Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
UEFA-nın yeni reytinqi - Azərbaycan gerilədi

Yazarlar
 Erməni diasporu öz klubundan bilet istəməz, bizimkilər isə…
Nurlan İBRAHİMOV
 Lobanovski və bizim Qurban
Aqil Abbas
 Əfran üçün…
Aydın BAĞIROV
 Əfranlara dəstək verək!
Anar Şabanoğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Qarabağ" - "Kopenhagen" - Şəkillər
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
Çempionlar Liqası: 5 komanda qrup mərhələsində
PSJ-dən futbol şousu - Video
"Kopenhagen" "Qarabağ" səddini keçə bilməsə..."
“Qarabağ” tarixi oyuna çıxır - Yenilənir
Linklər
525ci Qəzet

Gedin, Ronaldonun əlindən öpün...
A A A

[17.06.2014]
Gedin, Ronaldonun əlindən öpün...

Dünya çempionatı başlayandan bizdə yeni ağıl dəryaları ortaya çıxıb. Məsələn, birisi yatıb yuxuda nə görübsə, mundial başlayandan danışır ki, Azərbaycan futbolu dura-dura dünya çempionatı xəbərıni saytda baş yazı kimi vermək ayıbdır. Və bu başın da yiyəsi baş redaktordur...

İşin ən gülməli tərəfi odur ki, Azərbaycanın olmayan futbolunun aşiqləri təkcə belə kütbeyinlərlə bitmir. Futbolumuza manyakcasına bağlanan başqa bir qrup da var: ABŞ millisinə azarkeşlik edirlər ki... orada Azərbaycan millisinin baş məşqçisi Berti Foqts məsləhətçi kimi çalışır. Və ABŞ Qanaya 2:1 hesabı ilə qalib gəldiyi üçün Foqtsa görə bir-birini təbrik edənlərə də rast gəlinir.

Türkiyəli qardaşlarımız demiş, kolay gəlsin.

Foqts bir kənara, biz millimizin özünü də nə vaxtsa dünya çempionatının final mərhələsində görəcəyik: əsrdə bir dəfə, yuxuda da olsa görəcəyik.

İndi isə gələk əsl komandalara, əsl futbolçulara və əsl futbola. Demə, Almaniya ilə oyunda Portuqaliyanın mundial tarixlərində ən acınacaqlı hesabla (0:4) uduzmasının səbəbkarı Kriştiano Ronaldo imiş. Bəli, dünən Ronaldo özünə bənzəmirdi, az qala bütün matçlarda komandasını irəli aparan lider Ronaldo yox idi. Və ona görə də bu gün ciddi müzakirə olunur. Düzdür, Ronaldo mələk deyil, tənqid olunmalıdır.

Amma o, fitə basılacaq qədər alçaq və şərəfsiz bir iş görməyib. Əksinə Eysebio, Rui Koşta, Luiş Fiqu kimi əfsanələrdən sonra Portuqaliya futbolunun nüfuzunu təkbaşına qorumağı bacarıb, günü bu gün də Portuqaliyanı dünya futbolunda layiqincə təmsil edir. 

Və bu gün əgər Portuqaliya mundialda oynayırsa, yerli azarkeşlər Ronaldonu yeri gəlsə, lap çiyinlərinin üzərində gəzdirməlidir.

Çünki bu komanda DÇ-2014-ə Pepe kimi özündənrazı, dikbaş, komandasını ən mühim anda ağır vəziyyətdə qoyan oyunçuya görə getməyib.

Bu komandaya mundiala vəsiqəni Pepe kimilərinin qulağını burmaq yerinə ona təsəlli verən Paulu Bentu da qazandırmayıb.

Portuqaliyanı Braziliyaya Ronaldo gətirib! Cəmi yeddi ay əvvəl Portuqaliya həmin Ronaldonun liderliyi və başqasının yox, məhz onun vurduğu qollar sayəsində pley-off-da İsveçi mübarizədən kənarlaşdırıb mundialda oynamaq hüququ əldə edib.

Hərçənd, bir futbolçunun bu cür fədakarlığının üstündən bir göz qırpımında xətt çəkildiyi dövrdə yaşayırıq biz.

Bəli, Ronaldo almanlara qarşı istədiyi kimi oynaya bilmədi. Çünki onu oynamağa qoymadılar. Gəlin, Almaniyaya, baş məşqçi Yoahim Lövə haqsızlıq etməyək. Ronaldonu zərərsizləşdirməklə Portuqaliyanın bütün oyun sistemini pozdu, əl-qolunu açmağa imkan vermədi. Amma axı, Portuqaliyada Ronaldodan başqa meydanda Pepe qovulana qədər daha on futbolçu var idi. Onlar meydanda nə edirdilər?

Bentu oyunu xilas edə bilərdi, axı...

Əgər böyük məşqçi olsaydı. Əgər Pepe kimilərinin ipini vaxtında alsaydı. Əgər zamanında komandasında lazımi dəmir intizamı yarada bilsəydi. Və nəhayət, millidə işlədiyi bu neçə ildə əsl komanda yaratsaydı... O zaman əmin olun, hesab 0:4 olmayacaqdı, ən azı başqa bir oyunu görəcəkdik və bəlkə də indi Portuqaliyanın qələbəsindən danışacaqdıq.

O zaman Ronaldo fitə də basılmayacaqdı.

Amma Ronaldonu – Portuqaliyanın milli qəhrəmanı səviyyəsində olan Ronaldonu fitə basır portuqaliyalılar. Əllərindən öpməli olduqları futbolçuya qarşı belə həqarət edirlər.

Bentu isə “məğlubiyyətimizdə Ronaldodan daha çox hakim günahkardır” deməklə uğursuzluğa görə məsuliyyəti həm də kapitanlarının üzərinə atır. Bentu kobudluq edib haqlı olaraq qırmızı vərəqə alan Pepeni də müdafiə edir: “Meydandan qovulmamalıydı”. Az qala “məğlubiyyətdə mənim təqsirim yoxdur” - deyir.

Və bütün bunlardan sonra portuqaliyalılar yenə də Ronaldonu söyür.

Aydın BAĞIROV

7071 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
16.08.2017  16:22 Əfran üçün…
02.08.2017  14:13 Qurban Qurbanov 80 minlik oyunçunu “300 minə aldıq” demir..
17.06.2017  11:12 Getdi...
12.05.2017  14:12 “Səbail” yaşasın, “Turan” dağılsın?
21.04.2017  13:11 Allahverdi Bağırovun iradı...
19.04.2017  13:12 Kaşşai kirli vəzifəni necə lazımdısa, icra etdi
13.04.2017  14:51 Tanımadığımız Qurban
13.03.2017  14:24 O mükafatı niyə qəbul etdiniz, Şahin Diniyev?
03.03.2017  14:13 4 aydı oynamayan futbolçunun millimizdə nə işi var?
23.02.2017  16:10 AFFA öz stadionuna niyə Banişevskinin adını vermir?
07.02.2017  17:31 “Neftçi” 42 illik əfsanəvi həkimini necə qovdu?
06.02.2017  16:27 Rəşadları məhv edənlər...
23.01.2017  15:27 Kimə lazımdı “Birlik kuboku”?
14.01.2017  15:46 Belə də yox...
10.01.2017  15:36 Futbol mafiyası uddu, futbol uduzdu
26.10.2016  17:19 Hanı Bəhram?
12.10.2016  14:24 Bu nə qərar, arkadaş?
03.10.2016  11:54 Kamran Ağayevə...
30.09.2016  15:05 “CBC Sport”un 1 yaşına
10.09.2016  22:24 Ayıb olsun
08.09.2016  13:44 “Futbol şikəstləri”nə 100 milyonlar olar, Ramilə 1 milyon olmaz?
31.08.2016  13:10 35 yaşlı Aslan
26.08.2016  12:46 “Qarabağ” Respublika stadionundan getsin!
28.06.2016  12:34 İslandiya möcüzəsi: narkomaniyadan futbola gedən yol…
03.06.2016  12:45 Bu villanın hasarı hanı?
01.06.2016  13:35 Avstriya gündəliyi....
03.05.2016  14:03 Gözünə su ver, ərəb şeyxi!..
20.04.2016  12:21 “Atletiko”nu niyə sevməli?
18.04.2016  13:06 “Neftçi”ni utandıracaq şəkil
13.11.2015  13:40 Bizi rəzil edən kimdi: Şeydayev, yoxsa?..
10.11.2015  17:35 Dünya çempionu adı niyə bu qədər ucuzlaşıb?
09.11.2015  18:16 “Neftçi”də gələn gedənə rəhmət oxutdurdu!
04.03.2015  13:47 Türkiyəyə niyə getmisiniz?
26.02.2015  14:20 PFL-i ləğv edin!
17.02.2015  13:28 Nazim Süleymanova iş də verin!
05.02.2015  16:09 17 yaşlı oyunçu 3 minin davasın edəndə...
02.02.2015  14:11 Samir Ələkbərov hardadır?
23.12.2014  15:45 Sizin oyunu hansı kanal və niyə alsın?
22.12.2014  14:20 Qaranın halal haqqı
10.12.2014  15:24 Banişevski tüpürərdi belələrinin üzünə!
24.11.2014  15:55 Arazı Qurban xilas edəcək!
21.08.2014  11:07 Dərs – Rəşad Məcidin 50 illiyinə
31.07.2014  15:09 Qurban Qurbanovun iki qızıl qaydası
25.07.2014  15:14 “İnter”i hakim uduzdurmadı, rəhbərliyi uduzdurdu!
09.07.2014  12:43 Rədd olsun, Pelenin proqnozu!
08.07.2014  16:47 Hansı üzlə futboldan danışırsız?
07.07.2014  12:48 Kosta-Rika ilə Azərbaycan futbolçusunun fərqi, yaxud pul futbol oynamır
30.06.2014  16:07 Baş nazirə yazılan məktub
19.06.2014  13:39 Del Boske, Sampaoli və Foqts
13.06.2014  12:28 O hakimdən Azərbaycanda onlarladı
 
 
  23.08.17
20:44
  “İnşallah, “Qarabağ” qalib gəlib qrupa düşəcək” – Əmrah Çəlikəl
20:30
  "Qarabağ"ın oyununu bu kanallar göstərəcək
20:15
  PSJ "Barsa"nın təklifini rədd etdi
19:40
  "Kəpəz"də zədəli futbolçuların son durumu
18:50
  Qrup mərhələsinin son iştirakçıları müəyyənləşir - Yenilənir
18:28
  Qrizmann cəzalandı - hakimi söydüyünə görə
17:50
  Berbatov Hindistan klubunda
17:22
  “Qarabağ” tarixi oyuna çıxır - Yenilənir
16:45
  A 11-ə uçan ürəklər
16:25
  Runi millidən getdi
15:40
  Portuqaliya millisinin üzvü "Lokomotiv"də
15:10
  Prosineçki millimizin heyətini açıqladı
14:40
  "Tottenhem"də yeni müqavilə
14:07
  “Qarabağ” – “Qəbələ” oyununun vaxtı müəyyənləşdi
13:55
  “Qarabağ”a və Qurban Qurbanova inam böyükdür” - İsgəndər Cavadov
13:33
  "Qəbələ"də ciddi itkilər
12:45
  Çempionlar Liqasının oyunları - Etopaz-da
12:18
  “Kopenhagen” “Qarabağ” üçün heyəti açıqladı - rəsmi
11:40
  Çempionlar Liqasında səbətlər müəyyənləşdi
11:00
  Çempionlar Liqasında rekord
10:40
  Yığmamız Belarusa uduzdu
09:50
  UEFA-nın yeni reytinqi - Azərbaycan gerilədi
01:46
  “Traktorsazi”dən ardıcıl ikinci qələbə
01:29
  Güləşçimiz bürünc medala sahib çıxdı
01:11
  “Napoli” səfərdə də qalib gəldi - Video
00:54
  “Başakşehir” ÇL-lə vidalaşdı - Video
00:37
  Çempionlar Liqası: 5 komanda qrup mərhələsində
00:18
  Tahir Gözəl Ağdamın batalyon komandiri ilə görüşdü
00:00
  “Astana” - “Seltik” matçında 7 qol - Video
  22.08.17
22:32
  "İlklərə daha birini əlavə etmək istəyirik" - Tahir Gözəl
21:46
  "Mərhələni keçəcəyimizə inanırıq" - Miçel
21:24
  "Bu oyunda daha çox güc sərf etməliyik" - Qurban Qurbanov
20:44
  "Jilina" Ramillə yolları ayırır
20:15
  "Yalnız Çempionlar Liqasının qrupunu düşünürük" - Solbakken
19:38
  Portuqaliya millisinin üzvü "İnter"də
18:45
  "İnter" - "Səbail" oyununun saatı açıqlandı
17:33
  “Komandamız yaxşı formadadır” - millimizin baş məşqçisi
17:08
  "Qarabağ"ın rəqibinə ağır cəza
16:47
  "Zirə" - "Sumqayıt": başlama saatı açıqlandı
16:01
  "Kəpəz" "Neftçi" ilə oyunun hazırlıqlarına başladı
15:35
  Qvardioladan Messi açıqlaması
15:26
  Çempionlar Liqasının oyunları - Etopaz-da
15:18
  Kaliniç rəsmən "Milan"da
14:55
  "Azərbaycanın yaxşı heyəti var" -Norveç millisinin baş məşqçisi
14:36
  Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi - ikinci yazı
14:22
  Azərbaycanla oyun üçün 24 futbolçu - siyahı
14:01
  Ayxan erməniyə qalib gəlib finala çıxdı
13:52
  "Qarabağ" əks-hücumlara üstünlük verəcək" - Nikolay Boylesen
13:27
  "Qarabağ" "Kopenhagen" hazırlığını bu gün tamamlayır
12:58
  "Kopenhagen” – “Qarabağ” - əmsallar açıqlandı
12:30
  Kollina Ukraynadan getdi
12:10
  “Əsas odur, “Qarabağ” qələbə eyforiyasına qapılmayıb” – Vaqif Sadıqov
11:49
  "Kopenhagen" "Qarabağ" səddini keçə bilməsə..."
11:13
  Oyunlara harda baxaq? – TV-lərin siyahısı
10:52
  “Marca” “Qarabağ”dan üzr istədi - mətn dəyişdirildi
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore