İsveçin qapısına 3 dənə gözəl qol vurduq və qalib gəldik. İçi mən qarışıq sevincindən ağlayan kim, səhərə qədər «Yallı» gedən kim, bir sözlə, Millət, Vətən, Sakarya. De Byazi də kanallarımıza elə ağızdolusu müsahibələr verdi ki, elə bil Avropa çempionu olmuşduq.
Və yollandıq Belçikaya. İsveçə qalib gələndən sonra içimizdə bir ümid vardı ki, Belçikada da ən azı heç-heçə edə biləcəyik. Bir setka topla qayıtdıq. Futbol da müharibənin başqa bir variantıdı, sadəcə olaraq, on bir-on birə savaş gedir. Türklər demiş, cocuklar çarpışdı gücü çatan qədər. Hətta 10 nəfər qalsalar da təslim olmaq istəmirdilər.
Həmçinin oxuyun: Şan-şöhrət, var-dövlət sahibi oldular, amma azərbaycanlı ola bilmədilər…
Birinci Qarabağ savaşında da oğullar qeyrətlə, var-gücləriylə savaşırdılar, hətta başlarından yuxarı da hoppanırdılar. Ermənilərin ən strateji rayonu olan Ağdərəni də azad etmişdilər. 20 min şəhid verdik, 40-50 min qazimiz oldu, amma təəssüf ki, məğlub olduq. Bircə səbəbi vardı – Ali Baş Komandanımız əskik idi.
Bir məşhur lətifə var ey, şah deyir ki, mən gələndə toplardan 40 yaylım atəşi açarsınız. Şah gəlir, yaylım atəşi açan olmur. Şah vəzirdən soruşur:
- Niyə yaylım atəşi açılmadı?
Vəzir:
- Şah sağ olsun, bunun qırx səbəbi var.
- Nədi o səbəblər?
- Birincisi, barıt yox idi.
Şah:
- Day yerdə qalan otuz doqquzu saymaq lazım deyil.
İndi Birinci Qarabağ savaşımızda da nə qədər istəsəniz səbəb tapmaq olar. Amma əsas səbəb o idi ki, Ali Baş Komandan yox idi.
44 günlük müharibədə 3 min şəhid verdik və torpaqlarımızı erməni işğalçılarından tamamilə azad etdik. Bircə səbəbi vardı – Ali Baş Komandan yerində idi.
Futbolda da belədi. Futbolun da Ali Baş Komandanı baş məşqçidir. O yerində olmayandan sonra nə qədər çarpışırsan çarpış, bir setka topla qayıdarsan. Bu Eddi İsrafilov nə futbolçudur ki, gətirib milliləşdirilib. Və nə isə, elə birinci hissənin ortalarında qırmızı vərəqə gördü və meydandan qovuldu.
Əslində isə AFFA bir qırmızı vərəqə də De Byaziyə çıxarmalıdır. Görəsən, AFFA rəhbərliyinin De Byazinin yanında nə gözükölgəliyi var ki, ona qırmızı vərəqə çıxarmır?

Deyəsən, vaxtı çatıb, özü gedəcək. Gəldi, yedi-içdi, kef elədi, pul qazandı, bir qələt də edə bilmədi.
Əsas məsələ odur ki, De Byazi gedəcək, AFFA yeni bir Demə Byazi tapacaq.
Yadıma Qədir Rüstəmovun ustad Seyran Səxavətə dediyi bir söz düşdü.
Seyran Qədirdən soruşur ki, uşaqlara arvad tərəfin adlarını qoymusan? Qədir də qayıdır ki:
- Niyə, bizimkilər qırılıb qurtarıb ki?
Uduzmaq uduzmaqdı, qoy elə Rəşad Sadıqovla uduzaq da, ya Tərlan Əhmədovla. Nə isə, yəni öz oğullarımızla.
Aqil Abbas
Lixtenşteyn - Azərbaycan: Heyətlər
Messi Argentinada xüsusi matçda iştirak edəcək
De Zerbi ən yaxşı oldu
Devid Bekhem ABŞ Şöhrət Zalına daxil ediləcək
Ronaldonun şərəfinə bunu edəcəklər
Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq
Premyer Liqanın ən yaxşı futbolçusu seçildi
"Mingəçevir"də baş məşqçi ayrılığı
İtaliya ilə oyun Dueyə baha başa gəldi - Şəkil
“Mançester Yunayted”də baş məşqçi təyinatı rəsmiləşdi
Keyn millidə mütləq rekordçu oldu
Daha 24 oyunun vaxtı müəyyənləşdi
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcək
Türkiyə millisinin düşərgəsini tərk etdi
Azərbaycan kubokunda 1/8 final - Nə vaxt və harada?
“Qarabağ"dan ayrılmaq istədiyini etiraf etdi! - Müsahibə
Brunu Fernandeş klubun təklifini yenə rədd etdi
Skaloninin Argentina millisi ilə müqaviləsi uzadıldı
De Brüynenin “Napoli”də münaqişəsi böyüyür
“Neftçi”nin legioneri qələbədə iştirak etdi
Millətlər Liqasında daha 10 qarşılaşma
Arda Gülerin möhtəşəm qolu, Türkiyənin məğlubiyyəti - Video
ÇL-də 9 qolla uduzan komandanın baş məşqçisi göndərildi
“Qarabağ”ın legioneri millidə qol ötürməsi etdi - Video
“Mançester Yunayted”in yeni baş məşqçisi müəyyənləşdi
Fransa İtaliyaya uduzdu, İspaniyadan qələbə
Azərbaycan Avropa çempionatını üç medalla başa vurdu
Türkiyə Belçikaya məğlub oldu
“Lixtenşteyndə qələbə qazanmaq istəyirik” - Toral Bayramov
Sneyder bu kluba baş məşqçi təyin olundu
Faciəli hadisədən sonra karyerasını bitirə bilər
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
Rafinyanın yorucu futbol marafonu başlayır
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Keyn millinin gələcək kapitanından danışdı
Vernidubun futbolçusuna verdiyi gözlənilməz dərs
Muslera karyerasını başa vurur?
“Real”ın futbolçusu azarkeşlərə pul payladı - Video
İngiltərə Premyer Liqasında günün ikinci baş məşqçi ayrılığı
Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu