Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"Qəbələ"nin futbolçusu Xorvatiyaya qol vurdu - Video

Yazarlar
 “Kolxozçu”yla oynamırdıq ey, almanlarla oynayırdıq!
Aqil Abbas
 80 ilin matçı - "Neftçi" erməniləri necə döydü?
Anar Şabanoğlu
 O mükafatı niyə qəbul etdiniz, Şahin Diniyev?
Aydın BAĞIROV
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
 “Neftçi” rəhbərliyinin büdcə yalanı
Tahir SÜLEYMANOV
 Futbolumuz 2016-da: qara və ağ siyahı
Anar BAYRAMOV
 Rəşad, səndən soruşacaqlar ki...
Asəf QULİYEV
 Bağırov stadiona necə ot əkdirdi...
Müsəllim HƏSƏNOV
 "Neftçi"nin "Xəzər Lənkəran"a çatmasına az qalıb...
Etibar Cəbrayıloğlu
 Türklər idarə edir, bizimkilər müşahidə - Dənizli səfərində
gördüklərim
Erkin İBRAHİMOV
Fotoreportaj
Bütün 
Azərbaycan - Almaniya - Şəkillər
Top 5
"Tam fərqli Azərbaycan millisi gördüm" - Yoahim Löv
Azərbaycan – Almaniya: hansı ölkə, hansı kanal?
Almaniya millisinə bizimkilər də dəstək verəcək – AFFA etiraz edir
Almaniya millisi Bakıda azarkeş sevgisi ilə qarşılaşdı– Video
“Avropadan təklif var, getmək istəyirəm” – Qara Qarayev
Linklər
525ci Qəzet

Bizi rəzil edən kimdi: Şeydayev, yoxsa?..
A A A

[13.11.2015]
Bizi rəzil edən kimdi: Şeydayev, yoxsa?..

Aydın BAĞIROV


Ramil Şeydayev azərbaycanlıdır. 19 yaşı var. Rusiya milli komandasında oynayır (əvvəl U-19, hazırda U-21).

Hazırda Azərbaycanın U-19 millisinə cəlb olunan 18 oyunçudan 17-si də azərbaycanlıdır. Əgər “lipa” deyillərsə, onların da 19 yaşı var.

Ramil Şeydayev U-19-lar arasında “Avro-2015”in seçmə və final mərhələsində təkbaşına üst-üstə 12 qol vurub!

Bizimkilərin topası isə elə həmin yarışda (seçmə və elit mərhələ) cəmi 5 qol vurub!

Hə, Ramil Şeydayev bir mövsümə 12 qol vurub!

Bizim U-19 millisində son 5 Avropa çempionatında (2011-2015-ci illərdə) oynamış ən azı 50-dən çox futbolçunun hamısı isə üst-üstə cəmi 15 qol vurub!

Deməli, faciə Şeydayevin bizim millidən imtina etməsi deyil, faciə son 4 ildə 23 oyunda cəmi 15 qol vurmaqdır!
                                        

Şeydayevin qazandığı Avropa çempionatının bombardiri adı və Avropanın vitse-çempionluğu olub.

Bizimkilərin “qazandığı” isə söyüş olub.

Şeydayev 12 qol vurub sadəliyini, təvazökarlığını qoruyub.

Bizimkilər bir qələt eləməyib, amma başları indidən havalanıb.

Şeydayevi U-19-dan U-21-ə yüksəldirlər.

Bizimkini qovub gəldiyi kluba göndərirlər.

Şeydayev Rusiyanın U-21 millisində qollar vurub komandasına uğur qazandırır.

Bizimki mühüm oyunda hikkəsindən qırmızı alır.
 
Və... Ortada bir gerçəklik var: qol vurub uğura gedən də azərbaycanlıdır, qırmızı alıb meydandan, intizamsızlıq edib komandadan qovulan da.

Amma biz həmişə bu ölkənin adını batıran azərbaycanlını başqa bir azərbaycanlıdan - uğura gedən, futbolun zirvəsinə doğru addımlayan azərbaycanlıdan daha çox istəyəcəyik, daha çox hörmət edəcəyik.

Əmin ola bilərsiz, bu millət Şeydayevə həmişə xain, satqın gözüylə baxacaq, onu stadionda görəndə fitə basacaq.

Çünki o, Azərbaycan millisini deyil, doğulub boya-başa çatdığı Rusiyanı seçib.

Hə, bir patriot kimi davranmayıb. Amma peşəkar kimi davranıb.

Bizim millət sevir axı belə şeyləri, hamı patriot olmalıdı. Bəli, başqa cür olmamalıdır da: vətəni, dövləti, bayrağı sevməliyik. Amma öz işimizi də sevməli, öz peşəmizə də hörmət eləməliyik, axı.

Hörmət edirik özümüzə?

Ya da sualın qoyuluşunu dəyişək: özünə, peşəsinə və nəhayət, sənə, əziz futbol azarkeşi, sənə, sənin ölkənə hörmət edirmi sənin futbolçun?

Bugünlərdə keçirilən U-19-lar arasında Avropa çempionatının seçmə mərhələsində hər cür intizamsızlıq edən məgər Ramil Şeydayev idi?

Məgər, on illərdir səni, sənin ölkəni futbol dünyasında rəzil edən Ramil Şeydayevdir?

Ramili fitə basaq, ondan əvvəl isə Rusiya millisini seçən Aleksandr Səmədovu fitə basaq.

Amma gəlin, soyuq başla onu da fikirləşək: Səmədov (gələcəkdə Şeydayev) bizim millimizi seçsəydi, nə qazanacaqdı? Adam bizim millidə heç bir perspektiv görməyib Rusiyanı seçdi, pis-yaxşı dünya çempionatının final mərhələsi kimi nəhəng bir yarışda oynadı.

Yaxşı, lap deyək ki, Səmədov da qəbahət edib, Şeydayev də... Onların qəbahəti yalnız Rusiyanı seçməkdisə, bəs onda bizim, Rusiyanın yox a, məhz bizim öz bayrağımız altında meydana çıxıb belə məsuliyyətsizlik edib ölkənin nüfuzuna zərər vuranların qəbahəti nə boydadır?

Suallar çoxdu, həddən artıq çoxdu... Və kimsə, kimlərsə o suallara cavab verməlidir... Şeydayevi az qala dar ağacından asanlar belə...

Amma asmaqla, öldürməklə də iş bitmir.

Biz yetişdirməli və yaşatmalıyıq... Ən azı Səmədov, Şeydayev səviyyəsində futbolçular yetişdirib onları qorumalı, inkişaf etdirməliyik.

Təbii ki, ruslar kimi bacarırıqsa.

Bacaracağıq, bacarmayacağıq, zaman göstərəcək.

Amma bu ölkənin U-19 millisində oynayan futbolçusunun Şeydayevdən örnək götürməsi çox yaxşı olardı...

Özü də utanmağa gərək yoxdu, Şeydayev özümüzünküdü, erməni Mxitaryan deyil...

Aydın BAĞIROV

8752 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 

 
 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
13.03.2017  14:24 O mükafatı niyə qəbul etdiniz, Şahin Diniyev?
03.03.2017  14:13 4 aydı oynamayan futbolçunun millimizdə nə işi var?
23.02.2017  16:10 AFFA öz stadionuna niyə Banişevskinin adını vermir?
07.02.2017  17:31 “Neftçi” 42 illik əfsanəvi həkimini necə qovdu?
06.02.2017  16:27 Rəşadları məhv edənlər...
23.01.2017  15:27 Kimə lazımdı “Birlik kuboku”?
14.01.2017  15:46 Belə də yox...
10.01.2017  15:36 Futbol mafiyası uddu, futbol uduzdu
26.10.2016  17:19 Hanı Bəhram?
12.10.2016  14:24 Bu nə qərar, arkadaş?
03.10.2016  11:54 Kamran Ağayevə...
30.09.2016  15:05 “CBC Sport”un 1 yaşına
10.09.2016  22:24 Ayıb olsun
08.09.2016  13:44 “Futbol şikəstləri”nə 100 milyonlar olar, Ramilə 1 milyon olmaz?
31.08.2016  13:10 35 yaşlı Aslan
26.08.2016  12:46 “Qarabağ” Respublika stadionundan getsin!
28.06.2016  12:34 İslandiya möcüzəsi: narkomaniyadan futbola gedən yol…
03.06.2016  12:45 Bu villanın hasarı hanı?
01.06.2016  13:35 Avstriya gündəliyi....
03.05.2016  14:03 Gözünə su ver, ərəb şeyxi!..
20.04.2016  12:21 “Atletiko”nu niyə sevməli?
18.04.2016  13:06 “Neftçi”ni utandıracaq şəkil
10.11.2015  17:35 Dünya çempionu adı niyə bu qədər ucuzlaşıb?
09.11.2015  18:16 “Neftçi”də gələn gedənə rəhmət oxutdurdu!
04.03.2015  13:47 Türkiyəyə niyə getmisiniz?
26.02.2015  14:20 PFL-i ləğv edin!
17.02.2015  13:28 Nazim Süleymanova iş də verin!
05.02.2015  16:09 17 yaşlı oyunçu 3 minin davasın edəndə...
02.02.2015  14:11 Samir Ələkbərov hardadır?
23.12.2014  15:45 Sizin oyunu hansı kanal və niyə alsın?
22.12.2014  14:20 Qaranın halal haqqı
10.12.2014  15:24 Banişevski tüpürərdi belələrinin üzünə!
24.11.2014  15:55 Arazı Qurban xilas edəcək!
21.08.2014  11:07 Dərs – Rəşad Məcidin 50 illiyinə
31.07.2014  15:09 Qurban Qurbanovun iki qızıl qaydası
25.07.2014  15:14 “İnter”i hakim uduzdurmadı, rəhbərliyi uduzdurdu!
09.07.2014  12:43 Rədd olsun, Pelenin proqnozu!
08.07.2014  16:47 Hansı üzlə futboldan danışırsız?
07.07.2014  12:48 Kosta-Rika ilə Azərbaycan futbolçusunun fərqi, yaxud pul futbol oynamır
30.06.2014  16:07 Baş nazirə yazılan məktub
19.06.2014  13:39 Del Boske, Sampaoli və Foqts
17.06.2014  13:55 Gedin, Ronaldonun əlindən öpün...
13.06.2014  12:28 O hakimdən Azərbaycanda onlarladı
14.04.2014  16:43 “Qəbələ” özbaşınalıq etsəydi...
17.03.2014  13:54 Sadıqovun istefası, AZAL-ın absurd tələbi
14.03.2014  13:54 Xaqani Məmmədov, danışmaq olar?
12.03.2014  15:53 Sözün bitdiyi yer!
03.03.2014  13:35 “Neftçi” haqlıdırmı?
26.02.2014  15:09 Marata zaman verin!
24.02.2014  15:48 Pul və xal
 
 
 
  28.03.17
23:06
  Şehiçlə Aqolli qarşılaşa bilmədi
22:20
  "Qəbələ"nin futbolçusu Xorvatiyaya qol vurdu - Video
21:40
  Yaponiyadan darmadağın - Video
20:58
  Millimiz 4 qolla uduzdu - Video
20:11
  "Barselona" Verattini istəyir
19:50
  Türkiyə millimizi darmadağın etdi
19:20
  FİFA-dan Messiyə ağır cəza
18:27
  “Qalatasaray”da ciddi itki
17:49
  AFFA-dan bilet qalmaqalı ilə bağlı bəyanat
17:30
  Millimizlə oyununun ən yaxşısı seçildi
17:11
  "Səbail"dən darmadağın - Video
16:45
  Millimizin oyunçusu "Fənərbaxça"da oynaya bilər
16:22
  Maşallah Əhmədovun apellyasiya məhkəməsi davam etdirilib
16:07
  "Real"dan ona 100 milyon funt
15:53
  "Zaqatala"dan 5 qollu qələbə - Video
15:24
  Çinin məşhur klubunun stadionu yandı - Şəkillər
14:54
  UEFA "Partizan"la bağlı cəzanı ləğv etdi
14:15
  “Bizdə qəribə adamlar var” – Prosineçki
14:14
  Həyat yoldaşına görə millini tərk etdi
13:45
  “Birlik kuboku”: əsas yer yox, kimin iştirak edəcəyidi…
13:34
  FİFA-dan ayağı qırılan futbolçuya həftədə 58 min avro
13:08
  Neymar kapitan olur
12:33
  Messi hakimə ana söyüşü edib? – FİFA araşdırmaya başladı
11:58
  Futzal millimizin heyəti açıqlandı
11:35
  "Azərbaycanla matç böyük oyun olacaq"
11:12
  Millmizin oyunu "NTV Spor"da
10:37
  Mançini "Barselona"da?
10:14
  “Bakıda diqqətsizliyə yol verdik” – Benedikt Hövedes
09:48
  Ronaldo 1-ci, Messi 2-ci, Neymar 3-cü
01:06
  Türklərin qələbəsi - Video
00:50
  Hollandiya millisinin baş məşqçisi qovuldu
00:20
  Türkiyə millisi 3 qolla qalib gəldi
00:01
  "Turan Tovuz"dan xal itkisi - Video
  27.03.17
22:40
  "Real" iki futbolçusu ilə yeni müqavilə imzalayır
22:03
  Məsut Özil Azərbaycana təşəkkür etdi – Şəkil
21:19
  "Mançester Siti" cərimələndi
20:26
  İtaliyanın ən yaxşı baş məşqçisi seçildi
19:37
  "Yeni yemək növləri icad etmək istəyirəm” - Maksim Medvedev
19:24
  Premyer Liqamızda 2 oyun canlı yayımda
18:30
  "Azərbaycan millisi dünya çempionatına çıxmaq gücündədir" - Aleksandr Səmədov
18:00
  "Zaqatala" və "Səbail"dən darmadağın
17:42
  AFFA "Birlik kuboku" ilə bağlı təkliflərini açıqladı
17:30
  FİDE prezidenti istefası ilə bağlı xəbəri təkzib etdi - Yenilənib
16:37
  Yığmamızın heyəti açıqlandı
16:00
  Türkiyə Ardasız oynayacaq
15:20
  (R) KİA heyrətləndirməyə davam edir
14:45
  "Bir xala çox ümid edirdik" - Cavid Hüseynov
14:37
  Etopaz-da 4 canlı oyun
14:06
  Reynaldo yenə zədələnib
13:56
  “Avropadan təklif var, getmək istəyirəm” – Qara Qarayev
13:14
  "Azərbaycana daha yaxşı oynamaq imkanı yaratdıq” – Hummels
12:50
  “Kolxozçu”yla oynamırdıq ey, almanlarla oynayırdıq!
12:47
  "Yalnız Almaniya bizə qol vura bilib" - rəqibimizin baş məşqçisi
12:37
  Çimərlik millimizdə yeni baş məşqçi
12:13
  "Asan qələbə qazanmadıq" - Andre Şürrle
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore