Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Tariximiz
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Messi 30 yaşında

Yazarlar
 Getdi...
Aydın BAĞIROV
 Rauf Əliyevin son şansı...
Anar Şabanoğlu
 Olmayan Ağdam və olan Tovuz…
Aqil Abbas
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
Azərbaycan - Şimali İrlandiya - Şəkillər
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
"Qarabağ" uduzdu
Fransa millisinin sabiq futbolçusu "Qəbələ"də
Muarem Muarem Türkiyə klubunda
"Şaxtyor"un qapıçısı rəsmən "Qarabağ"da
Linklər
525ci Qəzet

Xocalı kampaniyası, “Qalatasaray” və mümkün olmayan iş
A A A

[19.02.2014]
Xocalı kampaniyası, “Qalatasaray” və mümkün olmayan iş

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Qalatasaray” - “Çelsi” oyunu bu il fevralın 26-sı, Xocalı soyqırımının 22-ci ildönümü gününə təsadüf edir. Bu səbəbdən bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin əməkdaşları UEFA-ya və “Qalatasaray” klubuna müraciət ünvanlayaraq soyqırım qurbanlarının xatirəsini anmaq üçün İstanbul təmsilçisinin futbolçularının meydana qara sarğı ilə çıxmasını, qətlə yetirilənlərin ruhlarını bir dəqiqəlik sükutla yad olunmasını təklif ediblər.

Təbii, bu təşəbbüs müsbət qiymətləndirilməlidir və buna qətiyyən kölgə salmaq olmaz. Amma gəlin görək, Çempionlar Liqası kimi mühüm bir oyunda belə bir aksiyanın baş tutması mümkündürmü? Söhbət heç də hansısa ikili standartdan və ya beynəlxalq təşkilatların bizi istəyib-istəməməsindən getmir.

Məsələ burasındadır ki, bu müraciət qitənin ali futbol qurumuna göndərilməzdən əvvəl, görünür, bilməyərəkdən bir mühüm məqam nəzərə alınmayıb.

FİFA və UEFA (ümumiyyətlə, çəkisi və nüfuzu yüksək olan idman qurumları) istənilən dövlətlər arasındakı siyasi münasibətlərin futbol meydanlarına çıxarılmasını tamamilə qadağan edir. Bu mənada, hazırda mediada və sosial şəbəkələrdə “Qalatasaray” - “Çelsi” matçından əvvəl Xocalı ilə bağlı aparılan kampaniyanın baş tutmayacağını əminliklə söyləmək olar. Hələ soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması bir kənara, hətta İstanbul klubunun oyunçuları istəsə belə, oyuna qara sarğı ilə çıxa bilməzlər. Əvvəla, matça təyinat alan UEFA nümayəndəsi, hətta azərbaycanlı olsa belə, bu aksiyaya icazə verməz. Çünki bu kimi təşəbbüs və tədbirlər FİFA və UEFA-nın nizamnaməsinə ziddir. Deyək ki, klub Azərbaycana qardaş münasibətə görə özü buna təkidlə cəhd edir, bu halda da hüquqi qaydalar UEFA-nın tərəfindədir. Bu qurumun nümayəndəsinin səlahiyyəti o qədər genişdir ki, oyunun keçirilməsini qadağan edə də bilər.

Əgər FİFA və UEFA bu kimi siyasi aksiyalara icazə versəydi, təsəvvür edin, az qala bütün matçlardan əvvəl idman arenaları yasa bürünərdi. Avropada dövlətlərarası münaqişələr zamanı faciə ilə üzləşən tək biz deyilik ki...
 
Düzdür, beynəlxalq oyunlarda matçlardan əvvəl faciə qurbanlarının və ya hansısa mühüm bir şəxsin vəfatı ilə bağlı bir dəqiqəlik sükut aksiyasına rast gəlinir. Amma bu, qonşu dövlətlərlə gərgin siyasi münasibətlər səbəbindən baş verməyən hadisəyə görə olur. Yəni qeyri-müharibə şəraitində - ölkə daxilində təbii fəlakət, təyyarə qəzası, kütləvi ölümlə nəticələnən digər faciələr, eləcə də futbol, idman və öz dövləti qarşısında xidmətləri olan şəxsin vəfatına görə UEFA humanizm prinsipindən çıxış edərək dünyasını dəyişən insanların xatirəsinin anılmasına icazə verir.

Yeri gəlmişkən, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov məlum kampaniya ilə  bağlı modern.az saytına açıqlamasında bildirir ki, onlar bu məsələ ilə bağlı iş görürlər. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) yumşaq iradla deyir ki, gərək onlar da bununla məşğul olsunlar. Əslində isə AFFA-nın bu kampaniyaya qoşulmaması normal və məntiqlidir. Çünki bizim federasiya da bu məsələdə gücsüzdür. “Qalatasaray” – “Çelsi” oyununda Xocalı aksiyası o zaman baş tuta bilər ki, möcüzə baş verir, günü bu gün FİFA və UEFA Konqresi təcili çağırılır, həmin tədbirdə də hər iki qurum öz nizamnaməsində bununla bağlı bəndi ləğv edir. Təəssüf ki, bu məsələdə hər şey bizim istəyimiz və hisslərimizlə həll olunmur.


Sonda, yeri gəlmişkən bir məqama toxunum. Ötən il iyulun 23-də, Çempionlar Liqasının təsnifat mərhələsində, avropalıların gözündən və qulağından uzaqda olan “Skenderbeu” (Albaniya) – “Neftçi” matçından əvvəl Azərbaycan təmsilçisi Ağdam işğalının ildönümünü bir dəqiqəlik sükutla anmağa nail ola bilmişdi. Sonra məlum oldu ki, oyunun UEFA-dan olan nümayəndəsi özbaşına hərəkət edib, “Neftçi”nin bu ideyası ilə bağlı təmsil etdiyi qurumu məlumatlandırmayıb. Adı yadımda deyil, bu hərəkəti  səbəbindən UEFA həmin komissara ağır cəza verərək onu beynəlxalq yarışlardan birdəfəlik uzaqlaşdırdı.

Bu faktı ona görə xatırlatdım ki, bu gün “Neftçi” ilə bağlı müqayisə aparıb sadəlövhcəsinə eyni hadisənin “Qalatasaray” – “Çelsi” matçında təkrar olacağını düşünənlər də var. Amma görünür, bir şeyi - İstanbuldakı oyunun əhəmiyyətini və miqyasını, tribunalarda və televiziya qarşısında əyləşəcək insanlar da daxil olmaqla matçın yüzmilyonlarla azarkeşin gözü qarşısında oynanılacağını unuduruq. Və nəhayət, UEFA əlbəttə ki, Türkiyədəki görüşə kənddə-kəsəkdə, stadionda üç-beş azarkeşin baxdığı “Skenderbeu” – “Neftçi” görüşünün nümayəndəsini yox, Çempionlar Liqasının çox vacib oyunlarına nəzərət edən komissarı göndərəcək.

Aydın BAĞIROV

4554 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
17.06.2017  11:12 Getdi...
12.05.2017  14:12 “Səbail” yaşasın, “Turan” dağılsın?
21.04.2017  13:11 Allahverdi Bağırovun iradı...
19.04.2017  13:12 Kaşşai kirli vəzifəni necə lazımdısa, icra etdi
13.04.2017  14:51 Tanımadığımız Qurban
13.03.2017  14:24 O mükafatı niyə qəbul etdiniz, Şahin Diniyev?
03.03.2017  14:13 4 aydı oynamayan futbolçunun millimizdə nə işi var?
23.02.2017  16:10 AFFA öz stadionuna niyə Banişevskinin adını vermir?
07.02.2017  17:31 “Neftçi” 42 illik əfsanəvi həkimini necə qovdu?
06.02.2017  16:27 Rəşadları məhv edənlər...
23.01.2017  15:27 Kimə lazımdı “Birlik kuboku”?
14.01.2017  15:46 Belə də yox...
10.01.2017  15:36 Futbol mafiyası uddu, futbol uduzdu
26.10.2016  17:19 Hanı Bəhram?
12.10.2016  14:24 Bu nə qərar, arkadaş?
03.10.2016  11:54 Kamran Ağayevə...
30.09.2016  15:05 “CBC Sport”un 1 yaşına
10.09.2016  22:24 Ayıb olsun
08.09.2016  13:44 “Futbol şikəstləri”nə 100 milyonlar olar, Ramilə 1 milyon olmaz?
31.08.2016  13:10 35 yaşlı Aslan
26.08.2016  12:46 “Qarabağ” Respublika stadionundan getsin!
28.06.2016  12:34 İslandiya möcüzəsi: narkomaniyadan futbola gedən yol…
03.06.2016  12:45 Bu villanın hasarı hanı?
01.06.2016  13:35 Avstriya gündəliyi....
03.05.2016  14:03 Gözünə su ver, ərəb şeyxi!..
20.04.2016  12:21 “Atletiko”nu niyə sevməli?
18.04.2016  13:06 “Neftçi”ni utandıracaq şəkil
13.11.2015  13:40 Bizi rəzil edən kimdi: Şeydayev, yoxsa?..
10.11.2015  17:35 Dünya çempionu adı niyə bu qədər ucuzlaşıb?
09.11.2015  18:16 “Neftçi”də gələn gedənə rəhmət oxutdurdu!
04.03.2015  13:47 Türkiyəyə niyə getmisiniz?
26.02.2015  14:20 PFL-i ləğv edin!
17.02.2015  13:28 Nazim Süleymanova iş də verin!
05.02.2015  16:09 17 yaşlı oyunçu 3 minin davasın edəndə...
02.02.2015  14:11 Samir Ələkbərov hardadır?
23.12.2014  15:45 Sizin oyunu hansı kanal və niyə alsın?
22.12.2014  14:20 Qaranın halal haqqı
10.12.2014  15:24 Banişevski tüpürərdi belələrinin üzünə!
24.11.2014  15:55 Arazı Qurban xilas edəcək!
21.08.2014  11:07 Dərs – Rəşad Məcidin 50 illiyinə
31.07.2014  15:09 Qurban Qurbanovun iki qızıl qaydası
25.07.2014  15:14 “İnter”i hakim uduzdurmadı, rəhbərliyi uduzdurdu!
09.07.2014  12:43 Rədd olsun, Pelenin proqnozu!
08.07.2014  16:47 Hansı üzlə futboldan danışırsız?
07.07.2014  12:48 Kosta-Rika ilə Azərbaycan futbolçusunun fərqi, yaxud pul futbol oynamır
30.06.2014  16:07 Baş nazirə yazılan məktub
19.06.2014  13:39 Del Boske, Sampaoli və Foqts
17.06.2014  13:55 Gedin, Ronaldonun əlindən öpün...
13.06.2014  12:28 O hakimdən Azərbaycanda onlarladı
14.04.2014  16:43 “Qəbələ” özbaşınalıq etsəydi...
 
 
  25.06.17
00:10
  Rumıniyalı futbolçu rəsmən "Zirə"də
00:01
  Klublarımızın yay transferləri - Yenilənir
  24.06.17
22:30
  Pepe yarımfinalda oynamayacaq
21:52
  "Qarabağ" uduzdu
21:25
  Portuqaliyadan 4 cavabsız qol - Video
21:09
  Rusiya Meksikaya uduzdu - Video
20:52
  Rusiya Konfederasiyalar kubokunda mübarizəni dayandırdı
20:37
  "Qəbələ"nin üçüncü rəqibi də müəyyənləşdi
20:16
  Kamran Avropa çempionatını gümüş medalla başa vurdu
19:50
  "Qarabağ"ın start heyəti
19:29
  "Monako" 100 milyon avronu rədd etdi
18:53
  "Zirə"dən növbəti transfer
18:06
  Superliqa klubunda yeni baş məşqçi
16:25
  "Portu"dan Premyer Liqa klubuna
15:29
  Bakıda Formula 1 pilotunun maşını yandı - Şəkillər
14:50
  "Qəbələ"nin yeni transferi - Video
13:43
  "Qəbələ" hollandiyalı futbolçu aldı - rəsmi
13:20
  Günün canlı oyunları - Etopaz-da
12:53
  PSJ-dən Aquero üçün 68 milyon avro
11:48
  Messi 30 yaşında
11:19
  Oyunlara harda baxaq? – TV-lərin siyahısı
10:38
  "Şaxtyor"un qapıçısı rəsmən "Qarabağ"da
10:15
  "Real"ın sabiq futbolçusu karyerasını başa vurdu
09:48
  "Qarabağ"ın Avstriyada 7-ci günü - Video
02:00
  Alba “Mançester Yunayted”in hədəfində
01:38
  Azərbaycanda işləmiş məşqçi həvəskar klubda
01:15
  “Xərçəngə əlavə vaxt və penaltilərdə qalib gəldim”
00:52
  Konfederasiyalar Kubokunun ən yaxşısı - Akinfeyev
00:34
  Berluskoni Donnarummanın müdafiəsinə qalxdı
00:18
  Verratti PSJ-nin təklifini geri çevirdi
00:00
  “Çində oynayacağımı istisna etmirəm” - Messi
  23.06.17
22:33
  Fransa millisinin sabiq futbolçusu "Qəbələ"də
22:04
  Boksçumuz finala vəsiqə qazandı
21:44
  Premyer Liqa klubunda yeni baş məşqçi
21:06
  "Arsenal"dan 57 milyon avroluq transfer
20:52
  “Yuventus”dan məni buraxmalarını xahiş etmişəm? - Alveş
19:23
  Messi "Barsa"nın ən qiymətli oyunçusu seçildi
18:45
  "Barselona" braziliyalı futbolçu alır
17:57
  Bakıdakı Formula 1-də qəza - Video
17:33
  Moldova prezidenti Bakıda Formula 1-i izlədi
17:00
  "Mançester Yunayted" onu "Barsa"dan istəyir
16:20
  "Səbail" də Türkiyəyə gedir
15:45
  "Qarabağ"ın SSKA ilə oyununun vaxtı bilindi
15:10
  Günün canlı oyunları - Etopaz-da
14:34
  “Zirə” – “Differdanj” oyununun hakimləri bəlli oldu
14:20
  Əliyar Ağayev Çempionlar Liqasına təyinat aldı
14:03
  “Differdanj”ı Bakıda təəccübləndirməliyik” – Ayxan Abbasov
13:09
  Prokurorluqdan Messiylə bağlı yeni qərar
12:32
  "Qəbələ"nin potensial rəqibi 6 qolla qalib gəldi
12:17
  “Vətən” beynəlxalq turnirdə iştirak edib
11:57
  "Qarabağ"ın rəqibi hüçumçu aldı
11:28
  Toni Adams klub alır
11:00
  "Ludoqorets"in baş məşqçisi "Qəbələ" ilə oyundan danışdı
10:45
  "Qəbələ"nin məğlubiyyəti - Video
10:30
  Muarem Muarem Türkiyə klubunda
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore