Ramin Musayevə
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə təşəkkürlər edirik ki, futbol üzrə Azərbaycan Kubokunun final oyununu Naxçıvan şəhərinə salıb.
Ötən il final oyunu Qəbələdə keçirilmişdi. Həm möhtəşəm bir açılış izlədik, həm də gözəl bir oyun. Bəlkə də qalibin kim olması önəmli deyil. Əsas odur ki, futbol qalib gəlsin. Qəbələdə də futbol qalib gəldi. Qəbələ həmin gün gözəl bir gün yaşadı.
Naxçıvanda da gözəl bir gün yaşanacaq. Yəqin ki, yenə də möhtəşəm bir açılışın və gözəl bir oyunun şahidi olacağıq.
Final oyununun Naxçıvana salınması ilə bağlı sizi qınayanlar var. Haqsızdılar. Əvvəlla, öz komandalarının azarkeşləri dünyada və eləcə də Avropada bəzən 3-4 min kilometr yol qət edib öz doğma komandalarına dəstək vermək üçün gedirlər. Özü də minlərlə azarkeş. Burdan Naxçıvana isə 6-7 saatlıq yoldur, avtobuslar işləyir, təyyarələr də öz yerində. Hələ yol maşınlarını demirəm. Yəni könlü futbol istəyənin Naxçıvana getməsi Qazaxa getməsindən iki saatdan artıq vaxtını alacaq.
İkincisi, Naxçıvan əsrarəngiz bir diyardı. Futbolsevərlər həm də müqəddəs məkanları ziyarət edərlər, ruhları da bir təzələnər. Naxçıvan Nuhun ayağının dəydiyi torpaqdı, Nuhun yatdığı torpaqdı. Yəni peyğəmbər torpağıdı.
Üçüncüsü, Naxçıvanda futbola maraq da artar. Bəlkə bu final oyunundan sonra “Araz” (Naxçıvan) da fikrindən daşındı və yenidən Azərbaycan çempionatına qayıtdı. Naxçıvanda həmişə futbol olub, Əhməd Ələsgərovun “Araz”ının nailiyyətləri hələ də yadımızdan çıxmayıb. Naxçıvan iqtisadi və mədəni cəhətdən çox sürətlə inkişaf edir. İstərdik ki, bu iqtisadi və mədəni inkişafa futbolun da inkişafı əlavə olunsun.
Azərbaycanın iki möhtəşəm komandası – “Qarabağ” və “Qəbələ” Naxçıvana bir futbol həyəcanı yaşadacaq. Təbii ki, mən “Qarabağ”ı dəstəkləyirəm, amma hər iki komandaya uğurlar arzulayıram. Yuxarıda qeyd etdiyim kimi, kimin qalib gələcəyi önəmli deyil, əsas futbolun qalib gəlməsi önəmlidi.
Naxçıvanda da futbol qalib gələcək!
Təkcə “Qarabağ”ın və «Qəbələ»nin azarkeşlərini deyil, bütün futbolsevərləri Naxçıvanda stadionda görmək ümidi ilə!
İnşallah, Naxçıvanda görüşərik!
Aqil ABBAS
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi