Belə də yox... [14.01.2017] Aydın Bağırov U-19-un Sankt-Peterburqdakı çıxışına həsr olunur Elə bil hamımıza mesaj verirlər ki, gedin, olmayan futbolunuzu düzəldin. Bizsə ellikcə “Niyə də yox?” deyib mundiallar barədə nağıl yaradırıq. Mllinin o epizodik uğuru, “Qarabağ”la “Qəbələ”nin Avroliqanın qrupuna düşməsi aldadıcıdı. Gerçəklik budu ki, ölkədə uşaq futbolu batıb gedir. Bir tək “Qəbələ” Futbol Akademiyasını çıxmaqla bu istiqamətdə heç kim ciddi addım atmır. “Qəbələ”dən savayı akademiyası olan digər klubumuz “Bakı” idi. Hafiz Məmmədovla bağlı məlum səbəblərdən o akademiya da məhv olub getdi. Halbuki onu sonradan saxlamaq da olardı. Orada çalışan 10 məşqçinin hər birinə ayda cəmi 500 manat verməklə! Aya cəmi 5 min manat pul edir bu. AFFA-nın aşağı yaş qrupları üzrə komandalara doldurduğu yararsız legionerlərin bir tək bilet puluna xərclənən pullar bundan çoxdur... Amma nə İdman Nazirliyi, nə də illik büdcəsi 20 milyondan çox olan AFFA uşaq futbolunu xilas etmək üçün yardım əlini uzatdı bu kluba. Bizsə “Niyə də yox?” deyib guya yaxşı gələcək qururuq. Bəs ulu klubumuz “Neftçi? Ordan çıxanların da sonradan ya ayağında problem olur, ya da başında... Və bütün bunlardan sonra biz yenə də xəyallarımızdan əl çəkməyib, deyirik: “Niyə də yox?”. Çönüb uşaq futboluna baxaq... Nə iş görür AFFA, klublar, aşağı yaş qrupu üzrə komandaların məşqçiləri? Son 10 ildə guya futbolun inkişafı adı ilə 1 milyarddan çox pul xərclənib. Bəs, hanı o 1 milyardın qarşılığında xaricə çıxarmağa potensialı olan oyunçumuz? Yoxdu axı... Yetişmir. Yetişdirə bilmirlər. Nə bacarıqları var, nə də futbol savadları. Bu adamlar adi futbol suallarına cavab verə bilmirlər, imtahandan kəsilirlər, sonra tarixə düşməkdən danışırlar. Tarix yazmaq hələ ki, bizim futbol adamlarının (əksəriyyətinin!) başına görə deyil. Bizdə futbola yarayan baş olsaydı... Sizi gələcəyimiz olan aşağı yaş qrupu üzrə komandalarımızın 2009-cu ildən üzü bəri Piterdə keçirilən turnirdəki nəticələri ilə baş-başa buraxıram. Hələ də “Niyə də yox?" deyib feyziyab olaq. 16 komanda arasında... 2009-cu il. 7-ci yer Aydın BAĞIROV 9432 dəfə baxılıb |