Atıb abrı-həyanı mən yaxına gələrək,
qucdum ağcaqayını özgənin arvadı tək
Rusiyanın ölməz şairi Sergey Yeseninin bu misraları Şukşinin sözü olmasın, adamı spirt kimi yandırır. Yandırmır ey, lap cızdağını çıxarır. Yeseninin bu misralarının mənim yazacağıma bəlkə də o qədər də dəxli yoxdur, amma yazıram da.
Əcnəbi məşqçiləri gətirib Azərbaycan çempionatına doldurmağı, onlara sevgini başa düşə bilmirəm.
"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadovu çıxartdılar, yerinə də yenə bir xarici məşqçi gətirmək istəyirlər. Adı deyəsən, Baqadı. Bu məşqçi əvvəllər də «Sumqayıt»a rəhbərlik edib, amma heç bir nailiyyət qazanmayıb, əksinə, Baqa «Sumqayıt»ı baqaja qoyub.
Deyək ki, Vaqif Cavadov istəyinə nail ola bilmədi, axı nə yatdı ki, nə yuxu görə. Ona bir az möhlət vermək lazımdı, vaxt vermək lazımdı komandanı özü formalaşdıra bilsin. Öz taktika və strategiyasını futbolçulara mənimsədə bilsin.
Qurban Qurbanov «Qarabağ»a gələn kimi güllük-gülüstanlıq yarada bilmədi axı, iki-üç il komandanı formalaşdırdı. İndi təkcə Azərbaycan çempionatında yox, Avropada da meydan sulayır.

Bir futbol mövsümündə «Səbail»in baş məşqçisini üç dəfə dəyişdilər. Şahin Diniyev kimi bir mütəxəssisə dedilər ki, gedə bilərsən. Nə oldu, «Səbail» yüksək liqadan düşdü və «Qəbələ», «Şamaxı» kimi yenidən özünü toparlayıb yüksək liqaya qayıdacağına da heç kimin ümidi yoxdur. Bu komandanın taleyi sual altındadır. Üç-dörd babat futbolçusunu da yəqin ki, başqa klublar oğurlayıb aparacaq.
Azər Bağırov «Kəpəz»i hansı vəziyyətdə götürdü və qarşıya qoyduğu məqsədə də nail oldu, komandanı yüksək liqada saxladı. Ön cərgədə olmasa da komanda gözəl, ağıllı oyunları ilə hamını həm təəccübləndirdi, həm də sevindirdi.
İndi deyirlər ki, Azər Bağırovu da yola salıb yerinə əcnəbi məşqçi gətirmək istəyirlər.
Yadınıza düşürsə, bir ara söhbət gəzirdi ki, hakimləri də xaricdən dəvət eləsinlər. Bu lap biabırçılıq idi, yaxşı ki, baş tutmadı.
İndi belə getsə qorxuram ki, AFFA-nın prezidentini də, baş katibini də xaricdən gətirələr.
Atıb abrı-həyanı mən yaxına gələrək,
Qucdum əcnəbi məşqçini gözümün işığı tək.
Və futbolumuzu kor qoydum!
Aqil Abbas
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar