Neçə illər bundan əvvəl Yaponiya futbol ölkəsi sayılmırdı. Oturdular kimanolarını soyunub qoydular qabaqlarına, fikirləşdilər neyləsinlər və bir dövlət proqramı qəbul etdilər futbolla bağlı. Braziliyanın ən yaxşı oyunçularından biri sayılan Zikonu Yaponiyaya dəvət etdilər. Önünə şərtlər qoydular və Zikonun da şərtlərini qəbul etdilər. Və Ziko gələndə bizim De Byazi kimi boxçasını götürüb gəlməmişdi, layihə ilə gəlmişdi. Və həmin layihənin əsasında da Yaponiyada futbol qurdu. Özü də çox qısa bir müddət.
Və indi Avropanın ən məşhur klublarında yapon futbolçuları oynayır, futbolçu ixrac edən ölkəyə çevrilib. Özü də Asiyada ən gözəl futbol ölkəsi sayılır. Təbii ki, Cənubi Koreyanı çıxmaq şərtilə.
Azərbaycanda da futbolun inkişaf etdirilməsi ilə bağlı Dövlət Proqramı hazırlandı, hətta Möhtərəm Prezident İlham Əliyev bununla bağlı sərəncam da verdi. 2005-ci il oktyabrın 10-da - 2005-2015-ci illər, 10 il müddətə. Ölkədə nə qədər stadion tikildi, hələ mən Olimpiya Komplekslərindəki stadionları nəzərdə tutmuram, Uşaq Futbol Akademiyaları yaradıldı. Çox qəribədir ki, prezidentin məlum sərəncamına qədər Azərbaycanda yüksək liqada gərək ki, 16 komanda yarışırdı.
Çox təəssüf ki, işi iş bilməyənə tapşırdılar və nəticədə nəinki futbolumuz inkişaf elədi, əksinə, gündən-günə uçuruma getdi. Ölkə çempionatı Bakı çempionatına çevrildi. Regionlarda futbol demək olar ki, məhv oldu.
Hanı «Xəzər-Lənkəran», hanı «Kür-Mingəçevir» (vaxtilə «Toxucu» adı ilə SSRİ-nin «B» qrupunda oynayırdı), necə oldu vaxtilə yüksək liqada oynayan Gəncənin «Dinamo» komandası, hanı Azərbaycanın ən böyük futbol məktəbi olan Tovuzun «Turan»ı, Zaqatalanın «Simurq»u, Yevlaxın «Karvan»ı (gərək ki, ölkə kubokunu da almışdı), İmişlinin «Araz-MKT»-si, Masallının «Viləş»i, hanı «Şahdağ», Bərdənin «Pambıqçı»sı və ya «ABN»-i, Naxçıvanın «Araz»ı? Mən hələ Şəmkirin «Şəmkir»indən, Qazaxın «Göyəzən»indən danışmıram.
Prezidentin məlum sərəncamında belə bir yer var ki, vaxtilə Azərbaycanda 200 min adam futbolla məşğul idi , indi bu rəqəm 74 minə düşüb.
Məlum sərəncamı yerinə yetirməli olan insanlara bir sualımız var. İndi Azərbaycanda nə qədər gənc futbolla məşğul olur? Yəqin ki,10-15 mini keçməz.
Gələk Lüksemburqa. Gün ərzində nə qədər sayt eyni sualları verib və nə qədərinin də ya suallarına cavab verməmişəm, ya da telefonu açmamışam.
Əsasən suallar da belədir: Lüksemburq kimi cırtdan ölkəyə niyə uduzduq?
Dostlar, əvvəla Lüksemburq cırtdan ölkə deyil. Əgər futbol əhalinin sayı ilə götürülsə onda gərək Çinlə Hindistan hər dəfə Dünya Çempionatının finalında oynaya və hansısa çempion ola.
Gələk Lüksemburqa. Bəli, əhalisi çox azdı - 630 min (Gəncənin əhalisindən 130 min artıqdı). Ərazisi də təxminən 2500 kv.km. Ölkədə yüksək liqada16 komanda var, birinci divizionda isə yenə 16 komanda iştirak edir. Yəni bütövlükdə 32 futbol klubu var. Və təbii ki, hər klubun da stadionu yoxdu. Hər klub özünə bir stadion tiksə, ölkənin ərazisi çatmaz. Onların da U-17-ləri, U-19-ları, U-21-ləri var.
Yəni Lüksemburqa yuxarıdan aşağı baxmayın. Düzdür, 7-8 il bundan qabaq orda da futbol Azərbaycanın günündəydi, amma oturdular, onlar da proqram tutdular və futbolu inkişaf etdirdilər.
Və bu gün Lüksemburq da Avropanın bahalı klublarına futbolçu ixrac edir. Milli komandalarında oynayanların əksəriyyəti İngiltərənin, Fransanın, Almaniyanın, İtaliyanın klublarında top qovalayırlar.
Bəsdir Azərbaycana kənardan məşqçi gətirdiniz. Bizə Azərbaycan dilini, Azərbaycan mentalitetini bilən, Azərbaycanın futbol təsərrüfatından xəbəri olan məşqçi lazımdır. Hanı Arif Əsədov, Yunis Hüseynov, Vəli Qasımov, Rəşad Sadıqov, Yaşar Vahabzadə, elə götürək «Neftçi»nin məşqçisi Samir Abasovu, düzdür, bir az cığaldı, kəmhövsələdi, eybi yox, bu da lazımdır. Hanı Ramiz Məmmədov? «Neftçi»ni axırıncı yerdən götürüb Avropaya aparan Tərlan Əhmədov?
Seyran Səxavət «Qədir Rüstəmovla Ağdamda atüstü söhbət»ində Qədirdən soruşur ki, yəqin uşaqlara arvad qohumlarının adını qoymusan?
Qədir Rüstəmov:
- Niyə, bizimkilər qırılıb qurtarıb ki?
İndi Qədirin sözü olmasın, bizim məşqçilər qırılıb qurtarıb ki? Uduzuruq, heç olmasa özümüzünkülərlə uduzarıq, həm də tərcüməçilərə verəcəyimiz pullara da qənaət edərik.
Hətta öz hakimlərimiz də qırılıb qurtarıb deyəsən, Komitə sədrini də xaricdən gətirmişik, adı Ştuxlixdi-nədi, bilmirəm. O gələndən də hakimlər o qədər səhv edir ki, axırda ya Samir Abasov, ya da Rəşad Sadıqov girib meydançada hakimləri döyəcəklər. Özü də düz edəcəklər.
Aqil ABBAS
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi