PSJ azarkeşləri Fransa Liqa 1-in “Lion”la oyunun vaxtını dəyişdirməsindən narazı qalıblar.
QOL.az xəbər verir ki, çempionatın 8-ci turu çərçivəsində oktyabrın 25-də keçirilməsi planlaşdırılan qarşılaşma bir gün sonraya – oktyabrın 26-na təxirə salınıb. Bakı vaxtı ilə saat 00:30-da başlayacaq matç “Qızıl top” mükafatının təqdimetmə mərasimi ilə eyni vaxta düşəcək. PSJ-nin 10 futbolçusu bu mükafata namizəddir.
Azarkeşlər qərarla bağlı sosial şəbəkələrdə, xüsusən də “X” platformasında narazılıqlarını bildiriblər.
Youssnk adlı istifadəçi oyunu boykot etməyə çağırıb: “Gəlin, matçı boykot edək. Gəlin, taleyimizi sınağa çəkməyək”.
"JoaoDependance" adlı azarkeş isə qərarı biabırçılıq adlandırıb. O, PSJ-nin 10 futbolçusunun “Qızıl top”a namizəd olduğunu, klubun beynəlxalq arenada Fransa futbolunun nüfuzunu artırdığını və ölkə reytinqinə xallar qazandırdığını vurğulayıb. Azarkeş həmçinin futbolçuların mərasimdə iştirak edə bilməməsini və bazar ertəsi işdə olan insanların stadiona gəlmək imkanının nəzərə alınmamasını tənqid edib.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi
İngiltərə klubunda yeni baş məşqçi
Ronaldonun oğlu U-17 millisində debüt etdi
Ançelotti onu istefaya çağıran Romarioya cavab verdi
Portuqaliya millisindən ayrıldılar
“Xankəndi” tarixi oyuna hazırlaşır - Müsahibə
Lukaku milli karyerasını başa vurdu
Yassin Benzia bu kluba keçdi
Yamal onu təhqir etdi
İspaniyanın məğlubiyyətsizliyinə son qoyuldu
Uqo Lloris ilkə imza atdı