«Xəzər Lənkəran»la «Neftçi»nin «Böyük oyun»u son illər izlədiyim, hətta «Barselona” – “Real» matçından da maraqlı gəldi. Hətta kövrəldim də. Ağdamın 2 saylı məktəbində oxuduğum illər, məktəbin həyətində top qovaladığımız zamanlar gözümün qabağından keçdi.
Xosrov müəllim (jurnalist Vaqif Quliyevin dayısı) topu atırdı ortalığa, qov ki qovasan. Mən bu məktəbə Ağcabədinin bir kəndindən sonralar gəldiyim üçün bir az «çujoy» sayıldığımdan (bunlar da şəhər uşağı), çox zaman «zalatoy zapas»da otururdum, gözləyirdim görüm kimin qolun-qılçın əzəcəklər ki, «Abbasov qardaşları» da məharətini göstərsin.
Bəli, Xosrov müəllim topu atırdı ortalığa, qov ki qovasan. Azarkeşlərimizin sayı da «Xəzər Lənkəran» - «Neftçi» «Böyük oyun»un azarkeşlərinin sayından bir az çox olardı. Amma bizim azarkeşlər bizi söymürdülər, bir-birləri ilə dalaşmırdılar ki, polis gəlib dalaşanları saxlasın.
Xosrov müəllim topu atırdı ortalığa, «bey-beqi». Bizim də «Böyük oyun» olurdu, rus bölməsinin uşaqları ilə oynayanda. O zamanlar rus bölməsində oxuyanların hamısına elə rus kimi baxırdıq. Ölümünə oynayırdıq. Başqa vaxtlar hakimsiz oynasaq da, rus bölməsi ilə oynayanda meydançaya hakim də çıxırdı. Özü də hakimi başqa məktəbdən gətirirdilər ki, tərəfkeşlik etməsin. Çox vaxt hakimliyi də məşhur futbolçumuz Vüqar Nadirovun atası General Ərşad (Qarabağ müharibəsində batalyon komandiri, döyüşlərdə qəhrəmancasına şəhid oldu) edərdi. İndi hakimlər çox vaxt «Neftçi»nin tərəfini saxladığı kimi, General Ərşad da təbii ki, bizə üz görürdü.
«Xəzər Lənkəran»la «Neftçi»dən fərqli olaraq bizim məşqçilərimiz yox idi ki, həftə səkkiz mən doqquz dəyişəydilər. Kapitanların (kapitanlar da adətən vurub-tutan oğlanlar olurdu) sözü və hərdən yağlı söyüşləri uşaqların oyununu tənzimləyirdi. Allahverdi Bağırovun (Qarabağ döyüşlərində şəhid oldu, batalyon komandiriydi, Azərbaycanın Milli Qəhrəmanı) ən ağır bir söyüşü vardı: «Ay səni çörək tutsun».
«Xəzər Lənkəran»la «Neftçi»nin «Böyük oyun»unu çox maraqla izlədim, hətta «Barselona» - «Real» Madrid matçından da maraqlı gəldi mənə. Kövrəldim də. Orta məktəbdə oxuduğum illərdəki top-top oynamağımız gəlib keçdi gözlərimin önündən. Bax, biz də «Xəzər Lənkəran»la «Neftçi» kimi gözəl top-top oynayırdıq. Sadəcə olaraq, bizim məşqçilərimiz yox idi, bir də bunların topu bizim topdan çox bahalıdı. Həm də biz köynəklərimizə nömrələri rənglə yazırdıq, bunların köynəkləri «zavadskoy» yazılıdı.
Aqil ABBAS
"Ədalət" qəzeti
P.S. Və bizim top-top oynadığımız uşaqların çoxu Qarabağ müharibəsində şəhid oldular və elə qaldılar Ağdamda!
Lixtenşteyn - Azərbaycan: Heyətlər
Messi Argentinada xüsusi matçda iştirak edəcək
De Zerbi ən yaxşı oldu
Devid Bekhem ABŞ Şöhrət Zalına daxil ediləcək
Ronaldonun şərəfinə bunu edəcəklər
Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq
Premyer Liqanın ən yaxşı futbolçusu seçildi
"Mingəçevir"də baş məşqçi ayrılığı
İtaliya ilə oyun Dueyə baha başa gəldi - Şəkil
“Mançester Yunayted”də baş məşqçi təyinatı rəsmiləşdi
Keyn millidə mütləq rekordçu oldu
Daha 24 oyunun vaxtı müəyyənləşdi
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcək
Türkiyə millisinin düşərgəsini tərk etdi
Azərbaycan kubokunda 1/8 final - Nə vaxt və harada?
“Qarabağ"dan ayrılmaq istədiyini etiraf etdi! - Müsahibə
Brunu Fernandeş klubun təklifini yenə rədd etdi
Skaloninin Argentina millisi ilə müqaviləsi uzadıldı
De Brüynenin “Napoli”də münaqişəsi böyüyür
“Neftçi”nin legioneri qələbədə iştirak etdi
Millətlər Liqasında daha 10 qarşılaşma
Arda Gülerin möhtəşəm qolu, Türkiyənin məğlubiyyəti - Video
ÇL-də 9 qolla uduzan komandanın baş məşqçisi göndərildi
“Qarabağ”ın legioneri millidə qol ötürməsi etdi - Video
“Mançester Yunayted”in yeni baş məşqçisi müəyyənləşdi
Fransa İtaliyaya uduzdu, İspaniyadan qələbə
Azərbaycan Avropa çempionatını üç medalla başa vurdu
Türkiyə Belçikaya məğlub oldu
“Lixtenşteyndə qələbə qazanmaq istəyirik” - Toral Bayramov
Sneyder bu kluba baş məşqçi təyin olundu
Faciəli hadisədən sonra karyerasını bitirə bilər
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
Rafinyanın yorucu futbol marafonu başlayır
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Keyn millinin gələcək kapitanından danışdı
Vernidubun futbolçusuna verdiyi gözlənilməz dərs
Muslera karyerasını başa vurur?
“Real”ın futbolçusu azarkeşlərə pul payladı - Video
İngiltərə Premyer Liqasında günün ikinci baş məşqçi ayrılığı
Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu