“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?

“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
DÜNYA FUTBOLU 2 Noyabr 2026 / 13:37 346
-  A +

“Bavariya”nın futbolçusu Maykl Olise zədə səbəbindən Çempionlar Liqasında “Atletiko” ilə keçiriləcək oyunda iştirak etməyə bilər.

QOL.az xəbər verir ki, bu barədə Fransanın “L'Équipe” nəşri məlumat yayıb.

24 yaşlı vinger Bundesliqanın 9-cu turunda Dortmund “Borussiya”sı ilə matçda (2:2) sağ dizindən zədə alıb. O, bazar günü Münhen klubunun məşq bazasında müalicəsini davam etdirib.

Futbolçunun bərpa müddəti hələlik məlum deyil. Olise bu gün tibbi müayinədən keçəcək. Müayinənin nəticələrinə əsasən, onun komanda ilə birlikdə Madridə yollanıb-yollanmayacağı müəyyənləşəcək.

Qeyd edək ki, Olise cari mövsüm Bundesliqada keçirdiyi 8 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Çempionlar Liqasında isə 2 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.


Qarabağ FK
Son xəbərlər
topaz banner