Azərbaycanın iki güləşçisi bu gün dünya çempionu ola bilər

Azərbaycanın iki güləşçisi bu gün dünya çempionu ola bilər
GÜLƏŞ 25 Oktyabr 2026 / 09:08 337
-  A +

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın iki güləşçisi qızıı medal uğrunda görüşə çıxacaq. 

55 kq çəki dərəcəsində 4 qat dünya çempionu Eldəniz Əzizli finalda iranlı Payam Əhmədi ilə üz-üzə gələcək.

77 kq-da isə Sənan Süleymanov həlledici görüşdə Moldova təmsilçisi Aleksandrin Qutu ilə qarşılaşacaq.

Bundan başqa bun gün Azərbaycanın 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.

72 kq çəki dərəcəsində Ülvi Qənizadə ilk mərhələdən azaddır. 97 kq-da Murad Əhmədiyev Cənubi Koreya təmsilçisi Çon Bin Kvonla, 130 kq-da isə Sərxan Məmmədov braziliyalı Gilyerme Evanjelista Diasla qarşılaşacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner