Kadi Borges Rusiyanın "Krasnodar" klubuna getmək istəyir. Gedəni saxlamaq olmaz, yolu açıq olsun, Tanrı da köməyi. Yaxşı futbolçuydu, danmaq olmaz.
Amma indi oxuyuram ki, "Ay "Qarabağ" dağılır", "Veşoviç də gedir", "Onlarsız "Qarabağ" necə olacaq", "Qurban Qurbanov onlarsız neyləyəcək"?
"Qarabağ"ı bir futbolçunun ayağına bağlamayın, "Qarabağ" komanda şəklində oynayır. Komanda da bir futbolçunun gedişi ilə özünü itirməz. Kadi gedər, nə bilim onu Musa Qurbanlı əvəz edər. Yəni Kadi əvəzsiz futbolçu deyil, Messi deyil, Mbappe deyil, Ronaldo heç deyil. Sadəcə olaraq, Azərbaycan çempionatında Kadidir.
Yeri gəlmişkən, Molla Nəsrəddin kuzəni verir oğluna ki, get su gətir. Bir dənə də şapalaq vurur ki, kuzəni salıb qırma. Mollaya irad tuturlar ki, uşağı niyə vurursan, o hələ su gətirməyə getməyib ki, kuzəni qıra.
- Su gətirəndə kuzəni qırsa ondan sonra onu vurmağın nə xeyri?
Deyirəm indi Qurban Qurbanov oyundan əvvəl Zubirə babat bir şapalaq vura ki, topu vaxtında ötür. Oyundan sonra danlamağın xeyiri yoxdu. Bu da bir zarafatdı.
Kadinin gedişini dərd eləməyin, Qurban xocanın "B" planı var, biz bilmirik. O da nəyi nə vaxt etməyi, kimi harda oynatmağı və necə oynatmağı hər halda hamıdan yaxşı bilir.
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil