Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir

Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
XƏBƏR 3 Noyabr 2026 / 15:28 1033
-  A +

İspaniyanın “Andorra” klubunun qapıçısı Xesus Ovono “Tenerife”nin hücumçusu Xesus de Migelin ölümündən sonra ağır psixoloji sarsıntı keçirir.

QOL.az xəbər verir ki, “Sport.es” nəşrinin məlumatına görə, futbolçular İspaniya Sequndasının 12-ci turunda keçirilən “Tenerife” – “Andorra” matçının (2:2) sonlarında toqquşublar. Sinəsindən zərbə alan 30 yaşlı hücumçunun ürəyi dayanıb. O, noyabrın 3-də xəstəxanada vəfat edib.

Hadisədən sonra Ovono de Migelin səhhəti ilə yaxından maraqlanıb. “Andorra” klubunda bildirilib ki, qapıçının rəqibinə xəsarət yetirmək niyyəti olmayıb. Bununla belə, faciəvi nəticə futbolçunu ciddi sarsıdıb.

Ovono oyundan sonra böyük təzyiqlə də üzləşib. Ona qarşı “qatil” ifadəsi səsləndirilib. Sosial şəbəkələrdə aldığı mesajlara görə qapıçı hesabını silmək məcburiyyətində qalıb.
Bütün bu müddətdə Ovono “Andorra” klubunun nümayəndəsi və tibbi heyəti vasitəsilə de Migelin vəziyyətini izləyib.

Qapıçı münasib vaxtda mərhum futbolçunun ailəsi və yaxınları ilə əlaqə saxlamağı planlaşdırıb. O, hadisə ilə bağlı ictimai açıqlama verməzdən əvvəl ailə ilə şəxsi qaydada danışmaq istəyib.


Qarabağ FK
Son xəbərlər
topaz banner