Misli Premyer Liqasının 9-cu turu çərçivəsində "Kəpəz" "Şəfa"ya 2:1 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Məmmədov matç haqda fikirlərini bildirib və jurnalistlərin suallarını cavablayıb:
"Matçdan əvvəl heyətlə bağlı itkilərimiz var idi. İlk hissədə daha yaxşı oynadıq və qol vurmağa layiq idik. Rəqib təzyiq göstərdi və hesabı açdı. Bundan sonra oyun modelimizdə müəyyən dəyişikliklər etdik. Düşünürəm ki, qələbəyə layiq idik. Yaxşı nəticələr seriyası yaxalamışıq. Amma daha çox çalışmalıyıq. Çatışmazlıqlarımız kifayət qədərdir, hərçənd yavaş-yavaş öz oyunumuzu tapırıq. İnkişaf var. Daha yaxşısını edə bilərik".
- Komanda ilk dördlüyə yaxınlaşsa, hədəflərlə bağlı rəhbərliklə danışıq ola bilər?
- Hazırda komandamız uğurlu seriya yaxalayıb. Düşünürəm ki, bu, futbolçuların çəkdiyi əziyyətin bəhrəsini görməsinin nəticəsidir. Etiraf edim ki, topladığımız xallara və turnir cədvəlindəki mövqeyimizə baxmayaraq, daha çox çalışmalıyıq. Hələ çatışmazlıqlarımız var və onların üzərində işləməliyik.
Sevindirici haldır ki, futbolçular oyundan-oyuna bir-birlərinə daha yaxşı uyğunlaşırlar. Oyunumuzda da irəliləyiş var. İnanıram ki, bu komanda daha artığını bacara bilər. Qış fasiləsinə qədər bu tempi qoruyub saxlasaq, bizim üçün böyük uğur olacaq. Bəli, transferlər etmək istəyirik. Amma hələ yüksək yerlər uğrunda mübarizə aparmağa hazır deyilik.
- Son illərdə əsasən autsayderlər sırasında olan, hər mövsüm Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz”in hazırda daha iddialı görünməsini nə ilə əlaqələndirirsiniz? Bu, azarkeşlərin komandaya inamı ilə bağlıdır?
- Fürsətdən istifadə edərək bu qədər yol qət edib bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Onların dəstəyini hiss edirik və nəticələrimizdə bunun rolu danılmazdır.
“Kəpəz”in hər mövsüm Premyer Liqada qalmaq uğrunda mübarizə aparması daha geniş problemdir. Komandanın heyəti hər il dağılır, sonra yenidən qurulurdu. Rəhbərlikdə də dəyişikliklər baş verirdi. Yəni klubda sabitlik yox idi.
Güman edirəm ki, rəhbərlik bu sabitliyi təmin edəcək. Hazırda “Kəpəz”də sağlam və sistemli iş qurmağa çalışan insanlar var. Biz məşqçilər və futbolçular da həmin işin bir parçasıyıq. Proses bu şəkildə davam etsə və sponsor dəstəyi olsa, “Kəpəz” ildən-ilə daha fərqli səviyyəyə yüksələ bilər. Beləliklə, illər əvvəlki “Kəpəz”i geri qaytarmaq mümkün olar.
- Qələbələrə görə verilən mükafatlar klubun büdcəsinə təsir etmir ki?
- Mükafatların verilməsi üçün müəyyən məbləğ ayrılmışdı. Ancaq etiraf edim ki, 8-ci tura qədər qazanılan qələbə və heç-heçələrin sayına uyğun olaraq həmin məbləğ nəzərdə tutulmamışdı. Onu da deyim ki, futbolçular artıq həmin məbləğin böyük hissəsini öz əməkləri ilə qazanıblar.
Bəli, bu mükafatların büdcəyə təsiri var. Amma rəhbərliyimiz çalışır ki, məhdud imkanlarla komandaya mümkün qədər yüksək mükafatlar versin.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış