60-cı illərin ortaları. İnsanlar bəzən 10 il, 15 il maşın növbəsinə dayanırdılar. "Volqa" almaq isə lap müsibət idi. Deməli, bir akademikin "Volqa" növbəsidi, amma həmin «Volqa»nı o zaman Ali Sovetin sədri işləyən, "Neftçi"nin də birbaşa kuratoru olan Məmməd İsgəndərov götürüb Banişevskiyə verir.
Akademik pərt olur, durur gəlir İsgəndərovun yanına. Şikayət edir ki, sən nə haqla mənə çatacaq "Volqa"nı kakoy-nibud bir futbolçuya vermisən? İsgəndərov deyir, otur, bu dəqiqə sənə izah edəcəyəm.
Soruşur:
- Braziliyanın Kommunist Partiyasının katibi kimdir?
- Bilmirəm.
- Braziliyanın Ali Sovetinin sədri kimdir?
- Mən nə bilim.
- Braziliyanın Nazirlər Sovetinin sədrini tanıyırsan?
- Xeyr, niyə tanımalıyam ki?
- Bəs, Peleni necə, tanıyırsan?
Akademik:
- Peleni tanımamaq olar?
- Deməli, o boyda Braziliyanı Peleyə görə tanıyırsan. Rəhmətliyin oğlu, Banişevski də bizim Pelemizdi də.
Akademik gülür və deyir:
- Yoldaş İsgəndərov, Volqa Banişevskinin halal xoşu olsun.
İndi dünyada futboldan populyar heç nə yoxdur.
Ukraynada bir məşhur Olimpiya və dünya çempionu vardı güləş üzrə, deyəsən Aleksandr Medved. Bir gün oğlu ilə Kiyevdə küçədə gedərkən 14-15 yaşlı oğlu onu dartır:
- Ata, ora bax, ora bax.
Medved onun göstərdiyi səmtə baxır, görür 18-19 yaşlı bir sarı gədədi və küçədən keçənlərin hamısı ona baxır.
Oğlundan soruşur:
- Kimdir ki o?
- Ata, Tavriya komandasının hücumçusudur.
Onda "Tavriya" Birinci Liqada oynayırdı.
Medved dilxor olur. Bu ad-san, bu şöhrət, dəfələrlə dünya çempionu olmasına baxmayaraq, oğlu da başda olmaqla, heç kəs onu görmür, amma birinci liqadakı bir komandanın hücumçusunu hamı tanıyır və avtoqraf istəyirlər.
Futbol budur.
Biz orta məktəbdə oxuyanda "Qarabağ"ın hücumçusu Şəfəq Hümbətəliyevin "İmarət"ə gedəndə çantasını daşımaq üstündə bir-birimizi qırardıq.
İndi Qurban Qurbanovun «Qarabağ» komandası Çempionlar Liqasının qrup mərhələsinə düşməklə bütün dünya işğal olunmuş bir şəhərin komandasından danışırdı. Hətta futbol ölkəsi olan Braziliyada da bildilər ki, "Qarabağ" Azərbaycan komandasıdır, təmsil etdiyi şəhər də Ermənistan tərəfindən işğal olunub.
Qısası, Qurban "Qarabağ"ı bütün dünyada tanıtdı. Həm də Azərbaycan futbolunun üzünü ağartdı.
Qurbanı Lobanovski ilə müqayisə etmək olar. Onun kimi soyuqqanlı, onun kimi müdrik. Lobanovski oyun zamanı sakitcə oturardı 90 dəqiqə və nehrə kimi yırğalanardı. Qurban da 90 dəqiqə ayaq üstə, bəzən əli qoltuğunda sakitcə oyunu izləyir. O biri məşqçilər kimi atılıb-düşməz, futbolçularının üstünə çığırmaz, nəyi necə etməyi deməz, çox soyuqqanlı. Çünki nə lazımdı oyundan əvvəl deyib. Hər kəsə tapşırığını verib, futbolçunun oyunundan narazı qalarsa oyundan sonra bildirər. Oyun vaxtı üstünə çığırıb mandraja salmaz.
Həm də ədalətlidir. Bunu Konfrans Liqasında sübut elədi. Vacib oyunda futbolçumuzun əllə vurduğu topu hakim görməmişdi, amma o görmüşdü və belə saxta qolu qəbul etməmişdi. Bu da bütün dünyanı təəccübləndirmişdi.
Bu, Qurbanın birinci işi deyildi. Azərbaycan Çempionatında da oyunların birində hakim rəqib komandanın qapısına "penalti" təyin elədi, amma orda "penalti" yox idi. Qurban "penalti"ni vuracaq hücumçusunu yanına çağırıb qulağına nə isə pıçıldadı.
Və hücumçu da gedib "penalti"ni qəsdən qapıdan kənara vurdu.
Udanda da kişi kimi udmaq lazımdı, uduzanda da kişi kimi uduzmaq lazımdır. Bir məşqçi kimi Qurban bu kişiliyin hər ikisini qazanıb.
Bu gün 50 yaşı tamam olur. Təbrik edirik. Qurbana nə arzulayım? Allah ona hər şey verib: mərdliyi, dürüstlüyü, müdrikliyi, məşqçi kimi ağsaqqallığı.
Qurban, saa qurban olum. Bütün ağdamlıların və qarabağlıların arzusu səni və komandanı "İmarət"də görməkdir. Tezliklə bu arzumuza da çatacağıq. "İmarət"in girəcəyində Azərbaycanın Milli Qəhrəmanı, "Qarabağ" komandasının kapitanı, baş məşqçisi Allahverdi Bağırovun heykəli ucaldılacaq. Layihə hazırdır, layihəni də millət vəkili Ağalar Vəliyev hazırlayıb.
İnanıram ki, "İmarət"in girəcəyində sağlığında sənin də heykəlini ucaldacağıq. Bizdə başqa ölkələrdən fərqli olaraq sağlığında heç kəsə heykəl ucaldılmır. Amma ağdamlılar bir ilk edib "İmarət"də sağlığında heykəl qoyacaqlar. Səni yubileyin münasibətilə ürəkdən təbrik edirik və təbii ki, kollektivinlə birlikdə. Yolun açıq, Tanrı yardımçın olsun!
Aqil Abbas
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Fransa Belçikaya, Türkiyə İtaliyaya qarşı
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje