«İnter» komandasının adını dəyişib heç bir məna daşımayan «Keşlə» qoyublar. «Keşlə» deyən kimi də adamın gözünün qabağına ordakı «Bombey məhlələri» düşür. «İnter»in sabiq bolqar prezidenti də çox yaxşı bir ironiya edib. Deyib ki, barı heç olmasa Zabrat qoyaydılar.
Bölgələrimizdə futbol ölür. Futbol deyəndə elə idmanın bir çox növü. Yüksək liqamızda bircə bölgə komandası var «Kəpəz», qalanları Bakıdadı. Bu Azərbaycan çempionatı deyil, Bakı çempionatıdı. Bir sözlə, hamını yığırıq Bakıya, bir də görəcəyik Bakı əyildi.
Dünən Azərbaycan futbolunda sözü və yeri olan, beynəlxalq dərəcəli hakim Tahir Süleymanovla bir telefon söhbətimiz oldu. Elə bu «İnter»lə bağlı. Tahir müəllim, çox ciddi və ağıllı bir təklif irəli sürdü. Bildirdi ki, «İnter»i Mingəçevirə köçürməliyik, adı da olsun «Kür». Mingəçevirdə futbolun inkişafı üçün hər cür şərait var, həm gözəl stadionu var, həm də güclü maddi-texniki bazası var. Klubun burda fəaliyyət göstərməsi üçün heç bir əngəl yoxdu. Onu da vurğuladı ki, Mingəçevirdə həmişə futbol olub, hətta SSRİ çempionatında iştirak ediblər. Komandanın da adı o vaxt «Toxucu» idi. Və həmin komanda da ölkənin əsas komandası olan «Neftçi»yə həmişə bacarıqlı futbolçular verib. Əsas məsələnin də biri odur ki, Mingəçevirdə futbolu sevirlər, özü də 120 min nəfərlik inkişaf etmiş bir sənaye şəhəridi.
Məmnuniyyətlə, görkəmli referimizin bu təklifini dəstəkləyirəm və alqışlayıram.
AFFA, bəlkə Tahir Süleymanovu bu dəfə eşidəsiniz? Həm bir şəhəri sevindirmiş, həm də bölgələrimizdə futbolun inkişafına xidmət etmiş olursunuz.
Aqil ABBAS
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video