Yamalın atası oğlunun əsl adını açıqladı

Yamalın atası oğlunun əsl adını açıqladı
XƏBƏR 2 Noyabr 2026 / 19:49 891
-  A +

“Barselona”nın futbolçusu Lamin Yamalın atası Munir Nasraui oğlunun tam adını açıqlayıb.

QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, o, “Aston Villa” ilə oyun öncəsi jurnalistlərlə söhbətində soyadla bağlı yaranan qarışıqlığa aydınlıq gətirib:

“Laminin soyadı Nasraui Ebanadır. Qarışıqlıq yaranmasın deyə bunu qeyd etmək istədim. Lamin Yamal isə onun adıdır”.

Qeyd edək ki, 18 yaşlı futbolçuya ailələrinə çətin dövrdə dəstək olan iki dostlarının - Lamin və Yamalın adları verilib. Hər iki ad ərəb mənşəlidir. Lamin etibarlı və sadiq, Yamal isə gözəllik, zəriflik və cazibə mənalarını ifadə edir.

Xatırladaq ki, Yamal “Aston Villa” ilə matçda qol vuracağı təqdirdə, Çempionlar Liqasında yeniyetmə yaşlarında ən çox qol vuran futbolçu olacaq. Qeyd edək ki, "Barselona" - "Aston Villa" matçı noyabrın 4-də keçiriləcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner