Qəbələyə yolumu tez-tez salıram. Təkcə istirahət etmək üçün yox, əsasən futbola baxmaq üçün. «Qəbələ» «Qarabağ»dan sonra mənim ikinci komandamdı. Region klubu olduğuna görə. Əvvəl «Xəzər Lənkəran»ı da «Qəbələ» kimi sevirdim, təəssüf ki, «Xəzər Lənkəran» kimlərinsə davasının qurbanı oldu.
Əslində «Qəbələ» də yenə kimlərinsə hikkəsinə qurban gedə bilərdi, amma şükürlər ki, bunu bacarmadılar, yaşadı, indi də yaşayır.
Hər il ölkə çempionatında sözünü deyir, eləcə də əvvəllər Avroliqada da bizi sevindirirdi. İnşallah, bu il də sevindirər.
Qəbələdə futbolun inkişafı üçün hər cür şərait yaradılıb. Gözəl stadion, məşq üçün əlavə stadionlar, yüksək səviyyədə, hər cür şəraiti olan baza, futbol akademiyası. Bu akademiyanın məzunları demək olar ki, Azərbaycanın bütün klublarında oynayırlar.
Qəbələnin özü də bir kiçik İsveçrəyə oxşayır. Təkcə təbii mənzərələri ilə yox, abadlığı, səliqəsi, otelləri, istirahət məkanları. Yəni bir sözlə, vaxtilə adi bir qəsəbə olan Qəbələ indi Azərbaycanın ən gözəl bir şəhərinə, cənnətə çevrilib.
Bəs, belə bir şəhərdə futbola maraq niyə azdı? Birini mən deyim, «Qəbələ» komandasının oyunçuları Bakıda yaşayır, yalnız oyun günləri gedirlər Qəbələyə, ya da bir gün qabaq. Qəbələlilər, xüsusilə də uşaqlar, futbolsevərlər, həvəskarlar futbolçularla təmasda olmurlar, onları tanımırlar, onlarla bir çayxanada çay içmirlər, bir yeməkxanada yemək yemirlər. Şəhərdə gəzəndə uşaqlar arxalarınca düşə bilmir, yalvarıb çantalarını əllərindən alıb daşıya bilmir. Necə ki biz vaxtilə Ağdamda Allahverdi Bağırovun, Şəfəq Hümbətəliyevin, Qaraçı Əlövsətin, Elxangülün, Saşanın, Elbrusun çantasını daşımaq üstündə bir-birimizi qırırdıq, istəyirəm ki, Qəbələ uşaqları da öz komandalarının futbolçularının çantasını daşımaq üstündə bir-birini qırsınlar, şəkil çəkdirmək üstündə dalaşsınlar.
Məni həmişə düşündürüb, indi də düşündürür. Niyə «Qəbələ»nin legionerləri, əsas futbolçuları Bakıda yaşamalıdırlar, Qəbələni bəyənməməlidirlər? Əslində onlara Qəbələdə daha gözəl şərait yaradarlar, nəinki Bakıda.
Klubun prezidenti futbolçu ilə (istər legioner, istər yerli) müqavilə bağlayarkən bir şərt də onu sürməlidir ki, Qəbələdə yaşayacaqsınız, məşqləri də Qəbələdə edəcəksiniz. Onda camaat məşqlərə də gedib baxar. Bir canlanma yaranar, qaynayar Qəbələ.
Yoxsa «Qəbələ»nin bir günlük Qəbələyə oyuna getməsi elə «Keşlə»nin adını dəyişib «Şamaxı» qoyub Şamaxıya getməsi kimi bir şeydi.
Bu mövsüm bitdi. Dostum, komandanın prezidenti Farizdən xahiş edirəm ki, növbəti ildə bu barədə fikirləşsin.
Yoxsa nə gözəl stadion tikirsən tik, nə gözəl baza yaradırsan yarat, çempion ol, kubok al xeyiri yoxdu, Qəbələdə futbol olmayacaq.
Qəbələdə futbolun olması üçün komanda həmin şəhərdə yaşamalıdır. Futbolçular o şəhərin bazar-dükanına getməlidir, çayxanasında çay içməlidir, yuxarıda dediyim kimi, camaatla təmasda olmalıdır.
Bir də sözüm pullu klublaradı. Baxıram, Azərbaycan çempionatında bərk gedən komandalarda da, adi komandalarda da ən yaxşı oyunçular nə vaxtsa «Qəbələ»də oynayıblar. Pullu komandalar «Qəbələ»nin kasıblığından istifadə edib həmin oyunçuları oğurlayırlar. Özləri yetişdirə bilmir, ona görə də «Qəbələ»nin yetişdirdiyinə göz dikirlər.
Deyəcəksiz bazar iqtisadiyyatıdı. Bu hərəkətin bazar iqtisadiyyatına heç bir dəxli yoxdu. Bu bazar iqtisadiyyatı yox, bazardı.
Eşitdim ki, «Qarabağ» bu həftə Qəbələdə qalacaq. Çox sevindim. Deməli, bir həftə Qəbələdə futbol bayramı olacaq.
«Qəbələ»yə uğurlar arzulayıram. Komandanın prezidenti Fariz Nəcəfova və baş məşqçi Elmar Baxşıyevə də demək istəyirəm ki, düzgün yoldasız, möhkəm olun və futbolçularınızı da qoruyun.
Aqil Abbas
Lixtenşteyn - Azərbaycan: Heyətlər
Messi Argentinada xüsusi matçda iştirak edəcək
De Zerbi ən yaxşı oldu
Devid Bekhem ABŞ Şöhrət Zalına daxil ediləcək
Ronaldonun şərəfinə bunu edəcəklər
Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq
Premyer Liqanın ən yaxşı futbolçusu seçildi
"Mingəçevir"də baş məşqçi ayrılığı
İtaliya ilə oyun Dueyə baha başa gəldi - Şəkil
“Mançester Yunayted”də baş məşqçi təyinatı rəsmiləşdi
Keyn millidə mütləq rekordçu oldu
Daha 24 oyunun vaxtı müəyyənləşdi
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcək
Türkiyə millisinin düşərgəsini tərk etdi
Azərbaycan kubokunda 1/8 final - Nə vaxt və harada?
“Qarabağ"dan ayrılmaq istədiyini etiraf etdi! - Müsahibə
Brunu Fernandeş klubun təklifini yenə rədd etdi
Skaloninin Argentina millisi ilə müqaviləsi uzadıldı
De Brüynenin “Napoli”də münaqişəsi böyüyür
“Neftçi”nin legioneri qələbədə iştirak etdi
Millətlər Liqasında daha 10 qarşılaşma
Arda Gülerin möhtəşəm qolu, Türkiyənin məğlubiyyəti - Video
ÇL-də 9 qolla uduzan komandanın baş məşqçisi göndərildi
“Qarabağ”ın legioneri millidə qol ötürməsi etdi - Video
“Mançester Yunayted”in yeni baş məşqçisi müəyyənləşdi
Fransa İtaliyaya uduzdu, İspaniyadan qələbə
Azərbaycan Avropa çempionatını üç medalla başa vurdu
Türkiyə Belçikaya məğlub oldu
“Lixtenşteyndə qələbə qazanmaq istəyirik” - Toral Bayramov
Sneyder bu kluba baş məşqçi təyin olundu
Faciəli hadisədən sonra karyerasını bitirə bilər
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
Rafinyanın yorucu futbol marafonu başlayır
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Keyn millinin gələcək kapitanından danışdı
Vernidubun futbolçusuna verdiyi gözlənilməz dərs
Muslera karyerasını başa vurur?
“Real”ın futbolçusu azarkeşlərə pul payladı - Video
İngiltərə Premyer Liqasında günün ikinci baş məşqçi ayrılığı
Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu