Qarabağ atları finişə 4 dəqiqə qalmış büdrədi. Eybi yox, hələ çox finişlər olacaq. Bizə o qədər sevinc bəxş edəcəklər. Düzdür, dilxorçuluq oldu, amma buna üzülmək lazım deyil. Bu futboldu, eləsi də var, beləsi də. Ötən mövsüm dünyanın bir nömrəli futbolçusu Messi gərək ki, 9 penalti qaçırmışdı. Onu nə güllələdilər, nə komandadan qovdular, nə də maaşını kəsdilər. Yenə də hamının sevimlisidi.
Əsas odur ki, «Qarabağ» gözəl bir oyun sərgilədi və bunu hamı deyir. Düzdür, mən izləyə bilmədim, çünki dəfələrlə demişəm, yenə deyirəm, mən «Qarabağ»ın və Türkiyənin milli komandasının oyunlarına artıq bir ildən çoxdur ki, baxa bilmirəm, həddindən artıq həyəcanlanıram və qorxuram. Və zarafatla onu da demişəm ki, Azərbaycan milli komandasının oyununa baxa bilirəm, niyə həyəcanlanım ki? Onsuz da bilirəm ki, uduzacaqlar.
Bir rus yazıçısının sözüdü deyəsən. Deyir ki, hamı üç şeyin professorudu: futbolun, kinonun və polisin. Şərhçilərimizin nəinki Qurban Qurbanova, Böyükağa Hacıyevə, hətta Maurinoya məsləhət vermələrini çox eşitmisiniz: bunu belə etməliydi, elə etdi, bu oyunçunu nahaq dəyişdi, gərək filankəsi öndə oynadardı və sair və ilaxır. Eləcə də rejissor gərək bunu belə çəkərdi, polis cinayəti bu cür açmalıydı və sair və ilaxır.
Vaqif Cavadovun «Qarabağ»da oynadığı vaxtlarıydı. Yığışmışdıq Şərəf tribunasına. Füzuli Cavadov da oturmuşdu yanımızda. O qədər Vaqif Cavadovun oyununu yorumladılar ki, axırda dözmədi durub yarımçıq getdi və gedəndə də dedi:
- Balam, burdakılar hamı futbol professorlarıdı ki?!
İndi xahiş edirəm «Viktoriya» ilə oyuna və eləcə də Qurban Qurbanovun məşqçiliyinə az professorluq edin. Buraxın bu işi mütəxəssislərin üzərinə: Böyükağa Hacıyevin, Ağasəlim Mircavadovun, Tahir Süleymanovun, Rüstəm Rəhimovun, Vaqif Sadıqovun. Qoy onlar Qurbanovla dərdləşsinlər, nəyi necə eləmək olar.
Vaxtilə dünya şahmatla yatıb-oyananda SSRİ-nin as şahmatçıları dünya çempionatı öncə finala çıxmış Sovet şahmatçısı ilə oturub oynayacaq oyunları müzakirə edirdilər, məsləhətləşirdilər. Əlbəttə ki, son söz şahmat taxtasının arxasında oturanın idi.
Belə prinsipial oyunlarda da ola bilər ki, bizim as məşqçilərimiz də yığışıb bir yerdə rəqib komandanın oyunlarını ən xırda detallarına qədər təhlil edə bilərlər, məsləhətləşə bilərlər. Amma yenə son söz Qurban Qurbanovundu, Qriqorçukundu, Vəli Qasımovundu, Şahin Diniyevindi.
Mən bu yazını niyə yazdım? Əvvəla, «Qarabağ»ı gözəl oyun sərgilədiyinə görə alqışlayıram, məşqçini də, bütün komandanı da. İkincisi, komanda udanda nənəm də qol götürüb oynayar, əsas odur ki, komanda uduzanda, büdrəyəndə ona dəstək olasan, ona arxa durasan, onu yenə alqışlayasan, ruh verəsən, ruhdan salmayasan.
Rəşad Sadıqovun bir sözü məni bir qədər kövrəltdi. Deyir ki, bundan sonra toparlanmaq çox çətindi. Çətin deyil, qardaş, elə qəşəng toparlanacaqsız. Çünki arxanızda sizi sevən milyonlarla insan var.
Yenə bu oyunda olduğu kimi, azarkeşləriniz sizi tək qoymayacaq, bu oyunda olduğu kimi stadionda boş yer qalmayacaq, bu oyunda olduğu kimi sizi alqışlayacaqlar. Beş-on nəfərin sözü də sizi incitməsin. Vallah, onlar da sizləri sevirlər ey, amma yandıqlarından giley-güzar edirlər.
Azarkeşləri alqışlayıram və onlara təşəkkür edirəm, komandalarımızı sevək ki, onlar da bizi sevindirsinlər.
Ayın 2-də hamımız «Qarabağ»lı olduğumuz kimi, ayın 4-də də hamımız «Qəbələ»li olacağıq. «Qəbələ»yə qələbə arzulayıram. Kim bilir bəlkə Avroliqanın final oyununu «Qarabağ»la «Qəbələ» Bakı Olimpiya stadonunda oynayacaq.
Aqil ABBAS
P.S. Rəşad Sadıqovun bir məşhur sözü tez-tez yadıma düşür və ləzzət edir. Azərbaycan milli komandası yadımdan çıxıb, hansısa dünya lideri olan bir ölkənin komandası ilə oynayırdı, uduzdu. Həmin komandada da təxminən Messi, Ronaldo, Suarez, Məsut Özil kimi dünya ulduzu olan bir hücumçu da oynayırdı. Oyundan sonra hamı düşmüşdü Rəşad Sadıqovun üstünə ki, sən onun qarşısını niyə ala bilmədin. Rəşad Sadıqov da çox tutarlı bir cavab vermişdi:
- Mən onun qabağını kəsə bilsəm, gedib «Barselona»da, «Milan»da oynayaram da, burda nə işim var?!
"Turan Tovuz"da ayrılıq
İlin ən güclü klubu bəlli oldu
Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu oldu
Dünyanın ən yaxşı hücumçusu bilindi
İngiltərə klubu baş məşqçisi ilə yollarını ayıra bilər
PSJ-nin 2 futbolçusu ilin ən yaxşısı seçildi
İlin komandasında kimlərin adı var?
Hoylund dubl etdi, "Napoli" qalib gəldi
Millidən gələn təklifi rədd etdi
"O, topa zərbə vura bilmirdi"
Hakimi zədəsini sağaltdı, kubok oyununda meydanda olacaq
"Bavariya" 2 futbolçusunun müqaviləsini uzadır
“Qarabağ”ın qapıçısı Almaniyadan təklif alıb
Klubun 40 azarkeşi həbs olundu
Sinenkadan rekord, Şahrudindən uğurlu seriya
"Qalatasaray" və "Fənərbaxça" onu hədəfə aldı
“Əl-İttihad” rəsmisindən Vinisius açıqlaması
"Valensiya"nın məşqçisi 3 övladı ilə gəmidə batdı
40 yaşında 40 qol vurdu
"Qarabağ" Braziliya klubu ilə razılaşmadı
İsko 1 ay oynamayacaq
Roman Qriqorçuk qayıdır
Ronaldonun dubl etdiyi oyun - Video
WKF-dən Rafael Ağayevlə bağlı paylaşım - Şəkillər
“Atletiko”nun sabiq futbolçusu Braziliya klubunda
111 ildən sonra 11 qələbə rekordu
Kenan qol vurdu, "Yuventus" qalib gəldi - Video
"Bavariya" onunla yeni müqavilə imzaladı
"Aston Villa" "Çelsi"ni belə məğlub etdi - Video