Türkiyəyə niyə getmisiniz?

Türkiyəyə niyə getmisiniz?
YAZARLAR 4 Mart 2015 / 13:47 10136
-  A +

Əlbəttə, bu sual birbaşa bizim PTT birinci liqada oynayan, pardon, oynamayan futbolçularımıza aiddir.

Onların dəqiq sayını bilən varmı: üç, beş, on, on beş? Sayı itirmişəm, amma bir şey dəqiqdir: ikisi, üçü də deyil, topası (istisna hallar xaric) bir turda heç doxsan dəqiqə meydanda olmur.

Gəlin, hamımız buradan Türkiyədə komandasının oyunçusundan azarkeşinə çevrilmək kimi nadir uğura imza atan futbolçularımızı ürəkdən alqışlayaq! Olmayan futbolumuzun başını yerin dibinə soxduqlarına görə onlarla qürur duyduğumuzu elan edək!

Yeri gəlmişkən, artıq PTT birinci liqasında əsl Azərbaycan milli komandası yaratmağın vaxtı çatıb. Baxın, hər mövqedə futbolçumuz var. Bir qapıçımız çatmırdı, o da buranı yarıdıb, getdi Türkiyəni düzəltməyə.

Mediamız tərəfdən də o komandaya nə dəstək lazımdısa, veriləcək.

Bizim idman mediası futbolçularımıza qarşı humanistdir. Həqiqətən. Nə olsun ki, futbolçu onu söyür. Söyülsə də, küsmür, incimir. Məgər küsən, inciyən adam onu söyən futbolçunun üzrxahlığı əvəzinə, saytında, qəzetində palaz boyda müsahibəsini dərc edər, bununla da üstəlik rəğbətini nümayiş etdirər?

Əziz həmkarlar, bu adamlardan niyə qəhrəman düzəldirsiniz? Futbol adına, ölkə adına nə ediblər axı?

Millini salıblar quyunun dibinə.

İndi də Türkiyə birinci liqasında ehtiyatda qalıb pas atırlar.

Bilirsiniz niyə?

Çünki indiyə qədər onların yeri səhv düşmüşdü. Elə sanırdılar, Türkiyənin futbol idarəçiləri də bizdəkilərin çoxu kimi kütbeyindi.

İndi isə hamısı öz yerindədir.

Layiq olduqları yerdə!


Aydın BAĞIROV
[email protected]

MÜƏLLİFİN DİGƏR YAZILARI

28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19
14.02.18

Son xəbərlər