Hamımız qələbəyə köklənmişdik. Amma bu futboldu, istədiyimiz olmadı. Təbii ki, mən hələ də özümə gəlməmişəm. Amma heç vaxt "Qarabağ"a ümidimi və inamımı itirmərəm. Adım kimi əminəm ki, "Qarabağ" bu mərhələni adlayacaq.
Və azarkeşlərimiz, "Qarabağ"sevərlərimiz unudurlar ki, "Səbail"lə oynamırdılar ey, Avropanın ən öndə gedən futbol ölkəsinin ən güclü komandası ilə oynayırdı. Nə olsun ki, ilk beş turda məğlub olmuşdular.
İndi baxıram ki, sosial şəbəkələrdə və mənə zəng edən saytlarda hamı Qurban Qurbanova dərs keçir: bu belə olmalıydı, o belə olmalıydı, Nərimanı niyə oyuna saldı və sair və ilaxır.
Adı yadımdan çıxıb, məşhur bir rus yazıçısı deyir:
- Hamı üç şeyi bilir: futbolu, kinonu və polisi. Mən komandanı belə oynadardım, filankəsi vaxtında dəyişərdim, sistemi belə qurardım, bu filmi belə çəkərdim, rejissor burda səhv edib, aktyorları düz seçməyib, cinayəti açmaqda polis gecikib, dəlilləri ayrı cür toplamalıydı və sair və ilaxır.
İndi baxıram, hamı Qurban Qurbanovu tənqid atəşinə tutub, xüsusilə Nəriman məsələsində. Nərimanın 21 yaşı var, istedadlı futbolçudu və Qurban Xoca da ona inanır. Nərimanı oynatmalıydı ki, təcrübə toplasın, onu komandaya gətirməyib ki, şorabaya qoysun.
Hamı qalibin yanında olur, əsl azarkeş odur ki, komanda uduzanda da onun yanında olsun. İlk beş oyunu uduzmuş "Ayaks"ın fanatları kimi. 1450-yə yaxın fanatı gəlmişdi komandalarına dəstək üçün. Bütün oyun boyu da yorulmadan mahnı oxuyurdular. Belə olmaq lazımdı, yoxsa uduzan kimi komandadan küsmək nə dərəcədə doğrudur?
Gəlin boş-boş məsləhətlər verməklə, tənqid etməklə, hətta Nərimanı təhqir etməklə (belə bir təhqiramiz video paylaşıblar), futbolçuları ruhdan salmaqla nə qazanacaqsınız?
Uğurlar olsun, Qurban Xoca!
Uğurlar olsun, "Qarabağ"!
Uğurlar olsun, Nəriman! İnanıram ki, növbəti oyunda qol vuracaqsan və səni qaldıracaqlar Arda Gülərin yanına.
Aqil Abbas
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da