«Araz» Naxçıvanın baş məşqçisi istefa verdi, əslində istefaya göndərildi desək daha doğru olar.
Bu adam «Araz»ın yüksək liqaya lisenziya alması xəbərini eşidəndə çempionatın başlamasına heç bir ay da qalmamışdı. Çox qısa bir müddətdə komandanı toparlaya bildi, yarada bildi. Nəhayət, uzun illərdən sonra Naxçıvanın da, Naxçıvanın yox ey, Naxçıvan Muxtar Respublikasının, 500 minə yaxın əhalisi olan Naxçıvan Muxtar Respublikasının bir komandası yüksək liqada təmsil olundu. Və bir ildir öz stadionu olmadığından bütün oyunlarını Bakının müxtəlif meydançalarında keçirir, həmişə qonaqdır. Və necə ola bilər ki, bu bir ildə Naxçıvan şəhər stadionu yenidən qurulmasın?!
Bir dəfə yazmışam və yenə yazıram. Möhtərəm Prezident iki ay müddətində Xankəndidəki stadionu yüksək səviyyədə bərpa elətdirdi və orada kubok oyunu keçirildi. Özü də Möhtərəm Prezidentin iştirakı ilə. Topa da ilk zərbəni Möhtərəm Prezident özü vurdu.
İndi Naxçıvan boyda bir respublikanın stadionunudamı Möhtərəm Prezident bərpa etdirməlidir? Bəs, onda Prezidentin Naxçıvandakı xüsusi nümayəndəsi nə işlə məşğuldur? İndi hamının üzünə durduğu Vasif Talıbov olsaydı o stadionu ən azı 4 aya bərpa edərdi. Nə isə…
Bir də bir şeyi başa düşmürəm, «Araz» Naxçıvana bu düşmənçilik nədən doğur? «Araz»ın bütün oyunlarını izləmişəm. Bu oyunların ən azı 50-60 faizində məğlub olma səbəbi hakimlərin günahından olub. Bu barədə yazmışam, nə oxucuları, nə də özümü yorub yenidən yazmaq istəyirəm. Bundan əvvəlki turda «Sumqayıt»la oyunda da haqsız olaraq «Araz»ın qapısına penalti verildi. Və VAR hakimləri də susdu. Yenə nə isə…
Gələk Azər Bağırovun istefa məsələsinə. İlk dəfə yüksək liqaya çıxan komandanın ümdə vəzifəsi yerini liqada qorumaqdır. Onun qarşısına heç kim vəzifə qoya bilməz ki, çempion olsun, ya da Avropa çempionatına vəsiqə qazansın.
Azər Bağırov da bu vəzifənin öhdəsindən gəlib. Elə isə niyə çempionatın axırına 7-8 tur qalmış baş məşqçi istefaya göndərilir. Və inanmıram ki, onun yerinə kimi gətirəcəksinizsə 7-8 tur qalmış çempionatın sonuna «Araz»ı Avroliqaya daşıya bilsin. Bunu heç nə Qvardiola, nə də Qurban Qurbanov bacarar.
«Araz»ın rəhbərliyi çox böyük səhv etdi. Bu səhvi də düzəltmək mümkün deyil.
Amma mən inanıram ki, AFFA-nın yeni prezidenti Azər Bağırov kimi bir məşqçini işsiz qoymayacaq.
Azər Bağırovu nə tanıyıram, nə də qohumluğum var. Sadəcə olaraq, bircə dəfə telefonla danışmışam.
Qəm eləmə, Azər Bağırov, bu da keçər.
Aqil Abbas
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi
"Kəpəz"in legionerinə millidən dəvət gəldi
Xames Rodriqez milli ilə vidalaşdı
Arda Güler yenə səhnədədir! - Video
Simeone: “Qızıl top” Messiyə verilməlidir”
"Sabahın ulduzları": "Qarabağ" və "Neftçi"dən qələbə
Messiyə milli komandadan son dəvət
"Lans" baş məşqçisi ilə yolları ayırdı
“Qarabağ”ın legioneri ilk dəfə milliyə çağırıldı
Azərbaycan millisi Yaponiya ilə qarşılaşacaq
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi