Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"İrəliləyişi artıq hiss edirik" - Samir Abasov

Yazarlar
 Belə də yox...
Aydın BAĞIROV
 “Neftçi” rəhbərliyinin büdcə yalanı
Tahir SÜLEYMANOV
 Futbolumuz 2016-da: qara və ağ siyahı
Anar BAYRAMOV
 Rəşad, səndən soruşacaqlar ki...
Asəf QULİYEV
 Heydər Əliyevin təmiz qələbəsi və ya “Neftçi” haqsız cəzadan necə
qurtuldu...
Şakir YAQUBOV
 Stadionun yolunu tanımayan futbol azarkeşləri
Aqil Abbas
 Bağırov stadiona necə ot əkdirdi...
Müsəllim HƏSƏNOV
 "Neftçi"nin "Xəzər Lənkəran"a çatmasına az qalıb...
Etibar Cəbrayıloğlu
 Türklər idarə edir, bizimkilər müşahidə - Dənizli səfərində
gördüklərim
Erkin İBRAHİMOV
Fotoreportaj
Bütün 
AZAL - "Qəbələ" - Şəkillər
Top 5
Premyer Liqamızda qış transferləri - Yenilənir
Rəşaddan alqışlanacaq addım
“Üstümә bomba bağlayıb Ermənistanı partladaram…” - Kamran Ağayev
Ermənistan mətbuatı Vaqif Cavadovdan yazdı
Kamran “Benfika”nın futbolçuları ilə dalaşdı - Video
Linklər
525ci Qəzet

15 dəqiqənin ayıbı
A A A

[12.02.2014]
15 dəqiqənin ayıbı

Son “Xəzər Lənkəran” – “Neftçi” oyununda baş verənlər gündəmi o qədər dəyişdi ki, həmin qarşılaşmada milli komandaya cavabdeh olan adamların başını yerin dibinə soxacaq bir vacib hadisə diqqətdən kənarda qaldı.

Məsələ belədir. Həmin görüşü izləmək üçün millinin baş məşqçisi Berti Foqts Bakıdan Lənkərana gedib və matçın bitməsinə... 15 dəqiqə qalmış stadionu tərk edib. Təsəvvür edin, hələ oyun bitməyib, meydanda gərgin mübarizə gedir, alman qoca isə ya üşüdüyündən, ya acdığından, ya iynəsinin vaxtı çatdığından, ya da bəlkə də oyuna baxmağa daha həvəsi qalmadığından (“Neftçi” həmin ana qədər 2:0 öndə olub) durub arenanı tərk edib. O gedəndən sonra isə “Xəzər Lənkəran” iki qol vurub, sonra aləm bir-birinə dəyib, Foqtsun milliyə çağırdığı və ya çağırmaq istədiyi futbolçular hər hoqqadan çıxıb. Foqts isə həmin vaxt onun üçün ayrılmış lüks maşında olub, yaxud da Lənkərandakı hansısa restoranda.

Media AFFA və PFL rəhbərliyinə bu oyuna getmədiyi üçün haqlı olaraq irad bildirir. Bu, işin başqa tərəfidir. Amma düz altı ildir, Foqtsun qoruyucu-mələyi rolunda çıxış edib onu millidə saxlayan AFFA-nın prezidenti, vitse-prezidentləri və baş katibi izahat versin görək, ölkənin əsas komandasına birbaşa cavabdeh olan adam hansı məntiq və  hüquqla Azərbaycanın bir nömrəli derbisini axıra qədər izləmir. Foqtsa bu hüququ kim və niyə verib?

Bu adam onsuz da bihörmət olan Azərbaycan futbolunu saymır, bu öz yerində. Amma insanın özündə vicdan da olmalıdır, axı. Azərbaycan dövlətinin AFFA-ya ayırdığı puldan ayda ən azı 150-200 min avro qazanır, lakin cəmi bir matçı sonadək izləməyi şəninə sığışdırmır. Doğrudan da, ayıbdır. Hərçənd ondan da ayıb olan AFFA rəhbərliyinin Foqtsun özbaşınalıqlarına göz yummasıdır.

Bir deyil, iki deyil. Üst-üstə yığsan, alman məşqçinin ayağında onlarla belə fakt var. Vətəni Almaniyanın millisində işləsəydi, bu cür qeyri-peşəkar addım atardı? Ona bu hoqqanı çıxarmağa imkan verərdilər?

Məlumdur, Rövnəq Abdullayevin başı neft məsələlərinə qarışıb, bəs, baş katib Elxan Məmmədov nə işlə məşğuldur? Azərbaycan millisinə dünya futbolunda izi-tozu olmayan Filippini rəqib seçməyə, onlarla oyunun hansı məkanda keçirilməsini müəyyənləşdirməyə? Nə böyük və çətin iş imiş!

Barı ayıbınıza kor olun. Bizim milli martın əvvəlində dünya reytinqində 127-ci yerdə olan komandayla yoxlama oyunu keçirəcək, lağa qoyduqları Ermənistan isə “DÇ-2014”ün iştirakçısı, həmin reytinqdə Filippindən düz 125 pillə yuxarıda olan Rusiya ilə.

Yaxşı rəqibi seçmək üçün futbolda özün də seçilməli, hörmət, söz sahibi olmalısan. UEFA turnirlərində bir-iki oyuna komissar kimi getməklə deyil ki. Dünya və Avropa futbolu bu federasiyanı, bu milli komandanı saymayandan sonra əlbəttə, yoldaşlıq oyunlarında Rusiya kimi nəhəng komandalar səni heç yüz addımlığına da buraxmayacaq. Onda məcbur olub, ya nəhəng İspaniyanı xahiş-minnətlə iki milyon avroya Bakıya gətirəcəksən, ya da Filippin, Mozambik və Hindistan kimi futbolu sənin səviyyəndən də aşağıda olan ölkələrə minnətçi düşəcəksən.

Azərbaycan millisi Foqtsun 15 dəqiqəlik ayıblarına görə Filippinlə hələ o qədər qarşılaşacaq ki. Çünki AFFA Foqtsun bu və digər saymazyana əməllərinə bilərəkdən göz yummağa davam etdiyi vaxta qədər Azərbaycan millisi düşdüyü bataqlıqda qalacaq.

Ölkə futbolu dəyib bir-birinə, millinin oyunçusu azarkeşə barmaq göstərir, amma Foqts “böyük oyun”la bağlı AFFA-nın saytında cəmi altı cümləlik bu “bezdarnı” fikirləri dərc etdirir. Oxuyun, görün, burda Amerika kəşf olunubmu?

"Ümumilikdə oyun yaxşı səviyyədə keçdi. Heç-heçə "Xəzər Lənkəran" üçün uğurlu nəticə oldu. "Neftçi" oyunda üstün tərəf idi. Bununla belə, "Xəzər Lənkəran"ın da futbolçularının mübarizliyini qeyd etmək lazımdır. Onlar sona qədər təslim olmadılar və son dəqiqələrdə hesabı bərabərləşdirdilər. Futbolda heç zaman məğlubiyyətlə barışmaq olmaz".

Bəs, hanı Foqtsun millidəki futbolçusunun tərbiyəsizliyi ilə bağlı mövqeyi? Hanı onun “Neftçi”yə, “Xəzər Lənkəran”a iradı?

Deyəsən, bunların gücləri bir futbolçuya tüpürən, arxası-dayağı olmayan Elnur Allahverdiyevə, Elxan Məmmədovu tənqid edən (təhqir yox, məhz tənqid) Vaqif Cavadova çatırmış. Yadınızdadırsa, onlar bu hərəkətləri səbəbindən bir vaxtlar millidən uzaqlaşdırılmışdı. Berti Foqts, Elxan Məmmədov, bəs o boyda kütləni – yüzminlərlə “Xəzər Lənkəran” azarkeşini təhqir edən oyunçunun millidəki cəzası nə olacaq?

15 dəqiqə az müddətdir, düzdü. Amma axı, bataqlıqda nəinki hər dəqiqə, hər saniyə belə səni daha dərinliyə aparır...

Və orda daha işıq ucu da görünmür. Boğulursan, təngnəfəs olursan, axırda da olürsən.

Aydın BAĞIROV

4789 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 

 
 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
14.01.2017  15:46 Belə də yox...
10.01.2017  15:36 Futbol mafiyası uddu, futbol uduzdu
26.10.2016  17:19 Hanı Bəhram?
12.10.2016  14:24 Bu nə qərar, arkadaş?
03.10.2016  11:54 Kamran Ağayevə...
30.09.2016  15:05 “CBC Sport”un 1 yaşına
10.09.2016  22:24 Ayıb olsun
08.09.2016  13:44 “Futbol şikəstləri”nə 100 milyonlar olar, Ramilə 1 milyon olmaz?
31.08.2016  13:10 35 yaşlı Aslan
26.08.2016  12:46 “Qarabağ” Respublika stadionundan getsin!
28.06.2016  12:34 İslandiya möcüzəsi: narkomaniyadan futbola gedən yol…
03.06.2016  12:45 Bu villanın hasarı hanı?
01.06.2016  13:35 Avstriya gündəliyi....
03.05.2016  14:03 Gözünə su ver, ərəb şeyxi!..
20.04.2016  12:21 “Atletiko”nu niyə sevməli?
18.04.2016  13:06 “Neftçi”ni utandıracaq şəkil
13.11.2015  13:40 Bizi rəzil edən kimdi: Şeydayev, yoxsa?..
10.11.2015  17:35 Dünya çempionu adı niyə bu qədər ucuzlaşıb?
09.11.2015  18:16 “Neftçi”də gələn gedənə rəhmət oxutdurdu!
04.03.2015  13:47 Türkiyəyə niyə getmisiniz?
26.02.2015  14:20 PFL-i ləğv edin!
17.02.2015  13:28 Nazim Süleymanova iş də verin!
05.02.2015  16:09 17 yaşlı oyunçu 3 minin davasın edəndə...
02.02.2015  14:11 Samir Ələkbərov hardadır?
23.12.2014  15:45 Sizin oyunu hansı kanal və niyə alsın?
22.12.2014  14:20 Qaranın halal haqqı
10.12.2014  15:24 Banişevski tüpürərdi belələrinin üzünə!
24.11.2014  15:55 Arazı Qurban xilas edəcək!
21.08.2014  11:07 Dərs – Rəşad Məcidin 50 illiyinə
31.07.2014  15:09 Qurban Qurbanovun iki qızıl qaydası
25.07.2014  15:14 “İnter”i hakim uduzdurmadı, rəhbərliyi uduzdurdu!
09.07.2014  12:43 Rədd olsun, Pelenin proqnozu!
08.07.2014  16:47 Hansı üzlə futboldan danışırsız?
07.07.2014  12:48 Kosta-Rika ilə Azərbaycan futbolçusunun fərqi, yaxud pul futbol oynamır
30.06.2014  16:07 Baş nazirə yazılan məktub
19.06.2014  13:39 Del Boske, Sampaoli və Foqts
17.06.2014  13:55 Gedin, Ronaldonun əlindən öpün...
13.06.2014  12:28 O hakimdən Azərbaycanda onlarladı
14.04.2014  16:43 “Qəbələ” özbaşınalıq etsəydi...
17.03.2014  13:54 Sadıqovun istefası, AZAL-ın absurd tələbi
14.03.2014  13:54 Xaqani Məmmədov, danışmaq olar?
12.03.2014  15:53 Sözün bitdiyi yer!
03.03.2014  13:35 “Neftçi” haqlıdırmı?
26.02.2014  15:09 Marata zaman verin!
24.02.2014  15:48 Pul və xal
21.02.2014  15:36 Lafet-lafet “idman jurnalisti”
19.02.2014  14:17 Xocalı kampaniyası, “Qalatasaray” və mümkün olmayan iş
18.02.2014  16:32 Emin Mahmudov millimizdən niyə üz döndərir?
10.02.2014  15:43 Azarkeşi söymək, yaxud Tahir Süleymanov təxribatçı axtarışında
06.02.2014  15:20 Bizim futbolda təlxəkləri kim yetişdirir?
 
 
 
  17.01.17
01:30
  Ozobiç "Qəbələ"yə qoşuldu
01:25
  "Qəbələ" Albaniya klubuna uduzdu
01:11
  "Sumqayıt"ın ikinci məğlubiyyəti - Video
00:41
  “Milan”ın hücumçusu “Spartak”da - rəsmi
00:25
  "İnter"in "Ordabaşı" ilə heç-heçəsi - Video
00:15
  Premyer Liqamızda qış transferləri - Yenilənir
00:01
  "Beşiktaş"dan vacib qələbə - Video
  16.01.17
22:51
  "Real" və "Barselona"nın təklifini rədd etdim" - Poqba
22:04
  "Beşiktaş"dan qələbə
21:43
  "Qarabağ"da istirahət
20:54
  "İrəliləyişi artıq hiss edirik" - Samir Abasov
20:08
  "Sumqayıt" - "Nasaf" - Şəkillər
19:10
  Millimiz Almaniya klubuna uduzdu
18:48
  Rəşaddan alqışlanacaq addım
18:30
  "Sumqayıt" Özbəkistan klubuna uduzdu
17:40
  “Şalke”nin futbolçusu İstanbul klubunda
17:10
  Robben daha bir il "Bavariya"da - rəsmi
16:43
  “Monako” Çinin 50 milyon avroluq təklifini rədd etdi
16:23
  Ermənistan mətbuatı Vaqif Cavadovdan yazdı
15:57
  “Beşiktaş” Quarejma ilə müqaviləni uzadır
15:47
  “KİA Motors”dan 10 min manatadək endirim!
15:43
  Futzal millimizin baş məşqçisi istefa verdi
15:30
  Hakimimiz AÇ-nin seçmə mərhələsində
15:12
  “Cavadovun oyununa baxmadan nəsə deyə bilmərik”
14:40
  Superliqada növbəti baş məşqçi istefası
14:31
  Məşhur rus qəzetinin manşetindəki azərbaycanlı - Tarixin şəkli
14:22
  Etopaz-da 9 canlı oyun
13:56
  Maradona “Napoli”yə qayıdır
13:41
  Aleksandr Səmədov rəsmən “Spartak”da
13:19
  Paraqvaylı futbolçu “Neftçi”də
12:52
  "Zirə" Türkiyəyə getdi
12:23
  Çin legioner limitini dəyişdi - rəsmi
12:04
  Togrul Bağırov: “London mənə əvvəlki Bakını xatırladır”
11:36
  “Qarabağ” o futbolçunu göndərdi
11:20
  Millimizin qələbəsi - Video
11:05
  Özil Almaniyanın ən yaxşı oyunçusu seçildi
10:49
  "Neftçi"nin sonuncu rəqibi müəyyənləşdi
10:12
  "Yuventus" hücumçusunu icarəyə verdi
09:55
  "Qəbələ" hazırlıqlarını davam etdirir
02:15
  "Sevilya" "Real"ı dayandırdı - Video
02:04
  "Yuventus" uduzdu - Video
01:53
  "Real”ın məğlubiyyətsizlik seriyası qırıldı
01:35
  "Fənərbaxça" autsayderlə bacarmadı
01:02
  "Neftçi" belə uduzdu - Video
00:53
  “Səhvə yol vermədik” – Svanadze
00:26
  "Qarabağ"ın qələbəsi - Video
00:15
  Arda Turan basketbol oynadı - Şəkillər
  15.01.17
23:00
  İran - Azərbaycan - Şəkillər
22:16
  "Mançester Yunayted" - "Liverpul" oyununda heç-heçə - Video
21:30
  "Çatışmayan cəhətlər var idi" - Qurban Qurbanov
21:19
  "Azərbaycan millisinə təşəkkür edirəm"
21:00
  "Baxımlı oynamadıq" - Təbriz Həsənov
20:33
  "İnter"dən heç-heçə
20:23
  "Qarabağ" qələbə ilə başladı
19:59
  "Neftçi" uduzdu
BÜTÜN XƏBƏRLƏR
© 2008 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore