Mərdəkanda liderlik savaşı - “Qarabağ” “Sabah”a qarşı

Mərdəkanda liderlik savaşı - “Qarabağ” “Sabah”a qarşı
PREMYER LİQA 25 Oktyabr 2026 / 09:00 1026
-  A +

Bu gün Misli Premyer Liqasında 9-cu tura yekun vurulacaq.

QOL.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.

Əvvəlcə Yevlax şəhr stadionunda "İmişli" "Şamaxı"nı qəbul edəcək. 

Turun mərkəzi qarşılaşması olan "Sabah" - "Qarabağ" oyunu da bu günə təsadüf edir. Hazırda "Sabah" 19 xalla lider, "Qarabağ" isə 17 xalla 3-cüdür. Hər iki komanda 7 oyun keçirib. Bu görüş çempionluq uğrunda mübarizə aparan hər iki komanda üçün olduqca əhəmiyyətlidir.

25 oktyabr (bazar)

15:00. “İmişli” – “Şamaxı”
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev, Əliyar Ağayev (VAR), Akif Əmirəli (AVAR)
Yevlax şəhər stadionu

18:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev, Kamranbəy Rəhimov  (VAR), Teymur Teymurov (AVAR)
Mərdəkan.“Dalğa Arena”

Turun digər nəticələri

“Neftçi” - “Turan Tovuz” - 1:1

“Şəfa” - “Kəpəz” - 1:2 

“Araz-Naxçıvan” - “Qəbələ” - 1:2

“Zirə” - “Sumqayıt” - 3:2 

Bombardirlər:

Breno Almeyda ("Neftçi") - 8 qol

Coy-Lens Mikels ("Sabah") - 5 qol

Aleksey Kaşuk ("Qarabağ") - 4 qol

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner