İllər öncə, yəni Sovet vaxtı Allahverdi Bağırov "Qarabağ"ın məşqçisi işləyəndə Bakıdan bir teleqram gəlir ki, respublika "Məhsul" idman cəmiyyəti rayonlararası yarış keçirir. Və məktubda qeyd edilir ki, bu oyunlar avqustun 5-i Bakıda indiki "Şəfa" stadionunda keçiriləcək, o vaxtkı adı yadımdan çıxıb. Və əgər yarışa komanda çıxartmasanız klubunuz cəzalanacaq.
Allahverdi qalır belə. Yay, bütün futbolçular ya Şuşada, ya Kəlbəcərdə, ya da Rusiyanın hansısa şəhərlərində həm gəzməyə, həm də alverə gediblər. Və həm də istəmir ki, komanda cəzalansın.
Gəlir Fazil müəllimin kinoteatrının arxasındakı çayxanaya. Baxır çoxlu cavan uşaqlar var, deyir:
- Kim futbol oynaya bilirsə əl qaldırsın.
15-16 nəfər qalxır ayağa.
Allahverdi Bağırov:
- Axşam yığışın İmarətə, iki gündən sonra gedəcəyik Bakıya futbol oynamağa. Bir həftə yeyib-içməyiniz də mənlik, qalmağınız da mənlik, uduzsaq da vecinizə almayın.

Ayın 5-də eşitdik ki, Ağdam gəlib futbola, dostlar yığışıb getdik.
Onda Elbrus Abbasov "Neftçi"nin əsas hücumçusu, Saşa (Hüseyn Əhmədov) "Neftçi"nin əvəzedici heyətinin qapıçısı idi.
Getdik gördük ki, onlar da stadiondadı, hələ Adil Nadirov da eşidib gəlib.
Həə, oyun başladı. Saşa durub qapının arxasında qapıçıya harda dayanmağı, divarı necə qurmağı, küncdən gələn topa necə çıxmağı, hansı müdafiəçini hansı hücumçunun üstünə qoymağı tez-tez tapşırır, hətta gələn toplara qapının arxasından özü reaksiya verib sıçrayırdı.
Elbrus Abbasov hücumçulara çığırır:
- Topu filankəsə at, qapıya ötürmə elə, sol tərəf boşdu…
Və sair və ilaxır.
Adil Nadirov həmişə «Qarabağ»ın dispetçeri olmuşdu, o da yenə kənardan bağıraraq dispetçerlik edirdi. Maraqlı və gülməli bir oyun idi. Kənardan peşəkar futbolçuların verdikləri göstərişləri çayxanadan yığılıb gələnlər həvəslə yerinə yetirirdilər. Və həmin oyunda ağdamlılar qalib gəldi.
İndi həm yüksək liqada, həm də birinci liqada bəlkə 150-dən çox əcnəbi futbolçu var. Bir-iki klubu çıxmaq şərtilə, qalan komandaların əcnəbi futbolçularını elə bil Braziliyanın, Afrikanın və ya hansısa ölkənin çayxanalarından yığıb gətiriblər. Elə Allahverdi Bağırovun o vaxt Ağdamdakı çayxanadan yığıb gətirdiyi futbolçular kimi bir şeydi. Nə oyun qura bilirlər, nə də bir oyun göstərə bilirlər. Çoxu da mövsümün yarısından klubdan kənarlaşdırılır, təzminatını da ödəyib yola salırlar. Sadəcə olaraq, arada böyük pul oynayır, futbol yox ey, pul.
Bir ara "Neftçi"də rus futbol məktəbinin yetirməsi İqor Netto adlı əslən bir italiyalı məşqçi işləyirdi. Adı elə gurultulu səslənirdi ki, meydançaya çıxanda camaat onu ayaq üstə alqışlayırdı. Məşqçiliyini yox ey, adını. Əzəmətli İqor Netto – əzəmətli səslənir axı. İndi əcnəbi futbolçuların da adı çəkiləndə alqışlayırıq, yəni adları futbolçu adıdı, özləri çayxana uşağı.
Aqil Abbas
DÇ-2026: Günün oyunları
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi
Tramp ABŞ millisinin ilk oyununu izləməyəcək
"O, hələ də çox təhlükəlidir"
Məşhur məşqçi dünyasını dəyişdi
"Mançester Siti" ilə danışıqları dayandırdı
Millətlər Liqası matçı azarkeşsiz keçiriləcək
"Liverpul"da ayrılıqlar davam edir
Futbolda hamı böyüdü, tək bizdən başqa - Səfər qeydləri
"Karvan-Yevlax" onu da yola saldı
"Çempion olsaq, onun simasını tatu etdirəcəyəm"
Kurtua karyerasını başa vurur?
Bu gün ABŞ-da da açılış olacaq
"Sumqayıt"da itki - 9 ay oynamayacaq
Bellinqemin mövqeyi dəyişə bilər
"Şəfa"dan növbəti transfer
Argentinalı futbolçu zədəsini sağaltdı
FİFA boş tribunalara görə tənqid olundu
Kanada millisinin kapitanı ilk matçı buraxacaq
İbizada dincəlirdi, təcili milliyə çağırıldı - Video
"Yuventus" qapıçı axtarışında
"Futbolçularımın təslim olmaması məni sevindirdi"
3 qolun vurulduğu Koreya - Çexiya oyunundan - Video
İlk oyunların ən yaxşı futbolçuları seçildilər
Mundialın açılışında bədbəxt hadisə
Acun İlıcalıdan 250 milyon avroluq transfer büdcəsi
Axır ki, mundial iştirakçısına ABŞ-a girişə icazə verildi
İlk oyunda 2 qol, 3 qırmızı vərəqə - Tarixi mundial başladı
DÇ-2026-nın açılışından maraqlı anlar - Şəkillər
Dünya çempionaları tarixinin ən yaşlı baş məşqçisi oldu
"Tottenhem"in oyunçusu Argentina millisində
Mourinyo rəsmən “Real”da!
DÇ-2026-dan əvvəl Şakira şou - Şəkillər
Mundialın açılış matçının heyətləri açıqlandı
İsa Sulimanın millisi çempion oldu