Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"Azərbaycan millisi dünya çempionatına çıxmaq gücündədir" - Aleksandr Səmədov

Yazarlar
 “Kolxozçu”yla oynamırdıq ey, almanlarla oynayırdıq!
Aqil Abbas
 80 ilin matçı - "Neftçi" erməniləri necə döydü?
Anar Şabanoğlu
 O mükafatı niyə qəbul etdiniz, Şahin Diniyev?
Aydın BAĞIROV
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
 “Neftçi” rəhbərliyinin büdcə yalanı
Tahir SÜLEYMANOV
 Futbolumuz 2016-da: qara və ağ siyahı
Anar BAYRAMOV
 Rəşad, səndən soruşacaqlar ki...
Asəf QULİYEV
 Bağırov stadiona necə ot əkdirdi...
Müsəllim HƏSƏNOV
 "Neftçi"nin "Xəzər Lənkəran"a çatmasına az qalıb...
Etibar Cəbrayıloğlu
 Türklər idarə edir, bizimkilər müşahidə - Dənizli səfərində
gördüklərim
Erkin İBRAHİMOV
Fotoreportaj
Bütün 
Azərbaycan - Almaniya - Şəkillər
Top 5
"Tam fərqli Azərbaycan millisi gördüm" - Yoahim Löv
Azərbaycan – Almaniya: hansı ölkə, hansı kanal?
Almaniya millisinə bizimkilər də dəstək verəcək – AFFA etiraz edir
Almaniya millisi Bakıda azarkeş sevgisi ilə qarşılaşdı– Video
Millimiz uduzub 4-cü pilləyə düşdü
Linklər
525ci Qəzet

“Neftçi” 42 illik əfsanəvi həkimini necə qovdu?
[07.02.2017]

Aydın BAĞIROV

Boris Xetaqurov 76 illik ömrünün düz 50 ilini Azərbaycan futboluna sərf edib. Yaşayan əfsanədi. Üst-üstə düz 42 il isə “Neftçi”də çalışıb. 42 il! Amma günün birində dünən futbola gələn Elnur Məmmədov adında bir cavan oğlan (heç 40 yaşı olmaz) Boris Xetaqurova deyir: “Yerinə başqa adam gətirmişik”.

***

Bu gün mənim dəvətimlə Qol.az saytının qonağıydı. Müsahibə verməyə gəlmişdi. Yaxın günlərdə saytda onunla geniş müsahibəni də oxuya bilərsiniz. Uzun söhbətimiz hərlənib-firlanıb indiki “Neftçi”yə gələndə bayaqdan üzünə hopmuş o nurlu sima qəzəbə döndü, hirsindən əlləri əsməyə, üzü qızarmağa başladı. “Bağışla, hirslənəndə belə oluram...”

...Və Boris Xetaqurovun gözündən yaş gəlməyə başladı.

Elnur Məmmədov, Çingiz Abdullayev!

Xetaqurovun gözündən tökülən o yaş həm də bütövlükdə Azərbaycan futbolunun göz yaşı, faciəsidi, bunu qulağınızda sırğa edin!

***
Bu kiçik istefa müraciətini diqqətlə oxuyun. Mətbuatda ilk dəfə dərc olunur.

“Neftçi” PFK-nin icraçı direktoru E.Məmmədova

Sürəti: “Neftçi” PFK-nin Müşahidə Şurasının sədri Ç.Abdullayevə

Hörmətli Elnur müəllim!

“Neftçi” futbol klubunun baş həkimi kimi mənə qarşı qəsdən və qərəzli mövqe nümayiş etdirməklə, məni alçaldan bir şərait yaratmısınız və bu da mənə futbol komandasında işimi davam etdirməyə mənəvi və peşə hüququ vermir.

Yuxarıda qeyd olunanlardan irəli gələrək, məni tutduğum vəzifədən azad etməyinizi xahiş edirəm.

B.Xetaqurov,
Azərbaycanın Əməkdar həkimi
İdman tibbi üzrə ali dərəcəli həkim”


***

İndi gələk bu müraciətin yazılma səbəbinə. Başqa sözlə, Boris Xetaqurovun - bir canlı əfsanənin timsalında Azərbaycan futboluna, onun önəmli simalarından birinə qarşı törədilmiş mənəvi cinayətə.

Təbiətcə sakit adamdı Xetaqurov. Və görünür bu səbəbdəndi ki, ta uzaq 1965-ci ildən başlayaraq, düz 2003-cü ilə qədər (38 il) “Neftçi”də işləyib. 2004-2010-cu illərdə Mübariz Mənsimovun şəxsi dəvəti ilə “Xəzər Lənkəran”da fəaliyyət göstərib. 2011-ci ildə bu dəfə Sadıq Sadıqovun dəvəti ilə “Neftçi”yə qayıdıb və 2015-ci ilə qədər (4 il) orda çalışıb. Sadıq Sadıqov gedəndən sonra isə...

Necə ki, “Neftçi” klubuna fədakarlıqla xidmət etmiş neçə-neçə insan Elnur Məmmədovun gəlişindən sonra klubu tərk etməli oldu, Boris Xetaqurov da axırda bezib eyni addımı atır. Daha doğrusu...

Bunu isə Xetaqurov özü danışır:

“Elnur Məmmədov mənim rəhbərlik etdiyim bütün həkim heyətini otağına çağırdı. Yanındakı cavan oğlanı göstərib dedi ki, bundan sonra “Neftçi”də dərman ləvazimatlarının alınması, siyahısının tərtib olunmasına o baxacaq. Adı yadımda qalmayıb onun. Bilmirəm, indi “Neftçi”də işləyir, ya yox... Bir neçə gün keçəndən sonra isə növbəti dəfə bizi otağına çağırdı. Və bildirdi ki, bu adam (həminki oğlan) “Neftçi”nin baş həkimi təyin olunur! Yəni mənim yerimə. Əvvəldən məni çağırıb, çox yox, beşçə dəqiqə danışıb, hörmət əlaməti olaraq, fikrimi öyrənsəydilər, bu qədər yer eləməzdi mənə. Məni - Azərbaycan futboluna, tibb idmanına 50 il xidmət etmiş bir adamı bax bu şəkildə uzaqlaşdırlar “Neftçi”dən. Yəni ərizə yazıb çıxmağım üçün bütün bütün şəraiti yaratdılar. Elnur Məmmədovla Çingiz Abdullayevin adına yazdım müraciəti. Amma onların heç biri müraciətə şəxsən özləri cavab vermədilər...”

***




Amma “Neftçi” tarixi adına ləkə bununla da bitmir. Demə, Xetaqurovun istefasından 10-15 gün sonra onun 75 illik yubileyi imiş. Amma klub rəsmi, qeyri-rəsmi, heç olmasa saytı vasitəsilə olsa belə, onu bir cümlə ilə təbrik etməyi, özünə rəva bilmir...

Elə bil heç bu adda adam “Neftçi”nin tarixində heç olmayıb.

***

42 il “Neftçi”yə xidmət edən və uzun müddətdə heç kimlə problemi olmayan bir insanı Sadıq Sadıqovun klub prezidenti vəzifəsindən gedişindən bir neçə ay sonra bax belə hörmətsiz şəkildə çıxarıblar “Nefçi”dən...

Amma bu gün bu adam diktofonu qoşub ilk sualı verməmiş özü söhbətə “Neftçi”, onu tarixi, dəyərini yada salmaqla başladı: “Mən “Neftçi” klubundan xahiş edirəm ki, Banişevskinin geyindiyi 9 nömrə klubda əbədiləşdirilsin və heç kim bu forma altında oynamasın. Bu təcrübə Avropada çox klubda var. Elə “Neftçi”də də olmalıdı. Çünki Banişevski bizim tariximizdi”.

Elə siz də tarixsiz, hörmətli Boris Xetaqurov, canlı tarix... Elə bu böyüklüyünüz də Banişevskinin timsalında futbol tariximizə verdiyiniz qiymətdən irəli gəlir.

...Sizi “Neftçi”dən uzaqlaşdıranlara gəlincə, qoy, onların haqda nə deyəcəklərsə, bu yazını oxuyanlar desin.

Aydın BAĞIROV
[email protected]

4168 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
13.03.2017  14:24 O mükafatı niyə qəbul etdiniz, Şahin Diniyev?
03.03.2017  14:13 4 aydı oynamayan futbolçunun millimizdə nə işi var?
23.02.2017  16:10 AFFA öz stadionuna niyə Banişevskinin adını vermir?
06.02.2017  16:27 Rəşadları məhv edənlər...
23.01.2017  15:27 Kimə lazımdı “Birlik kuboku”?
14.01.2017  15:46 Belə də yox...
10.01.2017  15:36 Futbol mafiyası uddu, futbol uduzdu
26.10.2016  17:19 Hanı Bəhram?
12.10.2016  14:24 Bu nə qərar, arkadaş?
03.10.2016  11:54 Kamran Ağayevə...
30.09.2016  15:05 “CBC Sport”un 1 yaşına
10.09.2016  22:24 Ayıb olsun
08.09.2016  13:44 “Futbol şikəstləri”nə 100 milyonlar olar, Ramilə 1 milyon olmaz?
31.08.2016  13:10 35 yaşlı Aslan
26.08.2016  12:46 “Qarabağ” Respublika stadionundan getsin!
28.06.2016  12:34 İslandiya möcüzəsi: narkomaniyadan futbola gedən yol…
03.06.2016  12:45 Bu villanın hasarı hanı?
01.06.2016  13:35 Avstriya gündəliyi....
03.05.2016  14:03 Gözünə su ver, ərəb şeyxi!..
20.04.2016  12:21 “Atletiko”nu niyə sevməli?
18.04.2016  13:06 “Neftçi”ni utandıracaq şəkil
13.11.2015  13:40 Bizi rəzil edən kimdi: Şeydayev, yoxsa?..
10.11.2015  17:35 Dünya çempionu adı niyə bu qədər ucuzlaşıb?
09.11.2015  18:16 “Neftçi”də gələn gedənə rəhmət oxutdurdu!
04.03.2015  13:47 Türkiyəyə niyə getmisiniz?
26.02.2015  14:20 PFL-i ləğv edin!
17.02.2015  13:28 Nazim Süleymanova iş də verin!
05.02.2015  16:09 17 yaşlı oyunçu 3 minin davasın edəndə...
02.02.2015  14:11 Samir Ələkbərov hardadır?
23.12.2014  15:45 Sizin oyunu hansı kanal və niyə alsın?
22.12.2014  14:20 Qaranın halal haqqı
10.12.2014  15:24 Banişevski tüpürərdi belələrinin üzünə!
24.11.2014  15:55 Arazı Qurban xilas edəcək!
21.08.2014  11:07 Dərs – Rəşad Məcidin 50 illiyinə
31.07.2014  15:09 Qurban Qurbanovun iki qızıl qaydası
25.07.2014  15:14 “İnter”i hakim uduzdurmadı, rəhbərliyi uduzdurdu!
09.07.2014  12:43 Rədd olsun, Pelenin proqnozu!
08.07.2014  16:47 Hansı üzlə futboldan danışırsız?
07.07.2014  12:48 Kosta-Rika ilə Azərbaycan futbolçusunun fərqi, yaxud pul futbol oynamır
30.06.2014  16:07 Baş nazirə yazılan məktub
19.06.2014  13:39 Del Boske, Sampaoli və Foqts
17.06.2014  13:55 Gedin, Ronaldonun əlindən öpün...
13.06.2014  12:28 O hakimdən Azərbaycanda onlarladı
14.04.2014  16:43 “Qəbələ” özbaşınalıq etsəydi...
17.03.2014  13:54 Sadıqovun istefası, AZAL-ın absurd tələbi
14.03.2014  13:54 Xaqani Məmmədov, danışmaq olar?
12.03.2014  15:53 Sözün bitdiyi yer!
03.03.2014  13:35 “Neftçi” haqlıdırmı?
26.02.2014  15:09 Marata zaman verin!
24.02.2014  15:48 Pul və xal
21.02.2014  15:36 Lafet-lafet “idman jurnalisti”
19.02.2014  14:17 Xocalı kampaniyası, “Qalatasaray” və mümkün olmayan iş
18.02.2014  16:32 Emin Mahmudov millimizdən niyə üz döndərir?
12.02.2014  15:03 15 dəqiqənin ayıbı
10.02.2014  15:43 Azarkeşi söymək, yaxud Tahir Süleymanov təxribatçı axtarışında
06.02.2014  15:20 Bizim futbolda təlxəkləri kim yetişdirir?
29.01.2014  17:30 “Neftçi”yə çempionluq olar, “Qarabağ”a yox?
17.01.2014  13:02 Bu təkəbbürlə hara gedirsiniz?
15.01.2014  15:39 Adil Qaçayoğlunun arzusu
13.01.2014  15:53 “Atletiko”nun formasında Ermənistan yazılsaydı...
10.01.2014  16:23 Bizim futbolçuların zehniyyəti
08.01.2014  16:51 Çat verən futbolumuz və ya Nazim Süleymanov niyə getdi?
22.10.2013  11:13 Bizim “Lans” və bizim silahımız
05.09.2012  13:18 Azərbaycanın "yeni media"sı Ronaldinyonu niyə öldürdü?
20.08.2012  16:56 Ağdamdan uzaqlaşan "Qarabağ"
20.06.2012  15:55 Ümidlər qırılanda və ya dahi Lobanovskinin xatirəsinə
15.06.2012  16:16 «Avro-2012» və Azərbaycan jurnalistləri
08.02.2012  16:33 Ciminin həmyerliləri, Kipr və Dağlıq Qarabağ
06.10.2011  16:58 Allah şəfa versin!
29.09.2011  16:32 Butulka sayan komitə
27.09.2011  16:27 Aleksandr Səmədov güllələnməlidi?
20.09.2011  16:22 Qurban Qurbanov və artıq «avtoritetlər»
07.06.2011  13:19 Korifeylər və intelligentlər
09.12.2009  20:47 Azərbaycan futbolunda gizli savaş
 
 
 
  28.03.17
01:06
  Türklərin qələbəsi - Video
00:50
  Hollandiya millisinin baş məşqçisi qovuldu
00:20
  Türkiyə millisi 3 qolla qalib gəldi
00:01
  "Turan Tovuz"dan xal itkisi - Video
  27.03.17
22:40
  "Real" iki futbolçusu ilə yeni müqavilə imzalayır
22:03
  Məsut Özil Azərbaycana təşəkkür etdi – Şəkil
21:19
  "Mançester Siti" cərimələndi
20:26
  İtaliyanın ən yaxşı baş məşqçisi seçildi
19:37
  "Yeni yemək növləri icad etmək istəyirəm” - Maksim Medvedev
19:24
  Premyer Liqamızda 2 oyun canlı yayımda
18:30
  "Azərbaycan millisi dünya çempionatına çıxmaq gücündədir" - Aleksandr Səmədov
18:00
  "Zaqatala" və "Səbail"dən darmadağın
17:42
  AFFA "Birlik kuboku" ilə bağlı təkliflərini açıqladı
17:30
  FİDE prezidenti istefası ilə bağlı xəbəri təkzib etdi - Yenilənib
16:37
  Yığmamızın heyəti açıqlandı
16:00
  Türkiyə Ardasız oynayacaq
15:20
  (R) KİA heyrətləndirməyə davam edir
14:45
  "Bir xala çox ümid edirdik" - Cavid Hüseynov
14:37
  Etopaz-da 4 canlı oyun
14:06
  Reynaldo yenə zədələnib
13:56
  “Avropadan təklif var, getmək istəyirəm” – Qara Qarayev
13:14
  "Azərbaycana daha yaxşı oynamaq imkanı yaratdıq” – Hummels
12:50
  “Kolxozçu”yla oynamırdıq ey, almanlarla oynayırdıq!
12:47
  "Yalnız Almaniya bizə qol vura bilib" - rəqibimizin baş məşqçisi
12:37
  Çimərlik millimizdə yeni baş məşqçi
12:13
  "Asan qələbə qazanmadıq" - Andre Şürrle
11:47
  "Mən Feysbukda yoxam" - Elxan Məmmədov
11:24
  Premyer Liqamızda 24-cü turun oyunları bir gündə
10:58
  "Oyunumuzdan razı qaldım" - Tomas Müller
10:30
  "Qəbələ"nin futbolçuları üçün DÇ-2018-də 358 dəqiqə
10:11
  "Almaniyaya qol vurmaq inanılmaz hisdir" - Nazarov
09:45
  Estoniyaya qalib gəldik
02:15
  “Prosineçki uşaq səhvləri etdiyimizi dedi” - Rəşad Sadıqov
02:04
  Şotlandiya sonda sevindi - Video
01:52
  “İnanırıq ki, qrupdan çıxa biləcəyik” - Dəniz Yılmaz
01:37
  Azərbaycan - Almaniya - Şəkillər
01:23
  “İkinci qolu heç nədən buraxdıq” - Qara Qarayev
01:13
  Polşa səfərdən 3 xalla qayıtdı - Video
00:51
  Şimali İrlandiyanın qələbəsi - Video
00:42
  Rəqiblərimizdən Çexiya və Şimali İrlandiya qələbə qazandı
00:38
  İngiltərə Litvanı məğlub etdi - Video
00:22
  Löv “Maşallah” dedi
00:01
  Rəqiblərimizin oyununda 6 qol - Video
  26.03.17
23:50
  Kamran “Boavişta”dan ayrıldı
23:11
  “Futbolçularımla fəxr edirəm” – Prosineçki
22:35
  "Tam fərqli Azərbaycan millisi gördüm" - Yoahim Löv
22:02
  Belə uduzduq - Video
21:50
  Millimiz uduzub 4-cü pilləyə düşdü
20:35
  Almaniyaya DÇ-2018-də ilk qolu Azərbaycan vurdu - Video
20:18
  Xedira Bakıda cəzalı duruma düşdü
19:07
  Renat Dadaşov heyətdə yoxdur
18:55
  Azərbaycan – Almaniya: heyətlər açıqlandı
18:39
  “Tofiq Bəhramov” stadionu indi – Şəkillər
17:22
  “Mən belə azarkeşləri başa düşmürəm” – Ramil Şeydayev
17:00
  1000 oyun keçirən Buffon 2000-ci matç arzusunda
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore