Tofiq Bəhramov stadionunda «Qarabağ» UEFA Kuboku uğrunda hansısa bir xarici komandanı qəbul edirdi.
Xüsusi qonaqlar üçün ayrılmış bölmədə oturub oyunu izləyirdik. Burda əyləşənlərin də demək olar ki, hamısı keçmiş futbolçular, məşqçilər və sair və ilaxır idi. «Neftçi»nin «Neftçi» vaxtında ulduzlardan biri olmuş Füzuli Cavadovla yanaşı əyləşmişdik. Vaqif Cavadovun da Vaqif Cavadov vaxtı idi. «Qarabağ»ın gözünün işıqlarından biri idi. Bölmədə oturanlar futbolçulara, xüsusilə də Vaqif Cavadova çox nöqsan tuturdular: topu özündə çox saxlayır, vaxtında zərbə vurmur, Qurban Qurbanov filan oyunçunu əvəzləməlidi, taktikanı düzgün qurmayıb. Axırda Füzuli Cavadov dözmədi, qalxdı ayağa, üzünü hamıya tutub dedi:
- Burda hamı futbol professoru imiş ki…
Və gedib başqa bölmədə azarkeşlərlə bir yerdə oturdu.
Onun əsəbi halda dediyi bu sözləri heç vaxt unutmuram. Bir rus siyasətçisinin də məşhur bir deyimini xatırlayıram: «Bu ölkədə hamı siyasəti, polis işini və futbolu çox gözəl bilir».
İndi bizdə də hamı futbol professorudu, siyasətçidi, amma siyasi partiyalar 5 min üzv tapa bilmirlər, qeydiyyatdan keçmək üçün.
Üç gündür baxıram bütün futbol «professorları» düşüb Qurban Qurbanovun üstünə, «Qarabağ»ı sağdan da söyürlər, soldan da, hamı da məsləhət verir, istefaya çağıranlar da var. Hətta utanmadan yazırlar ki, Qurban oyunu satıb və sairə… Kiminsə sifarişi ilə trollar tökülüb sosial şəbəkələrə.
Adı misli olub, misilsiz Azərbaycan top-top çempionatında (bəli, top-top çempionatı, uşaq vaxtı oynayırdıq ey, məktəbdə, məhlədə) az-çox futbol mədəniyyəti olan və Avropa futbol çempionatında Azərbaycanın üzünü ağardan Qurban Qurbanovu və «Qarabağ»ı ruhdan salmaq üçün bütün güclərini qoyublar ortaya.
Məqsəd birdir: «Qarabağ» komandasını necə dağıtmaq olar və Qurbanı bu komandadan necə uzaqlaşdırmaq olar ki, «Qarabağ» da düşsün «Səbail»in gününə.
«Gent»lə oyunda «Qarabağ» 120 dəqiqə dirəniş göstərdi və lotereyada bəxti gətirmədi. Bu futboldu, qələbəsi də var, məğlubiyyəti də. Əsl azarkeş komandası uduzanda yanında olar. Mən inanmıram ki, Qurbana futbol dərsi keçənlər «Qarabağ»ın əsl azarkeşləridi. Bəlkə onların içində «Qarabağ»ın uduzması üçün nəzir deyənlər də olub.
Bütün bu cəhdlər Lobanovski kimi soyuqqanlı Qurban Qurbanovu hövsələdən çıxarmaq üçündü. Amma mən Xocanı yaxşı tanıyıram, onu təbdən çıxarmaq mümkün deyil, amma ruhdan salmaq mümkündü.
Azərbaycanın top-top çempionatına futbol mədəniyyəti gətirən Qurban Xoca, inanıram ki, belə şeylərə fikir verməyəcəksiz. Sizə və köhlən atlarınıza uğurlar arzulayıram. Yaxşı ki varsınız, Avropada üzümüzü ağ edirsiniz və edəcəksiniz də.
Baxıram, son zamanlar «Sabah»ın baş məşqçisi komandasına top-top yox, futbol oynadan Murad Musayevin də üstünə düşüblər. Hamı Qurban Qurbanov kimi soyuqqanlı ola bilməz. İndi Murad Musayev bir az emosionaldı, o da keçib gedər, futboldu da, adam özündən çıxır.
Bizə Qurban Qurbanov, Murad Musayev yox, bizə Foqts lazımdı, De Byazi lazımdı.
Nə isə. Sifarişlə işləyən trollar, Allah sizə insaf verməsin, çunki Allahın sizdən xəbəri yoxdur.
Aqil ABBAS
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi