Deməli, belə. Seyran Səxavət Qədir Rüstəmovla Ağdamda görüşüb bir müsahibə almışdı. Söhbətin bir yerində Seyran Qədirdən soruşur:
- Qədir, yəqin uşaqlara arvad qohumlarının adını qoymusan?
Qədir Rüstəmov:
- Niyə , bizimkilər qırılıb qurtarıb ki?
İndi bizimkilər qırılıb qurtarmasa da, amma həm klub komandalarımıza, həm də milli komandamıza xaricdən baş məşqçi gətirməkdən ötrü ölürük.
Bir vaxtlar «İnter»ə Gürcüstandan Kaxaber Sxadadze adlı bir məşqçi gətirmişdik, o da özüylə Georgi Çixradze və Zaur Svanadze adlı iki məşqçi gətirmişdi. Sonra Çixradze «Simurq»un baş məşqçisi oldu. Və onlar da özləri ilə bir «ZİL-130» futbolçu adına gürcü yığıb gətirmişdilər. Sxadadzenin zamanında «İnter»də 32 oyunçunun gərək ki, 20-si legioner idi, onların da yarısı gürcü. Həm Sxadadze, həm də Çixradze nə təhər baş məşqçi oldularsa, indi nə «İnter» komandası var, nə də «Simurq» (Zaqatala).
Hələ biri də vardı Badri Kvaratsxeliya, «Turan»ın baş məşqçisi idi. O da nə təhər baş məşqçi oldusa, Azərbaycanda ən böyük futbol məktəblərindən biri olan «Turan» hələ də yüksək liqamıza həsrətlə baxır.
Foqtsu gətirdik milli komandaya 5 illik müqaviləylə, komandaya oturdu, hələ axıra yaxın AFFA-nı şantaj etməyə də başladı. Bircə əsas işi o odu ki, türkü türkün əliylə vurdu – biz Türkiyə millisini məğlub elədik, onlar dünya çempionatına gedə bilmədi, iki alman millisinin (Almaniya və Avstriya) dünya çempionatına yolu açıldı. Mən hələ o vaxt Türkiyə ilə oyundan çox əvvəl yazdım ki, Foqts elə edəcək ki, bizimkilər qardaşlarımızı dünya çempionatından məhrum edəcək, elə də oldu.
Sonra day nə bilim daha hansı əcnəbini (o qədər əcnəbi gətirirlər ki, hamısının adını yadda saxlamaq olmur) gətirdilər, yenə də çürük fındıq. Daha bir əcnəbi gəldi, yenə də bir çürük qoz.
Qurban Qurbanovu qoydular, hamısı sevindi ki, nəhayət, bir vətənpərvər və futbolu bilən, hamının sevimlisi milliyə baş məşqçi oldu. Neçə illik müqavilə bağladılar, amma 7-8 aydan sonra dedilər yaxşı yol. Və yenə üz tutdular Avropaya, Xorvatiyadan Yurçeviçi gətirdilər. O da kəllə suyu. Onu da gülə-gülə yola saldıq.
İndi eşitdim ki, İtaliyadan De Byazi adlı bir məşqçi tapıblar, o da hələ pandemiyaya görə gəlib çıxmayıb. Futbolu deyə bilmərəm, koronavirusa görə İtaliya gərək ki, dünyada üçüncü və ya dördüncü yerdədi. Barı, özüylə koronavirus gətirməyə.
Belə çıxa bilər ki, mən xarici mütəxəssislərin və lagionerlərin əleyhinəyəm. Qətiyyən! Bu bütün dünyada var. Baxır dünya kimləri gətirir, biz kimləri?
Yaponiya futbol ölkəsi deyildi. Yaponlar çox fikirləşdilər, getdilər Braziliyadan Zikonu gətirdilər 3-4 ilin içində Yaponiyanı dünya çempionatına çıxartdı və medal qazandırdı. Zikodan başlayan yapon futbolu bu gün də dünyada ən yüksək reytinqə malikdi. Və hər dəfə də həm dünya çempionatına çıxır, həm qitə çempionatına və gözəl də oyun nümayiş etdirir. Bunu yeri gəlmişkən yazdım.
Həə, indi də getdik De Byazini gətirdik. Və mətbuatda oxudum ki, don De Byazi (don- bizim dildə bəy) özüylə bir «ZİL-130» məşqçi də gətirir. Yəni özüylə beş nəfər olduqlarına görə balaca maşına sığışmırlar, məcbur olub «ZİL-130»la gəlirlər.
Uşaq vaxtı bizi «ZİL-130»la pambıq yığmağa aparardılar. Bunlar da görünür pul yığmağa gəlirlər. Hərəsinə də bir tərcüməçi, nə bilim xidmətçi. Bir məsələni də deyim. Vaxtilə yazmışam və yenə yazıram. Bizim qəzetdə 20 nəfər çalışır, hamısıyla müqavilə bağlamışıq ki, nə iş görəcəklər və o müqaviləylə nə qədər maaş alacaqlar. Əgər müqavilənin şərtlərini vaxtında yerinə yetirməsələr, qeyd-şərtsiz işdən çıxarılacaqlar.
İndi xaricdən mütəxəssis gətirirsiniz-gətirin, amma müqavilə bağlayarkən öz şərtlərinizi irəli sürün ki, nə tələb edirsiz onlardan. Tələbləri yerinə yetirə bilmədikdə göndərin üzü güləbədinə.
Yoxsa onlar da sonralar Foqts kimi sizi şantaj edə bilərlər.
Aqil ABBAS
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi
"Sabahın Ulduzları": 10-cu tur başladı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video