İspaniyadan acı xəbər gəldi

İspaniyadan acı xəbər gəldi
DÜNYA FUTBOLU 3 Noyabr 2026 / 13:16 583
-  A +

İspaniyanın “Tenerife” klubunun futbolçusu Xesus de Migel 30 yaşında dünyasını dəyişib.

QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İspaniya Sequndasının 12-ci turunda “Andorra” ilə keçirilən matçın son dəqiqələrində rəqib komandanın qapıçısı Xesus Ovononun sinəsinə zərbəsindən sonra De Migel yerə yıxılıb. Futbolçunun səhhətində yaranan problemlə görə 2:2 hesabı ilə davam edən qarşılaşma dayandırılıb.

30 yaşlı hücumçu xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsi ilə  onu həyata qaytarmaq mümkün olsa da, De Migel noyabrın 3-də səhər saatlarında xəstəxanada vəfat edib.

Qeyd edək ki, futbolçu noyabrın 2-dən xəstəxanada müalicə alırdı. Onun reanimasiyada olduğu müddətdə sərbəst nəfəs aldığı bildirilirdi.


Qarabağ FK
Son xəbərlər
topaz banner