“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı

“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
DÜNYA FUTBOLU 24 Oktyabr 2026 / 18:34 274
-  A +

“Beşiktaş”ın müdafiəçisi Ümit Akdağın sağ əlində sınıq aşkarlanıb.

QOL.az xəbər verir ki, bu barədə İstanbul klubu məlumat yayıb. 23 yaşlı futbolçunun sağ əlində metakarpal sümüyün yerdəyişməsiz sınığı müəyyən edilib və onun müalicəsinə başlanılıb.

Akdağ UEFA Avropa Liqasında “Kristal Pelas”la matçda “Beşiktaş”ın start heyətində ilk dəfə meydana çıxıb. Gənc müdafiəçi görüşün 78-ci dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Qeyd edək ki, zədəsi səbəbindən Akdağ “Başakşehir”lə qarşılaşmanı buraxacaq. Onun növbəti həftə xüsusi sarğı ilə meydana qayıtması mümkündür. Futbolçunun yaşıl meydanlara dönüşü müalicənin gedişindən asılı olacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner