“Bavariya” baş məşqçisi Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama yayıb.
QOL.az xəbər verir ki, 40 yaşlı mütəxəssis ehtiyat komandanın məşqi zamanı huşunu itirdikdən sonra helikopterlə Münhendəki xəstəxanalardan birinə aparılıb.
Klub Kompaninin hazırda xəstəxanada müayinədən keçdiyini və həkimlərin nəzarəti altında olduğunu bildirib.
“Cümə günü Vensan Kompani “Bavariya”nın ikinci komandasının məşqi zamanı huşunu itirdikdən sonra tibbi yardıma ehtiyac duyub. Əsas komandanın baş məşqçisi ehtiyat heyətin məşqində iştirak edirdi.
Hazırda Kompani xəstəxanada hərtərəfli müayinədən keçir və həkimlərin nəzarəti altındadır. Hələlik onun məşqçilər korpusu bütün məşq və oyun proseslərinə rəhbərlik edəcək”, – deyə klubun bəyanatında bildirilib.
“Bavariya”nın idman məsələləri üzrə idarə heyətinin üzvü Maks Eberl də baş məşqçinin vəziyyəti ilə bağlı danışıb.
“Kompaninin sağlamlığı bizim üçün əsas prioritetdir. “Bavariya” olaraq onun mümkün qədər tez sağalması üçün əlimizdən gələni edəcəyik. Vinni bütün zəruri tibbi yardımı və dəstəyi alır.
Ona nə qədər vaxt lazım olsa, gözləyəcəyik. Tam etibar etdiyimiz məşqçilər korpusu onun vəzifələrini icra edəcək. “Bavariya”da hər kəs Vinninin tezliklə sağalmasını arzulayır”, – deyə Eberl söyləyib.
Qeyd edək ki, “Bavariya” oktyabrın 25-də Bundesliqanın növbəti turunda səfərdə “Frayburq”la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər