"CBC Sport"da Şəmsəddin müəllimin apardığı verilişdə «Araz-Naxçıvan»ın baş məşqçisi Azər Bağırovun çıxışını diqqətlə izlədim. Hakimlərdən gileylənməkdə yüz faiz haqlı idi. Həqiqətən hakimlər «Araz-Naxçıvan» və «Zirə»yə qarşı əksər oyunlarda xoşagəlməz mövqe tutublar. Amma heç bir tədbir görülmür. Belə hakimlərə qırmızı vərəqə cəhənnəm, sarı vərəqə göstərən də yoxdu. Yadımdan çıxıb, Avropada hansı oyundasa hakim oyunçuya haqsız qırmızı vərəqə çıxardanda futbolçu qırmızı vərəqəni hakimin əlindən alıb özünə göstərdi.
Doğrudanmı Azərbaycanda hakim çatışmazlığı var ki, «Araz-Naxçıvan»ın 8 oyununu eyni hakim idarə edir. Və hamısında da rəqib komandanın 12-ci oyunçusuna çevrilir.
Hakimlər Komitəsinin sədri Şimşəkdi, İldırımdı nədi bu və ya digər oyunlarda haqsızlıq edən hakimlər haqqında heç bir tədbir görmür. Ona kim və nə mane olur?
VAR sistemi nədən ötəridi? Orda çalışanların gözləri görmürmü? Adi bir tamaşaçının gördüyü penaltiləri VAR hakimləri gözdən qaçırır. Heç olmasa mərkəzdəki hakimi VAR-a baxmağa da dəvət etmir. Bəzən isə penalti olmadığı halda hakimi VAR-a baxmağa dəvət edir və ordan nə tapşırıq gəlirsə, hakim penalti nöqtəsini göstərir.
Gileylənmə, dostum, ürəyinə salma. Bu belə gəlib, belə də gedəcək. Yəqin nə vaxtsa bizdə də hansısa bir futbolçu hakimin əlindən qırmızı vərəqəni alıb onun özünə göstərəcək.

Sənə alqış düşür, qısa bir zamanda, çempionatın başlamasına 15-20 gün qalmış «Araz» kimi maraqlı bir komanda formalaşdıra bilmisən. Və hətta onu liderlərin qəniminə çevirməyi bacarmısan. Sən öz işində ol. Onu da deyim ki, yerli futbolçu qıtlığı hələ uzun müddət davam edəcək. Sən onu gözlə ki, əlindəki yerli futbolçuları pullu komandalar əlindən alıb səni «Qəbələ»nin gününə salmasınlar.
Möhtərəm Prezident, Cənab Ali Baş Komandan iki ayın içində Xankəndidəki stadionu bərpa elətdirdi, ot örtüyünü dəyiştdirdi və bu gün həmin stadion Avropa oyunlarına da hazırdır.
Gələk «Araz»ın öz stadionuna, Naxçıvan şəhər stadionuna. Mən bu stadionda olmuşam, stadionla tanışam, hər cür şəraiti var. Doğrudanmı bu bir il ərzində stadionu bərpa etmək, ot örtüyünü dəyişmək olmaz? Özü də Naxçıvanda futbolu sevirlər.
Təəssüf ki, naxçıvanlılar futbolu sevsə də, respublikanın rəhbərliyində bu sevgini görmürük. «Araz»ın stadionunun bərpasını da Cənab Prezident öz üzərinə götürməlidir? Bəs, onun yerlərdəki nümayəndələrinin və AFFA rəhbərliyinin işi nədən ibarətdir?
Bir dəfə «Qarabağ»la «Qəbələ»nin ölkə kuboku uğrunda final oyunu Naxçıvan şəhərinə salınmışdı. Oyunu izləmək üçün mən də getmişdim. Stadionun yaşıl örtüyü göz qamaşdırırdı. Oyundan əvvəl düşüb meydançanı xeyli gəzdim. Qayıdıb «Qəbələ»nin o vaxtkı prezidenti Tale Heydərova (futbolu bir yerdə izləyirdik) dedim:
- Heydərov, bu stadionda futbol oynamaq günahdı. Futbolçularınıza tapşırın ehtiyatlı olsunlar, yoxsa butsiləri qızacaq və ayaqlarını yandıracaq.
Elə dediyim kimi də oldu. «Qəbələ»nin ən yaxşı hücumçusu 27-ci dəqiqədə yıxılıb qaldı meydançada. Butsi ayaq barmaqlarını şişirtmişdi və yandırmışdı. Məcburi əvəzetmə elədilər. Ondan sonra üstünlük bütünlüklə «Qarabağ»ın tərəfinə keçdi.
Niyə dedim bu stadionda futbol oynamaq günahdı? Çünki meydançaya ot əvəzinə çoxillik bitki olan çayır əkilmişdi. Çayır da həmişə yaşıl olur, amma asfalta dönür. İndi bu meydançanı çayırdan təmizləmək çox ağır zəhmət tələb edir. Çünki bu bitkinin kökü dərinə gedir, nə qədər təmizləsən də su görən kimi yenidən cücərir. Yəni bu meydança «karçovka» edilməlidir, yəni dərin şum ki çayırın köklərini də çıxara bilsinlər. Ondan sonra burda ot əkmək olar. Yəni bu bir il müddətində respublikanın rəhbərliyi bunu edə bilməzdimi? Projektorsuz da oynamaq olar, oyunu salarsan gündüz saat 3-4-ə, qarşıdan da yaz-yay gəlir.
Nə vaxtadək «Araz» özgə meydançalarda oynamalıdır, guya ev sahibidir, əslində isə qonaqdır.
Azər Bağırov, ürəyini sıxma, gec-tez düzələr, qayıdarsız öz evinizdə-eşiyinizdə, öz meydançanızda oynayarsınız. «Turan» Tovuz kimi, «Qəbələ» kimi. İnşallah, tezliklə «Kəpəz» də Gəncəyə qayıdar.
Mən «Araz» komandasını Əhməd Ələsgərovun vaxtından tanıyıram. Bir neçə dəfə ondan müsahibə almışam və onun dəvəti ilə oyunları izləmək üçün Naxçıvana da getmişəm. Yəni əslində «Araz» köklü komandadır. Hətta bu komandanın məşqlərini də izləmişəm. Əhməd Ələsgərovun qəribə bir metodu vardı. Futbolçuların kürəyinə neçə kiloqram ağırlıqda yük bağladıb dağlara dırmaşdırırdı. Məşq zamanı da ayaqlarına müəyyən çəkidə yük bağladırdı. O yükü bellərindən və ayaqlarından açandan sonra futbolçular ceyran kimi qaçırdı.
Stadion da ağzınadək dolu olurdu. Hətta Əhməd müəllim deyirdi ki (yeri behişt olsun), fasilə vaxtı müəyyən azarkeşlər stadionu gəzib azarkeşlərdən pul toplayırdılar və oyundan sonra gətirib komandaya bağışlayırdılar. Yəni naxçıvanlılar öz komandalarını belə sevirdilər.
Dostum, Azər Bağırov, ruhdan düşmə və əsəbləşmə! Sən gözəl bir komanda yaratmısan, hələ qarşıda da 10 tur var. 3-cü, 4-cü, nə bilim 5-ci yerdə gedən komandalardan cəmi 6 xal geridəsən. «Araz» özünü toparlasa Avropa Çempionatına da düşə bilər. Düzdür, siz qarşınıza bu məqsədi qoymamısınız, birinci planı yerinə yetirmisiniz - yüksək liqada yerinizi saxlamısınız. Çalışın ikinci planı da yerinə yetirin.
Sizə uğurlar!
Aqil Abbas
Eriksen karyerasını başa vurmaq niyyətində deyil
"Arsenal" onu hədəfə aldı
FİFA-ya qarşı boykot planlaşdırırlar
"Fənərbaxça" onu göndərə bilmədi
Qəbələdə 5 qol
40 yaşlı futbolçu ilə müqaviləni yenilədilər
Şeydayevin yeni klubu rəsmiləşdi
"Turan Tovuz" Türkiyə klubuna böyük hesabla qalib gəldi
Rahid Əmirquliyev 1-ci liqa klubunda
Millidən gedir
Poçettino ABŞ millisi ilə müqaviləni uzatdı
"Sumqayıt" hücumçu transfer etdi
İnfantino vəzifəsini qorumaq üçün Trampdan dəstək istəyir
Ronaldo toyuna bu ulduzları dəvət etdi
"Zirə"də gözlənilməz ayrılıq
“Qarabağ”ın “pley-off”dakı potensial rəqibləri bilindi
Avropa Liqasında pley-off mərhələsinin püşkü atıldı
UEFA FİFA-nı məhkəməyə verə bilər
Azərbaycan millisi bu komandalarla qarşılaşacaq
ÇL-də pley-off mərhələsinin püşkü atıldı
İnfantinoya dəstəyi geri çəkdilər
“Sabah”ın mümkün rəqibi müəyyənləşdi - ÇL-də püşk atıldı
Çexiya millisinin üzvü "Nyukasl"da
Azərbaycanı Avropa kubokunda təmsil edəcək cüdoçular
Van Qal milliyə qayıtmaq istəyir
Mendi qalır, ya gedir?
“Qarabağ” güclü rəqibdir, amma biz mərhələni keçməliyik”
Aziz Yıldırım Bakıda - Şəkillər
“Real”dan “Sevilya”ya - Rəsmi
FİFA klubların pulunu hələ də ödəməyib
"Yuventus" Kolo Muaninin transferini açıqladı
"Milan"dan "Fənərbaxça"ya rədd cavabı
Mahirin “Rakov”dakı 2-ci qolunun - Videosu
"Trabzonspor"dan Salah açıqlaması
Klublararası dünya çempionatı təhlükə altında
Argentina millisinin üzvü "Çelsi"də - Rəsmi
Uğursuzluğa görə baş məşqçini göndərdilər
Niderland Superkubokunu qazandılar
"Real"dan ayrılmaq karyeramda dərin iz buraxdı"
Mahirdən növbəti qol
"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi
"Qarabağ"da ciddi itki
"Qəbələ" Qətər klubuna qalib gəldi
"Yuventus" 18 yaşlı futbolçu ilə gücləndi