı olmayan insanlarla iradla, hökmlə danışmaq.  Amma məsələn, Rövnəq Abdullayev, yaxud onun müavini Elşad Nəsirovdan söz düşəndə hamısı quzuya dönürlər.

İndi gəlirəm, o bircə suala.

Vaqif Cavadov, Foqtsu millidə SOCAR-ın və AFFA-nın vitse-prezidenti, hazırda da yekə fiqur olan Elşad Nəsirov və komandası saxlayırdı. İradını ona bildirə bilərsən, yoxsa hələ münasib zaman yetişməyib, o da nə vaxtsa vəzifədən gedəndən sonra danışacaqsan?

Aydın BAĞIROV
[email protected]

MÜƏLLİFİN DİGƏR YAZILARI

28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19
14.02.18

Son xəbərlər