Azərbaycanlı futbolçu Nihat İsgəndərov hazırda Almaniyanın “Blumenthaler” klubunun U-19 komandasında çıxış edir. Klub Almaniyanın 5-ci liqasında, U-19 komandası isə bu yaş qrupunun 2-ci liqasında mübarizə aparır.
“Qarabağ”ın U-19 komandasında oynayarkən alman skautlarının diqqətini cəlb edən 18 yaşlı futbolçu ilə daha ətraflı onun QOL.az saytına verdiyi müsahibədə tanış ola bilərsiniz.
- Nihat, əvvəlcə Almaniyaya gedişinizlə bağlı danışaq. Necə oldu ki, “Qarabağ”dan Almaniya klubuna üz tutdunuz?
- İki il əvvəl “Hannover 96” klubunun düşərgəsinə dəvət almışdım. İki həftə orada yoxlamada oldum. Məşqlərdən sonra məni bəyəndilər. Daha sonra mövsüm başa çatdı. Bir neçə gün sonra isə mənə yeni təklif gəldi. Eyni zamanda burada universitetə də qəbul olundum. Həm təhsilimi, həm də futbol karyeramı Almaniyada davam etdirmək imkanı yarandı. Almaniyaya gəlməyim hər iki baxımdan uğurlu oldu. Şükürlər olsun, hər şey yaxşı davam edir.
Hazırda Bremen şəhərini təmsil edən “Blumenthaler” klubunun U-19 komandasında çıxış edirəm. U-19 ikinci liqada, əsas komanda isə 5-ci liqada oynayır.

- Yəni sizi ora futbola görə dəvət etdilər, daha sonra universitet məsələsi gündəmə gəldi?
- Bəli, futbola görə bura gəldim. Daha sonra burada yaşamaq və təhsil almaq məsələsi də gündəmə gəldi. Universitetə qəbul olmaq üçün ingilis dili imtahanı verməli oldum. İmtahanı verdikdən sonra universitetə qəbul olundum. Hazırda burada tək yaşayıram. Gündəlik həyatımı özüm idarə edirəm, yeməyimdən tutmuş digər ehtiyaclarıma qədər hər şeylə özüm məşğul oluram.
- Almaniyada tək yaşamaq bu yaşda çətinlik gətirmir?
- Deməzdim. Əvvəllər də milli komanda ilə səfərlərdə olmuşam, bəzən ölkədən kənarda 20 gündən çox qalmışam. Xaricdə çox olduğum üçün bu həyata uyğunlaşmaqda ciddi çətinlik çəkmirəm.
- Alman dilini öyrənmisiniz?
- Alman dilində ünsiyyət qura bilirəm, deyilənləri başa düşürəm və özümü ifadə etməkdə çətinlik çəkmirəm. Dil biliyimi inkişaf etdirirəm. Artıq futbol mühitində deyilənləri tam anlayıram və özümü normal səviyyədə ifadə edə bilirəm. Dil öyrənmək üçün əlimdən gələni edirəm. Burada yaşamaq və təhsil almaq mənim üçün Bakıda qalmaqdan daha maraqlı təcrübəyə çevrilib.

- Komandada işlər necə gedir? Müntəzəm oynamaq imkanınız olur?
- Hər şey yaxşıdır. İkinci liqada təcrübə qazanıram. Bəzən U-18 komandasına da kömək edirəm. Beləliklə, hər iki liqada təcrübə qazanıram. U-18-də əsas heyətdə oynayıram. U-19-da bəzən ehtiyatda da otururam. U-19-da məndən yaşca böyük futbolçular var. Onlar Almaniya futbolunda uzun müddətdir çıxış edən oyunçulardır. Hətta iki futbolçu vaxtilə Almaniya milli komandasının düşərgəsində olublar.
- Hazırda hansı mövqedə çıxış edirsiniz?
- İki əsas mövqedə oynayıram: sol cinah yarımmüdafiəçisi və mərkəz hücumçusu.
- Almaniyada çıxış edən futbolçu kimi qarşınıza hansı hədəfləri qoymusunuz?
- Əsas məqsədim hələ ki, Almaniyada çıxış etmək, gələcəkdə isə Avropada karyeramı davam etdirməkdir. İmkan olsa, Almaniya Bundesliqasında çıxış edən komandaya düşmək mənim üçün çox yaxşı olardı. Burada belə bir imkan var. Çünki hər oyuna skautlar gəlir. Ümid edirəm ki, ikinci liqadan birinci liqaya yüksələ biləcəyəm.
- Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarında oynamısınız. Ancaq bir müddətdir ki, millilərə dəvət almırsınız. Yəqin ki, əsas hədəflərdən biri də yenidən milliyə dəvət almaqdır.
- Bəli, U-15, U-16 və U-17 millilərində çıxış etmişəm. Yenidən milliyə çağırılmaq xoş olardı. Bunu çox istəyirəm. Öz ölkəmi təmsil etmək mənim üçün böyük qürur olar. Almaniyada aşağı yaş qruplarının oyunlarına da skautlar gəlir. U-19-un oyunlarında kifayət qədər skaut olur. Başqa komandaların nümayəndələri də gəlib futbolçuları izləyirlər. Ona görə də hər şey futbolçunun özündən asılıdır. Mən də əlimdən gələni edirəm ki, özümü yaxşı tərəfdən göstərərək həm milliyə dəvət alım, həm də birinci liqa klubuna keçim.

- Almaniyaya “Qarabağ”dan getmisiniz, bəs daha əvvəl harada çıxış etmisiniz?
- Bəli, əslində, futbola “Qarabağ”dan əvvəl başlamışam. “Qarabağ”a gələnə qədər üç klub dəyişmişəm. Uşaqlıqdan çıxış etdiyim klublardan biri “İnter” olub. “İnter”dən sonra Bakıda fəaliyyət göstərən “Mançester Yunayted” məktəbində məşq etmişəm. Futbolla bağlı qazandığım bilikləri, topla oynamağı və oyunun əsaslarını əsasən orada öyrənmişəm. Daha sonra EFA klubunda çıxış etmişəm və oradan “Qarabağ”a keçmişəm. “Qarabağ”da təxminən 8 il oynamışam. Əsasən klubun U-16 və U-19 komandalarında çıxış etmişəm. Bəzən klubun əsas komandası ilə məşqlərdə də iştirak etmişəm.
- Yəqin “Qarabağ”ın əsas komandasına yüksəlmək istəyiniz də olub?
- Əlbəttə ki, o da hədəflərimdən biri idi. Amma hər şey elə gətirdi ki, futbola görə Almaniyaya gəldim. Mən bura sırf futbola görə gəlmişəm. Futbola marağım olmasaydı, Almaniyaya oxumağa gəlməzdim.
- “Qarabağ”da daha çox oynamısınız. Bu komanda sizə nə verdi?
- Bəli, ən çox “Qarabağ”da çıxış etmişəm. Orada çox böyük təcrübə qazanmışam. Məhz “Qarabağ”da oynayarkən diqqəti özümə çəkə bilmişəm.
- Almaniya futbolunda Azərbaycanla müqayisədə nələri görürsünüz?
- Fərq çox hiss olunur. Mən hələ bunu “Hannover 96”da olarkən görmüşəm. Burda yüksək temp, fiziki güc və ən əsası topla oynamağa daha çox fikir verirlər. Oyunlarda nizam-intizam ən vacib məsələdir. Müqayisə etsək, burda sürət daha çoxdur.
Ramiq Ağaməmmədov
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?