"Qarabağ" ona görə Bakıya sığınıb ki, təmsil etdiyi Ağdam 27 il işğal altında qalıb. Və xeyirxah insanlar bu komandanı dağılmağa qoymadılar. Bu gün də Azərbaycan futbolunu Avropada ləyaqətlə təmsil edir.
Bu günlərdə Möhtərəm Prezident Ağdam şəhərində UEFA-nın tələblərinə cavab verən İmarət stadionunun təməlini qoydu. Və stadion 2028-ci ildə hazır olacaq. O müddətə qədər də ağdamlıların xeyli hissəsi doğma şəhərlərinə dönəcək və "Qarabağ" da ev oyunlarını Ağdamda keçirəcək, bu məlum.
Bəs, "Araz" Naxçıvan niyə Bakıya sığınıb? Allaha min şükür ki, Naxçıvan yerindədir. Özü də böyük stadionu var, bazası var və o stadionda da olmuşam. "Qarabağ" "Qəbələ" ilə Kubokun finalında oynayırdı və stadionda iynə atsan yerə düşməzdi. Və Naxçıvan camaatının futbola necə maraq göstərdiklərinin şahidlərindən biriyəm.
Vaxtilə Əhməd Ələsgərov "Araz"ın baş məşqçisi işləyəndə özü ilə yüksək liqada oynayan "Çernomorets"in üç ulduz futbolçusunu da Naxçıvana gətirmişdi.
Əhməd Ələsgərovla dost idim. Söhbətlərimizin birində dedi:
- Naxçıvanda futbolu çox sevirlər. Hətta oyun gedə-gedə müəyyən fanatlar tamaşaçıların arasında gəzir, camaatdan pul yığır və oyundan sonra gətirib stolun üstünə qoyurdular ki, bu pulu da futbolçulara payla.
Bu günlərdə Naxçıvana getmişdim. Təbii ki, bir stadiona da baş çəkdim. Hər şey yerində idi, bircə ot örtüyünü dəyişmək lazımdı. Axşamüstü şəhərin kənarında bir göl var, adı yadımdan çıxıb, Milli Məclisin sabiq deputatı Cəbi müəllim bizi həmin gölə çay içməyə apardı. Doğrudan da füsünkar bir göl idi. Yolun kənarında iki dənə məşq stadionu var idi. Deyəsən, biri hələ örtülü stadion idi, naxçıvanlılar da burda futbol oynayırdı. Cəbi müəllim dedi ki, "Araz"ın futbolçuları da bura gəlir. Necə ola bilər ki, böyük bir Muxtar Respublika artıq neçə müddətdir ki, bir stadionunu bərpa edə bilmir və "Araz" da
"Qarabağ" kimi öz yuvasından məhrum olub?
Özü də Elman Baxşıyevin komandası layiqincə futbol oynayır.
Üzümü Naxçıvan nümayəndəliyinə və AFFA-ya tutub xahiş edirəm ki, "Araz"ı Naxçıvana qaytarın, onlara "Qarabağ"ın taleyini yaşatmayın.
Aqil Abbas
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı
Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu
Mourinyo: “Pley-offa adlayacağıq”
"Millidə də qol vurmaqda özümə güvənirəm" - Vüsal İsgəndərli
Hakim Ziyeşin yeni klubu məlum oldu
"Fiorentina" baş məşqçisini istefaya göndərdi
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Ulduz futbolçu "Əl-İttifaq"ı "Əl-İttihad"a dəyişdi
Evdə 100-cü qol
Esposito ilə yeni müqavilə imzalandı
“Qarabağ”dan 2 yeni xəbər - Biri şad, o biri məyusedici