Ağdamda Qaradağlı kəndində məşhur bir kolxoz sədri vardı, Sosialist Əməyi Qəhrəmanı idi - Turab Məmmədov.
Çox gözəl insan idi. Camaatını çox sevirdi, camaat da onu sevirdi. Saytal kişi idi, Qarabağın ağsaqqallarından idi. Ən çətin anlarda kolxozçuların köməyinə çatardı. Kim səhv edərdisə Turab əmi o səhvi boynuna götürər və düzəldərdi.
Kolxoz iclaslarının birində zalda oturanlardan biri özündən asılı olmayaraq yazmağı mümkün olmayan çox biədəb hərəkət edir (yəqin başa düşdünüz). Hamı çevrilib ona baxır. O isə yazıq-yazıq Turab əmiyə baxır, gözləri ilə yalvarır ki, məni bu vəziyyətdən çıxart.
Turab əmi başını yırğalayıb deyir:
- Ay oğul, Turaf əmi buna neynəsin?!
Mən həmişə Şahruddini müdafiə etmişəm və edəcəyəm də. Dünənki oyunda buraxdığı kobud səhvdən sonra bütün dostlar mənə zəng edirdi ki, bu nə idi?
Yadıma Turab əminin sözləri düşdü, xeyli güldüm:

Turab Məmmədov
- Ay Şahruddin, Aqil əmi buna neynəsin?
Və yenə Şahruddini müdafiə edirəm. Bu, futboldu, səhv ola bilər. Amma oyunda nə qədər ağır topları çıxara bildi, linç etməyin. Çünki sabah da oynayacaq, ruhdan salmaq lazım deyil.
"Qarabağ" komandası çox gözəl oynadı. Fransızlara göstərdi ki, biz də futbol oynaya bilirik, özü də o boyda azarkeş basqısının altında. Düzdür, "Qarabağ" qol vuranda necə bağırdımsa qonşular gəldi ki, sizdə nə olub? Xanımım dedi ki, heç, futbola baxır.
Yeri gəlmişkən, "Qarabağ"ın oyununa adətən xanımımla baxıram, o da naxoşlayıb. O da mənim kimi bəzən yerində otura bilmir, durub ayaq üstə baxır.
Televizoru açmışam "Barselona" ilə "Real" Madrid oynayır. Gəldi gördü futbola baxıram, soruşdu ki, kim oynayır? Dedim, "Barselona" ilə "Real" Madrid.

Əlini yelləyib:
- Eh, mən də elə bildim "Qarabağ" oynayır - dedi və çıxdı getdi.
"Qarabağ"ı gözəl oyuna görə təbrik edirəm. Futboldu, udmaq da var, uduzmaq da. Kişi kimi oynadınız, kişi kimi də uduzdunuz.
Qurban Qurbanova və onun köhlən atlarına inanıram və uğurlar arzulayıram. Və inanıram ki, nemeslərə burda ot yolduracaqlar.
"Qarabağ Azərbaycandır!
Aqil Abbas
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı