Bakıda Azadlıq prospektinə bitişik, indi çox adamın unutduğu, yaxud heç tanımadığı “Neftçi”nin köhnə bazası adlandırılan bir idman mərkəzi var.
Futbolumuza “Tofiq Bəhramov” adına stadion qədər doğmadı. İsgəndər Cavadov, İqor Ponomaryov, Maşallah Əhmədov, Nazim Süleymanov, Samir Ələkbərov və daha kimlər bu meydançada məşq edə-edə futbolçu kimi üst səviyyəyə yüksəliblər. İndi elə həmin bazada bizim 10-13 yaşlı uşaqlar həvəslə, yanğıyla futbol oynayıb elə zənn edirlər ki, böyüyüb ən azı, elə İsgəndər Cavadov kimi futbolçu olacaqlar. Amma... İqor Ponomaryov, Maşallah Əhmədov, Nazim Süleymanov, Samir Ələkbərov və İsgəndər Cavadovun bir vaxtlar məşq etdiyi o keyfiyyətli yaşıl meydançanı günlərin bir günü hansısa “futbol bilicisi” keyfiyyətsiz süni meydança ilə əvəzləmək qərarı verib və uşaqlar arasında futbol yarışının müəyyən hissəsini də orda təşkil etməyə başlayıblar. Halbuki bir neçə ildi bütün Avropada uşaqlar üçün ziyanını nəzərə alaraq süni meydançalardan imtina prosesi gedir. Bizdə isə süni meydançalarda oynamaq bir yana, dərd orasıdı ki, hətta bu keyfiyyətsiz meydançalar artıq 7-8 ildi “ömrünü” başa vurduğu halda belə, orada yarışlar davam etdirilir. Süni ot dönüb olub daş-qalaq, asfalt. Və bütün bu ağrıdıcı mənzərə belə çempionatı keçirən cənabların qəlbini bir balaca da olsa yumşatlmayıb. Əksinə hər həftə 10-13 yaş arası uşaqları o meydançaya buraxıb futbol oynadırlar, uşaqların sağlamlığına və normal futbolçu kimi yetişməsinə ziyan vururlar.
Çempionatın elə bu meydançada keçirilməsinə imza atmaqla icazə verən və birbaşa məsuliyyət daşıyan Elxan Məmmədov isə AFFA-nın Konfransında bildirdi ki, “bizdə uşaq futbolunun olmadığını deyənlər bu sahədən uzaq adamlardır”. Düzü, “bizdə uşaq futbolu yoxdu” kimi naşı bir iddianı futboldan bixəbər hansı şəxsin irəli sürdüyünü və Elxan Məmmədovun kimə istinadən belə qeyri-korrekt fikir irəli sürdüyünü mən özüm də bilmirəm. Uşaq futbolu çətinliklə də olsa ayaq üstə dura bilir. Çünki kiminsə haqqına girmədən qeyd etməliyəm ki, bu işi ürəkdən irəli aparmaq istəyən insanlar var. Türk dünyasına Arda Turan kimi istedad bəxş etmiş, hazırda, daha doğrusu 11 ildi “Qəbələ” Futbol Akademiyasında müəllim işləməklə bizim futbolumuza ləyaqətlə xidmət edən Halim Fıçıcı da bildirir ki, bəli, Azərbaycanda uşaq futbolu var, amma sürünür... Və sürünməsinin səbəblərindən biri də odur ki, məsələn, həmin “Qəbələ”nin 13 yaşlılardan ibarət komandası sırf öz zonalarında uşaq futbolunun səviyyəsi aşağı da yox, sıfırın altındadı deyə, məcbur qalıb, uzun yol da qət edərək gəlib Bakı zonasındakı yarışda iştirak edir. Və təsəvvür edin, o boyda infrastrukturu, örnək meydançaları olan “Qəbələ” uşaq komandasını Bakıda, “Neftçi”nin köhnə bazasındakı o dözülməz meydançada oynatmaq məcburiyyətində qalıb. Yeganə səbəbsə odur ki, Bakıdakı yarışda az-çox rəqabət var. Bölgə komandalarının yarışında isə (10-14 yaşlılara qədər) rəqabət ona görə yoxdu ki, uşaq komandalarının əksəriyyəti həftədə cəmi bircə dəfə məşq edir və oyuna çıxır. O uşaqlara məşqçilik lisenziyası olmadığı halda dırnaqarası dərs keçən, hətta AFFA-nın ayırdığı pulun çoxunu mənimsəməklə dələduzluq edən nə qədər müəllim var. Bununla bağlı federasiyanın nəhayət, bir ölçü götürəcəyinə ümid edərək gələk o sualın üzərinə ki, həftədə bir dəfə məşq edən uşaq gələcəkdə hansı səviyyədə futbolçu ola bilər? Sualın cavabını buraxaq elə Elxan Məmmədovun özünün vicdanına. Çünki o, AFFA-nın son Konfransında uşaq futbolundakı problemlərdən danışanlara (danışan da cəmi 2-3 nəfərdi) cavab olaraq dedi ki, bizdə uşaqlar arasında futbola kütləvi maraq var, inkişaf dayanmadan gedir. Futbolda inkişafı, yaxud tənəzzülü göstərən isə qətiyyən rəqəmlər deyil, yalnız gördüyümüz mənzərə ola bilər.
Bəs, real mənzərə nədi?
Real mənzərə, daha doğrusu, acınacaqlı onlarla faktdan biri odur ki, məhz elə həmin “Neftçi”nin köhnə bazasının bərbad meydançasındamı deyək, yaxud asfaltındamı 10-13 yaş arası uşaqları futbol oynamağa məcbur edirlər. İsgəndər Cavadov isə elə bu meydançanın kənarında durub TV-yə müsahibə verərək uşaqların valideynlərinə irad tutur ki, onların üstünə qışqırmaqla uşağa psixoloji zərbə vururlar. Bununla da fikir əsas problemdən yayındırılır, diqqət çəkilir xırda qüsurun üzərinə. Öz uşağına görə haqlı, yaxud yersiz narahatlıq keçirən valideynlər hədəf seçilir. Əlbəttə, İsgəndər Cavadov demir və deməyəcək ki, o uşaqlara birinci, özü də fiziki zərbəni kənardan qışqıran valideynlər yox, istismar müddəti 7-8 il əvvəl başa çatan həmin meydançalar vurur və orada futbol yarışı meydança dəyişdirilənə qədər dərhal dayandırılmalıdı. Ona görə demir və deməyəcək ki, o, AFFA İcraiyyə Komitəsinin üzvüdü, oradan maaş alır. Və Elxan Məmmədov da yəqin sadəlövhcəsinə inanır və ya həqiqətən elə hesab ki, uşaq futbolundakı problem elə İsgəndər Cavadovun göstərdiyi ünvandı – valideynlərin qışqırığı...
Problemin, onlarla ciddi problemin gerçək ünvanı isə həm də “Neftçi”nin köhnə bazasındakı və onun kimi Azərbaycanda epidemiya kimi yayılmış keyfiyyətsiz süni meydançalardı. Uşaqların futbolçu kimi gələcəyini indidən məhv edən meydançalar...
Aydın BAĞIROV
[email protected]
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi
Ançelottidən Ardaya şad xəbər
Tuhel bu klubla danışıq aparır
"Mançester Siti"nin Qriliş qərarı
"Bu, futbol dünyası üçün ayıbdır” - Ter Ştegen
"Bavariya" Kloppu gözləyəcək
"Real" azarkeşləri Xavini "Barselona"da qalmağa səslədilər
Azərbaycan millisinin üzvü "Dinamo"ya qarşı oynadı
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
"Zirə"dən 100-cü qələbə
Musa Qurbanlı "Yurqorden"dən ayrılır? - Klubdan açıqlama
Dramatik "El-Klassiko"dan - Video
Xavi "Real"a məğlubiyyətə görə hakimi günahlandırdı
"Qalatasaray"dan ardıcıl 14-cü qələbə
"Real" "Barselona"nı məğlub etdi
İngiltərə kubokunda 2-ci finalçı da bilindi
Azərbaycanın üç boksçusu 1/4 finalda - Avropa çempionatı
"Sabail" "Araz-Naxçıvan"a belə qalib gəldi - Video
Ağabala Ramazanov 5 aydan sonra meydana qayıtdı
"Sabah" "Kəpəz"ə, "Səbail" "Araz-Naxçıvan"a qalib gəldi
"Sabah"ın səfər qələbəsi - Video