“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi

“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
ÖLKƏ FUTBOLU 3 Noyabr 2026 / 10:45 797
-  A +

Misli Premyer Liqasının ən titullu klubu “Qarabağ” ardıcıl üç çempionat oyununda heç-heçə edib.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, “Neftçi” (3:3), “Sabah” və “Qəbələ” (hər ikisi 0:0) ilə matçların hərəsində bir xal qazanan Ağdam klubu 11 ildən sonra belə seriya ilə üzləşib. 11 qat ölkə çempionu 2015/16 mövsümünün ilk yarısında ardıcıl 3 heç-heçə edib. 2015-ci ilin dekabrında “Zirə” (0:0), “Sumqayıt” (2:2) və “Qəbələ”yə (1:1) qarşı matçlarda fərqli hesablar qeydə alınıb.

Qeyd edək ki, mövsümdə ikinci dəfə komandalardan biri ardıcıl üç dəfə heç-heçə edib. Bunadək “Neftçi” “Sabah” (0:0), “Qarabağ” (3:3) və “Turan Tovuz” (1:1) ilə görüşlərdən sülhlə ayrılıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner