Bu ifadə mənim deyil. Dünən sosial şəbəkələr partlayırdı, hamı "Qarabağ"dan yazırdı. Hər kəs öz sevgisini özünəməxsus tərzdə ifadə edirdi.
"Benfika"»nı da gətirin qoyaq Qənimətlər Parkına». Bir nəfər də belə yazmışdı. Çox gözəl idi. Xeyli güldüm. Hikmət Mirzəyevin Xüsusi təyinatlıları necə Qarabağda erməniləri tapdalayıb keçdisə, Qurban Qurbanovun da "xüsusi təyinatlıları", ayğır atları Lissabonda "Benfika"nı elə tapdalayıb keçdi.
Özü də təkcə "Benfika"nı yox, stadiondakı 40-50 min azarkeşi də tapdayıb keçdi.
Azarkeş demişkən, biz Avropa komandalarından təkcə futbol oynamağı öyrənməli deyilik, həm də azarkeşliyi öyrənməliyik. Bütün matç boyu stadion xorla oxuyurdu, öz komandalarına dəstək verirdi. Və bütün stadion "Benfika"nın formasını geyinmişdi.
Görəsən, «Qarabağ»ın, «Neftçi»nin, «Sabah»ın, "Zirə"nin, "Turan"ın nə qədər yox ey, neçə azarkeşi futbola gələrkən öz sevimli komandalarının maykasını geyinir – 50, 100?
Xalqımız oxumağı sevən xalqdı, amma bir dəfə də stadionda xorla oxuyan görmədik.
Oyunu Qurban Qurbanovun təmkini və soyuqqanlığı apardı. Məmməd Arazın bir şeiri var:
Çox çaparaq atlını
Təmkin atımla keçdim.

İndi Qurban Qurbanov da çox çaparaq komandaları özünün təmkin atıyla keçir. Futbolçularımız sonadək dör-dör döyüşdülər. Və sübut elədilər ki, məsələ pulda deyil, "Qarabağ"ın 24 milyondu büdcəsi, "Benfika"nın 300-400 milyon, məsələ ürəkdədi, qandadı, ruhdadı. Qurban Qurbanov futbolçularına bunu aşılaya bilib.
Mən həmişə "Qarabağ"ın oyununa xanımımla birgə baxıram. Qapımıza ilk top vurulandan sonra çönüb mənə baxdı və dedi:
- Narahat olma. Qurbanın at işləməz yolları var. Fasilədə futbolçulara elə bir motivasiya verəcək ki, "Qarabağ" bu oyunda qalib gələcək.
Xanımımı da özüm kimi "Qarabağ"ın xəstəsi etmişəm. Onun dediyi kimi də oldu.
Bu bir futbol matçı deyildi, bu bir tamaşaydı, bu bir filmiydi, "Koroğlu" operasıydı. Amma bu operanın müəllifi Üzeyir Hacıbəyov deyildi, dirijoru da
Niyazi deyildi, bu operanın müəllifi də, Maestrosu da Qurban Qurbanovuydu.
Təkcə Qurban xocanı və futbolçuları deyil, bütün futbolsevərləri təbrik edirəm. "Qarabağ" bizə bayram yaşatdı.
Çox qəribədi, həmin gün Cənab Prezident, Ali Baş Komandan Birləşmiş Ərəb Əmirliyinin prezidenti ilə Cıdır düzündə Qarabağ atlarının şousuna tamaşa edirdilər. Çaparlar öz ustalıqlarını nümayiş etdirirdilər.
Axşam da Qurban Qurbanovun atları Lissabonda həmin şounu təkrar elədilər.
Yəqin Santuş oyuna baxıb xəcalət çəkirdi, əgər onda xəcalət hissi varsa.
Yeri gəlmişkən bir təbrik də oyunu şərh edən Tural Dadaşova düşür. 40-50 min “Benfika” azarkeşinin səsini öz səsilə batırırdı.
Aqil Abbas
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da