«Simurq» getdi fələyin badına, ölkəmizin ən qədim və ən gözəl futbol məktəblərindən biri olan Tovuzun «Turan»ı day yoxdu. Vaxtı ilə SSRİ çempionatının II divizonunda oynayan Mingəçevirin «Toxucu» komandası indi heç toxuculuqla da məşğul olmur! «Şəmkir» qırx arşın quyunun, Masallının «Viləş»i iyirmi arşın quyunun dibində. İmişlinin «MTK»-sı da sonradan elə MTK işləri ilə məşğul olmağa başladı. «Neftçala» maliyyə baxımından qaldı çöldə.
Vaxtı ilə «Avtomobilçi», «Yunçu» adı ilə futbolumuza imza atmış Yevlax! Güclü bir komanda yaratmışdı: «Karvan». Səhv etmirəmsə, 2006-cı ildə gümüş medal qazanmışdılar. Həmin il UEFA kubokunda moldovanları sıradışı eləyib mərhələ adlamışdılar. Hanı indi? «Karvan» da qoşuldu yuxarıda adlarını sadaladıqlarımın karvanına!
Qubanın uşaq futbolu («Dəri top» yarışları da Qubada keçirilərdi) SSRİ-də meydan oxuyardı. İndi o uşaqların meydan suladığı meydanlarda villalar tikilib, sağlıqlarına qismət!
«Xəzər-Lənkəran»! Cənub bölgəsinin çırpınan ürəyi. Bəşir Səfəroğlu demiş, day çırpınmır!
Əhməd Ələsgərovun «Araz»ı. 500 minə yaxın əhalisi olan Naxçıvanı futbolsuz qoydular.
Yeri gəlmişkən. Ermənilər 40 minlik Xankəndinin «Karabağ-Stepanakert» komandasını Avroliqaya çıxarmaq üçün UEFA-ya milyonlarla rüşvət vermişdilər. AFFA, daha dəqiq desək, Fuad Musayev Azərbaycan iqtidarının köməyi ilə qarşısını aldı.
Hələ yazmaq olar, amma bəsdi, həm özüm yoruldum, həm də sizi yordum.
Belə bir durumda Azərbaycan futbolunu necə inkişaf etdirmək olar?! Azərbaycan təkcə Bakıdan ibarət deyil axı! Buyurun, fikirlərinizi yazın, inkişaf yollarını göstərin – «Ədalət»in səhifələri üzünüzə açıqdır.
Gələk mətləbə. Ölkə çempionatında cəmi iki bölgəmiz təmsil olunur. sevindirici haldır ki, hər ikisi Azərbaycanı Avroliqada təmsil edir. Və hər ikisi də bir mərhələni adlayıb, inanıram ki, ikinci mərhələni də adlayacaqlar. Qurban da demişəm, birini İmamzadədə, birini də Qəbələdə kəsdirəcəm!
Çox təəssüf ki, hər iki komanda Avroliqanın ev oyunlarını Bakıda oynayır. Niyə, qardaşım?! Yel əsib bütün qozlar Bakıya tökülüb?
Niyə avropalı futbolçular, onların azarkeşləri, onlarla gələn jurnalistlər gedib qədim, həm də bu gün heç də Avropa şəhərlərindən geri qalmayan, Avropa Gənclər Paytaxtı və ən başlıcası, müqəddəs Nizami yurdunu görməsinlər?! Nizami məqbərəsini ziyarət etməsinlər?! «Kəpəz» sevənlər də həm Bakıdan, həm də ətraf rayonlardan Gəncəyə axışıb bir futbol bayramı, futbol sevinci yaşamasınlar?!
Qəbələ! Kiçik bir zaman kəsiyində, təxminən 15-20 ilin içində kiçik bir qəsəbə Avropanın kurort şəhərləri ilə döşləşən bir kurort şəhərinə çevrilib, özü də həm yayı, həm qışı. Qəbələ bölgəsi də İsveçrədən geri qalmır. Burda Avropa miqyasllı mühüm tədbirlər keçirilir, hətta ölkə prezidentləri görüşlərini Qəbələyə salır.
Qəbələlilərin xətrinə dəyməsin, əvvəllər burda futbol olmayıb. Amma son 15-20 ildə həm qəbələsevərlər, həm də qəbələlilər sıfırdan futbol yaratdılar, vaxtı ilə futbolu ilə öyünən bölgələri də arxada qoydular. İndi «Qəbələ» həm ölkə çempionatında, həm də Avroliqada dör-dör döyüşür.
Burda elə bir futbol məktəbi yaradıblar ki, hətta Bakı komandaları da həsəd aparır. Bilirəm, kimlərsə bunu maddiyyata bağlayacaqlar.
Mən dəfələrlə mətbuatda, televiziya kanallarında demişəm və yenə təkrar edirəm: «Ağdamı işğaldan azad etdikdən sonra şəhəri əvvəlkindən də gözəl tikəcəyik . Çünki hər daşının altına sevgimizi, sevincimizi, məhəbbətimizi qoyub ucaldacayıq şəhəri. Bu sevgimizlə, məhəbbətimizlə birgə göyərəcək Ağdam! Olsun Şuşa, olsun Kəlbəcər, Laçın, Füzuli…»
Ağdamın işğalından sonra «Qarabağ» çöldə qalmışdı. Komanda nəinki oyunlara getməyə, bəzən yeməyə də çörəkpulu tapmırdı. Özləri evsiz-eşiksiz, işsiz, çörəkpulusuz qalmış ağdamlılar amma komandalarını yalnız buraxmadılar. Ayda heç olmasa yüzcə dollar maaş ala bilməyən futbolçular Ağdam adının şərəfinə oynayırdılar. Bu ac-susuz komanda həmin vaxtlar Azərbaycan çempionu da oldu, ölkə kubokunu da aldı, Avroliqalarda da Azərbaycanı ləyaqətlə təmsil elədilər. Yəni onu demək istəyirəm ki, hər şey maddiyyatla ölçülmür. Elə şeylər var ki, maddiyyatdan çox yüksəkdir. Qəbələdə də dəfələrlə o sevgi, o sevinci görmüşəm. Avropa standartlarına uyğun gözəl də stadionu var. Düzdür, tutumca bir qədər kiçikdir, ürək ki böyükdür.
Niyə «Qəbələ» də ev oyunlarını öz doğma şəhərində, öz doğma stadionunda, öz doğma azarkeşlərinin alqışları altında keçirməsin?! Bakıdan da, ətraf rayonlardan da gəlib Qəbələdə bayram eləsinlər.
Niyə qəbələlilər, eləcə də gəncəlilər komandalarına arxa durmaq üçün durub Bakıya gəlməlidir? Bunun qocası var, uşağı var, həm də buna hamının imkanı da yoxdu axı! Bir də ki Bakı ürəyimiz, paytaxtımız olsa da, hər kəsin öz doğma torpağı var və doğma torpaq daha güclü olur.
AFFA bu barədə fikirləşsə yaxşı olar! Bu təkcə mənim arzum, istəyim deyil, gəncəlilərin, qəbələlilərin, eləcə də bütün futbolsevərlərin arzu, istəyidir!
Off bə! Ürəyimi bir balaca boşaltdım!
Aqil ABBAS
"Ədalət" qəzeti
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər
"Qarşıdakı təqvim qorxulu yuxuya bənzəyir" - Rəşad Sadıqov
1-ci liqada 19-cu tura yekun vuruldu
Anatoli Nuriyevdən gözəl qələbə qolu - Video
“DH Volley” komandası pley-off mərhələsinə vəsiqə qazandı
"ABŞ-ı boykot edəcəyik, dünya çempionatını yox"
“Real”da ciddi itki
Çempionlar Liqasını qazanmaq üçün əsas favorit açıqlandı
2-ci liqada oyunların saatı açıqlandı
"Karvan-Yevlax" - "Zirə": Heyətlər açıqlandı
Levandovski İnzaqinin ÇL rekordunu qırdı
Bakıda beynəlxalq təlim-məşq toplanışı
Neymarın baş məşqçisi istefaya göndərildi
"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək - Video
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
“Araz-Naxçıvan”ın iki üzvü milliyə dəvət aldı
Konfrans Liqasında 1/8 finala yekun vurulur
Azərbaycan millisinin seçmə mərhələ üçün heyəti
Avroliqada 1/4 finalçılar müəyyənləşir
Osimhenin qolu qırıldı, Lanqın barmağı kəsildi - Video
Messi 900-cü qolunu vurdu
"Liverpul"un "Qalatasaray"a vurduğu 4 qol - Video
Salahdan ÇL-də 50-ci qol
"Barselona" "Nyukasl"a 7 qol vurdu - Video
"Qalatasaray" Osimheni itirdi
A seriyasında yeni baş məşqçi
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər